"Cəsur və gözəl"in çəkiliş məkanında Tuba Büyüküstün qalmaqalı
Feat.Az axşam.az-a istinadən bildirir ki, serialın Bayramoğlu səmtindəki çəkilişləri zamanı tərəf müqabili Kıvanç Tatlıtuğ pərəstişkarları ilə foto çəkdirsə də, o, sevənlərinin istəyini rədd edib.
Pərəstişkarları onu saatlarla gözləsələr də, həyat yoldaşı Onur Saylakla boşanma ərəfəsində olan aktrisa növbəti səhnənin çəkilişlərinə qədər istirahət üçün nəzərdə tutulmuş maşından çıxmayıb.
Fanatları Tubanın bu hərəkətinə sərt reaksiya veriblər. Bu səbəbdən məkanda qalmaqal yaranıb