Tünzalə Ağayeva qızına görə özünü danlayır

24 Eylül 2014
1 728
0
Tünzalə Ağayeva qızına görə özünü danlayır
Tünzalə Ağayeva qızına görə özünü danlayır


"Qızım istəmir ki, onu mənə görə tanısınlar”.

Bu sözləri əməkdar artist Tünzalə Ağayeva Xəzər TV-də qonaq olduğu verilişdə deyib. Qızı ilə bağlı danışan əməkdar artist sənətindən əvvəl analıq vəzifəsinin olduğunu bildirib:

"Ən əsası cəmiyyətə yararlı övlad yetişdirmək missiyamı yerinə yetirməliyəm. İnşallah bunu zaman göstərəcək ki, mən necə anayam. Bu günə qədər ona verdiyim tərbiyəyə, əxlaqa çox güvənirəm. Evimdə tək deyiləm. Atam, anam var. Qızımın tərbiyəsi ilə məndən çox onlar məşğul olur. Sənət adamı olduğuma görə çəkilişlərdə, səfərlərdə oluram. Hərdən özümü də danlayıram ki, niyə mən qızıma istədiyim qədər vaxt ayıra bilmirəm. Amma yenə də yaxşı ki, telefonlar, internet var. Bir-birimizi görə bilirik. O istəmir ki, onu mənə görə tanısınlar. Onu görsətməsinlər ki, o, Tünzalənin qızıdır. İstəyir ki, öz nəaliyətlərinə görə tanısınlar. Əslində bu çox gözəl xüsusiyyətdir”.

Qeyd edək ki, T.Ağayevanın qızı Fidanın 15 yaşı var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.