Feat.Az

Dünyada ən qəribə 3 məkan

Xəbər / FeaT.Azla Dünya Turu / Maraqlı / Maraqlı Yazılar
17:30, 19-12-2016
345
Dünyada ən qəribə 3 məkan
Bu yazımızda sizlərə Dünyanın ən qəribə 3 yeri haqqında məlumat və fotoşəkil təqdim edəcəyik.

Arizonada “Təyyarə qəbirsanlığı”


Dünyada ən qəribə 3 məkan

Dünyanın ən qəribə yerlərindən başlıcası təyyarə qəbiristanlığı hesab oluna bilər.Son uçuşlarını çoxdan tamamlamış təyyarələr Arizonada səhra ortasındakı kimsəsiz məkana yerləşdirilir. ABŞ hava qüvvələrində vəzifəsini tamamlayan təxminən 5.000 ədəd bombardman təyyarələri günəşin altında eləcə yatır.
Belə bir qəbiristanlığın səhra ortasına qurulmasının səbəbi isə nəmsiz mühitin metalın çürüməsini gecikdirməsidir. Amma təbii ki, bu təyyarələr son uçuşlarını çoxdan tamamlayıblar.

Türkmənistanda “Cəhənnəm Qapısı”


Dünyada ən qəribə 3 məkan

“Cəhənnəm Qapısı” adlandırılan bu yer 1970-ci illərdə insan əli ilə yaradılıb.Bölgədə olan təbii qaz ehtiyatlarından qaynaqlanan hadisə, çuxurun içindən sızan çox təbii qazın Sovet mühəndislər tərəfindən alovlandırılmasıyla meydana gəldiyi bildirilir.

Qaynaqlara görə, 70-ci illərdə qaz əldə etmək üçün, bu bölgədə qazıntı işləri görən geoloqlar çox dərinə enərək metan qazının səthə çıxmasına səbəb olublar.

Geoloqlar qorxudan tələsik bölgəni tərk ediblər. Bu yaşananlardan sonra, metan qazının bölgədəki insanları zəhərləməməsi üçün də ehtiyatı yandırmağa qərar veriblər.
Atəşin bir neçə həftə ərzində sönəcəyi düşünülmüş, amma ehtiyat o gündən bu yana dayanmadan yanmağa davam edir. Bura "Cəhənnəm Qapısı" deyilir, çünki alovlara çox yaxınlaşsanız özünüzü cəhənnəmdəymişsiniz kimi hiss edəcəksiniz.

Meksikadakı “Pərili Körpə Adası”


Dünyada ən qəribə 3 məkan

Meksikalılar bura "pərili körpə adası" deyir. Bu qəribə yerin hekayəsi bundan təxminən 50 il əvvələ dayanır. 50 il əvvəl bu adanın girişində bir gənc qızın cəsədi tapılır. Cəsədin yanında isə bir oyuncaq körpə olur. Kəndlilər cəsədi basdırıb oyuncağı atır.

Bu hadisənin gecəsi bütün kənddən ölmüş qızın qışqırıqları eşidilir. Qız körpəsini istəyir. Bunun üzərinə kəndlilər gedib oradakı ağaclara bir-bir oyuncaq körpə qoymağa başlayır. Qız qışqırdıqca bir oyuncaq körpə ağaca bağlanır. Tam 50 ildir ki Meksikada bu ənənə davam edir.

Hər ağacında onlarla körpə olan bu ada turistlərin diqqətini cəlb edir və Meksikaya turist axınını gücləndirir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz