5 yaşlı uşaq hovuzda boğuldu, heç kim kömək etmədi – ANBAAN- VİDEO

10 Haziran 2017
3 072
0
5 yaşlı uşaq hovuzda boğuldu, heç kim kömək etmədi – ANBAAN- VİDEO
Finlandiyanın Helsinki şəhərində dəhşətli hadisə baş verib. İnsanların görməzdən gəldiyi uşaq hovuzda ölümlə burun-buruna gəlib.

FEAT.AZ Publika.az-a istinadən xəbər verir ki, açıq hovuzda üzməyə çalışan beş yaşlı uşaq suda çırpınmağa başlayıb. Dəqiqələrlə çırpınan uşağa hovuzdakı insanlardan heç kəs kömək etməyib.

Camaat suda boğulan uşağın yanından üzərək keçib. Hovuz kənarına çıxmaq üçün əziyyət çəkən uşaq yorğun düşdüyündən bir neçə dəqiqə nəfəssiz qalaraq suyun üzünə çıxıb. Hovuzda tərs dönən və şüurunu itirən uşağı görən digər vətəndaşlar yenə müdaxilə etməyiblər.

Hadisə zamanı anasının orada olmadığı deyilən uşaq bir qadın tərəfindən son anda xilas edilib. Təcili xəstəxanaya çatdırılan uşağın ürəyi dayanıb.

Ürək masajı ilə körpəni yenidən həyata qaytaran həkimlərlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Sosial şəbəkələrdə yayılan video insanlar arasında geniş müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.