Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU
İldən ilə bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Artıq bu xəstəliklər xeyli cavanlaşıb və bu da vaxtından qabaq ölümlərin hallarını artırır.
Feat.Az saglamolun.az-a istinadən ürək-damar sistemi xəstəliklərinin əsas 5 risk faktorunu təqdim edirik:
1. Hipertoniya (yüksək təzyiq) - normada 140/90 mm c.st. aşağı olmalıdır.
2. Qanda xolesterolun səviyyəsinin yüksək olması (normada 5 mmol/l az olmalıdır).
3. Artıq bədən çəkisi. Bədən çəkisinin normaya uyğun olub-olmadığını təyin etmək üçün xüsusi formul mövcuddur: çəkinizi (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün - bədən çəkisi (kq):boy (m2). Alınan nəticə bədən kütləsi indeksi adlanır. Bu indeks 25-dən az olmalıdır. Nəticə 25-dən artıqdırsa, sizin artıq çəkiniz var.
Məsələn, əgər sizin boyunuz - 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4.
4. Bel çevrəsi: normada qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən az olmalıdır.
5. Qanda qlükozanın səviyyəsinin yüksək olması: 6,1 mmol/l-dən az olmalıdır.
Beləliklə, lazım olan analizlər verib və hesablamalar aparıb, siz özünüz özünüzdə ürək-damar sistemi riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin.