Qırışlara qalib gəlin

20 Aralık 2016
2 601
0
Qırışlara qalib gəlin
Siz bilirdiniz, adi babasil üçün krem və şamlar qırışların yaranmasının qarşısını alır?

Bəs biyan kökü ilə ləkələrin aparılması haqqında eşitmişdiniz?

Aspirin isə həftə ərzində dərini təmizləyir və hamarlaşdırır?


Üzdəki qırışları və gözlərin altındakı şişləri aradan qaldırmaq üçün maraqlı və sadə üsul araşdırmışıq. Oxuyub effektini görməyincə inanmayacaqsınız.

İstifadəsi üz üçün olmayan babasil kremi və şamı hətta dərin qırışları belə hamarlaşdırır. Qırışların açılmasının əsas səbəbi babasil kremi və şamına qatılmış akula qaraciyəridir.

Babasil şamı su vannasında əridilir, krem halına gətirilir, bütün üzə və gözaltı nahiyələrə çəkilir.

Sən demə dünya ulduzları bu vasitələrdən isitifadə edirlərmiş. Misal olaraq İngiltərəli model Keyt Moss.

Yuxusuzluqdan yaranmış gözaltı qırışlara babasil kremi çəkirmiş. O deyir ki, bu krem dəriyə çox tez və gözəl təsir edir.

Aspirin skrabı

Dərinin yenilənməsi və təmizlənməsi üçün aspirin çox gözəl üsuldur. 1 ədəd həbin üzərinə 2 damcı su damızdırılır, əridilir üzərinə 1ç.q bal əalvə edilib, üzə çəkilir. 10 dəqiqə saxlanılır sonra əllə massaj edərək yuyulur. Maska üzdəki qızartını götürür və dərini hamarlaşdırır.

Cavanlaşmaq üçün retin mazı


Retin mazı tərkibindəki retin turşusu sayəsində dərini stimulaşdırır və qocalmanın qarşısını alır.Həmçinin qızartıları da aradan qaldırır.

Biyan kökü


Biyan kökü ekstraktı melanini tənzimləyir, üzdəki yaşla əlaqəli qara ləkələrin təmizlənib hamarlanmasına kömək edir.

Biyan kökünün üzərinə qaynar su tökərək, ağzı örtülü halda dəmlənilir, soyuduqda üzə çəkilir və ağız yaxalanır.

Vyetnam “ulduz” balzamı gözaltı şişlər üçün


Gözün altındakı şişlərin təcili aparılması üçün adi “veytnam ulduzu” balzamı çəkilir. Balzamın tərkibindəki nanə, evkalipt, mixək, itburnu, darçın, kamfora, nanəcövhər yağları, vazilen, qarışqa turşusu, bütün gözaltı şişləri dartıb, hamarlaşdırır. İstifadə edərkən gözün içinə dəyməməlidir. Yalnız gözaltı şişlərə çəkilir.

Qırışlara qarşı sink mazı


Sink mazı ilə qırışlarla mübarizə aparmaq olar. Sink mazı quruducu olduğu üçün onu dəriyə nəmləndirici kremlə çəkmək lazımdır ki, dərini qurudub qaşınma verməsin. Maz bütün dəriyə nazik təbəqə şəklində yayılır. Sızanaq varsa, üzərinə çəkilmir.

Göz üçün olan Hidrokortizon mazı botoks əvəzi və gözaltı ləkələrin aparılmasına kömək edir

Hidrokortizon mazı dərinin rütubətli olmasını və xırda qırışların aparılmasına kömək edir. Lakin əvvəlcə az miqdarda yoxlamaq lazımdır. Alergiya vermirsə, rahatca qırışlara qarşı dəriyə istifadə edə bilərsiniz.

Bu maz hormonal müalicələrdə alergiq və iltihab əleyhinə istifadə olunur.

Cavanlaşmaq üçün maye vitaminlər


A və E vitamini yağı kapsula formasında alınır, bir-birnə qatılaraq üzdə qırışlara qarşı maskalara əlavə edilir. Gündüz-gecə fərqi yoxdur. 30 dəqiqə saxlanılaraq, salfetlə qurudulur. 1-2 ay, həftədə 1 dəfə üzə çəkilir. Daxilə isə 1 kapsula 7-10 gün qəbul edilir. Bu üz dərisinə, saçlara və dırnaqlara da xüsusi effektini göstərəcək. A vitamini qırışları açmaq üçün çox effektli yağdır. Bunu 7-10 gün A vitamini, 7-10 gün E vitamini yağı müalicə kimi içilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.