Şaxta Dərinizdə Ləkə Buraxmasın
Soyuq havalarda çölə çıxmadan əvvəl günəş qoruyucu sürmək və müəyyən aralıqlarla yeniləmək əhəmiyyət daşıyır. Uz. Dr. Eneida Kote, qarlı və soyuq havaların dəri sağlamlığına təsiri haqqında məlumat verdi.
Külək dəridə qaşıntı və töküntülərə səbəb ola bilər
Açıq havada yerimək ya da məşq etmək, bədən qədər dəri sağlamlığı üçün də faydalıdır. Ancaq qış aylarında çöldə idman etməyi sevən kəslər, xüsusilə quru dəri quruluşuna sahib olanlar bəzi nöqtələrə diqqət yetirməlidir. Külək və qış günəşi ilə birbaşa təmas, dərinin yağ təbəqəsini götürər. Bu vəziyyət dəridə qaşıntı, pul-pul töküntülər və dərini korlayıcı problemlərə səbəb olar.
Dodaqlarınızı da qoruyun
Soyuq havanın bədəndə ən çox təsir etdiyi bölgələrdən biri dodaqlardır. Külək, günəş və soyuq hava dodaqların çatlamasına, soyulmasına və yararsız bir görünüş qazanmasına səbəb ola bilər. Ağızdan nəfəs almaq və dodaqları islatmaq da quruluq şikayətlərini artırar. Bu səbəblə çöldə idman edəcək kəslər günəş qoruyuculu dodaq nəmləndiriciləri, əgər yoxsa dəri üçün istifadə etdikləri günəş qoruyucunu sürmədən çölə çıxmamalıdırlar.
Ləkə meydana gəlməsinin qarşısını almaq üçün…
Xizək sürərkən dəridə yaranan yanıqlar və yaralar iz buraxa bilər. Bu səbəblə də günəş qoruyucu istifadəsində əsla laqeydlik edilməməlidir. Günəşdən qoruyucu kremlər tərlədikcə və 3 saatda bir yenilənməlidir. Əgər çöldə uzun saatlar keçiriləcəksə, yanınızda kiçik bir günəş kremi daşınmanızda fayda vardır. Ayrıca maska və eynək kimi fiziki qoruyucular da əhəmiyyətlidir. Çöldə mümkünsə səhər 10.00-dan əvvəl, axşam isə 16.00-dan sonra idman edilməlidir.
Qışda həddindən artıq sabun istifadəsi və kisə tətbiqindən qaçının
Soyuq havalarda isti su ilə həddindən artıq təmas olmamalıdır. İsti su, bütün dərinin nəmini və yağını aldığı üçün qısa və ilıq duşlar seçilməlidir. Ayrıca belə vəziyyətlərdə kisə edilməməli və həddindən artıq sabun istifadəsindən də qaçınılmalıdır. Sabunların tərkibində mümkünsə qliserin, ya da zeytun yağı olmalıdır. Duş sonrası nəmləndirici istifadəsində də laqeydlik edilməməlidir.