Hər kəs sevdiyinə qovuşacaq

16 Ocak 2017
2 123
0
Hər kəs sevdiyinə qovuşacaq
Kim deyibsə, yaxşı deyib ki, bu dünya sevgisi üstü şirnili zəhər kimidir, əvvəl damağına xoş gəlir, sonra öldürür. Yadıma maraqlı bir söhbət düşdü: Cəngəlliklərdə yaşayan bəzi Afrika qəbilələrində meymunu tutmaq üçün qəribə üsuldan istifadə edirlər: Meymunlarun keçdiyi yollara içinə fındıq doldurulmuş boğazı dar küplər qoyurdular. Meymun küpü görən kimi o tərəf-bu tərəfinə keçir və əlini küpün içinə soxur. Əli toxunan kimi meymun küpdə fındıq olduğunu qanır və ovcunu doldurub çıxarmaq istəyir. Boş əlin zorla girdiyi boğazdan fındıq dolu ovuc necə çıxacaq axı? Meymun nə fındığı buraxa bilir, nə də qolunu küpdən azad etməyi bacarır. bir tullanır, iki tullanır, küp qarışıq yerdə yomalanır və bir də görür ki, ovçuların torunun altındadır. Bəzən elə olur ki, meymun ovçuları iki-üç ovuc fındıqla ona yaxın meymun tuturlar. Meymun çox şeylər anlayır və hətta Darvinin dediyinə görə, otaqdakı qutuları üst-üstə qoyub tavandan asılmış bananı da qopara bilir. Amma canını küpdən qurtarmaq üçün ovcundakı fındıqdan vaz keçmək meymunun olmayan ağlına da gəlmir.
Feat.Az yeniavaz.az-a istinadən bildirir ki, hərəmizin əli bir fındıq küpünə qandallanıb. Hərəmiz bir fındıq küpünə sarılıb qalmışıq. Ağlımıuz kəssə də, gözümüz görsə də, arxamızca gələn ovçunun hənirini hiss eləsək də ovcumuzu boşaldıb canımızı qurtara bilmirik. Nəfsimiz qoymur, dünya sevdası qoymur, faniyə bağladığımız duyğular qoymur.
Deyirlər ki, canavar tələyə düşəndə dişi ilə öz ayağını kəsib canını qurtarır. Ayağından olur, amma əvəzində canını qurtarır. Amma meymun kimi bir ovuc fındığın tələsinə düşən canım deyib ağlamağım gəlir hərdən. O qədər o fındıq tələsinə düşüb sürüm-sürüm sürünmüşük. Görünür canavardan da öyrənməli olduğumuz şeylər var.
İslam ədəbiyyatında "masiva" deyilən bir söz var və bu söz Allahdan başqa hər şey mənasına gəlir. Yəni fani olan hər şey, yəni bütün ötərilərin, itərilərin məcmusu. Əlbəttə, masivaya bəslənən və masivadan o tərəfi görməyən sevgi kor sevgidir və onu qəlbində gəzdirəni əzər, yeyər, bitirər və son hesabda əliboş qoyar.
El ərəsındə bir söz var: Dostunu göstər, sənin kim olduğunu deyim. Hərdən qəlbinə boylanıb orda kimin yerləşdiyini görüb öz qiymətimizi də müəyyən edə bilərik. AXİTƏRDƏ HƏR KƏS SEVDİKLƏRİ İLƏ BİRLİKDƏ OLACAQ. Nə qədər də xoş müjdə və ümidverici həqiqət. İndi kimi sevməyi hər kəs özü seçsin. Axirətdə kimlə birlikdə olmağa hər kəs özü qərar versin. onu da unutmayaq ki, EYNİ VAXTDA BİR QƏLBDƏ İKİ SEVGİ OLA BİLMƏZ.
Hər şeyin öz təyinatı var. Əlin də, dilin də, gözün də, ayağın da, qolundakı gücün, başındakı ağılın da... Hamısı da əmanətdir, ya ölmədən, ya da öləndən sonra hamısı əlimizdən alınacaq, əmrimizdən çıxacaq. Təyinatı üzrə işlətmədiyimiz bu əmanətlər bizdən şikayəçi olacaq bir gün. Hər şeyin təyinatı üstünə yazılıb, elə sevginin də. Sevginin qaynağı Allahdır, bu duyğu bizə Allahın əmanətidir. Sevgini doğru ünvana ünvanlayanlar biri min edir, ötəri ləzzəti əbədi sevincə dəyişirlər.

Bir hədis, bir həqiqət


Hər kəsin öz imtahanı var
Bir hədisi-şərifində peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) belə buyurmuşdur:
"İnsanlardan ən çox müsibətə uğrayanları peyğəmbərlərdir, sonrakılar dərəcələrinə görə (övliyalar, əməli salehlər...) gəlir. Hər kəs dininə görə bəla və imtahanlara məruz qalır. Əgər dinində dönməz, əzmlidirsə, bəlası daha da artır. Ancaq dinini boş, başdangetdi yaşayırsa, başına gələn müsibətlər də elə o nisbətdə olur. Ard-arda gələn bəlaları səbrlə çəkən insanın üzərində heç bir günah qalmaz."

Bir söz, pir söz

Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı, bu dünyada nə su olardı, nə atəş. (Mövlana)
Bir damla hikmət
Balığı at dəryaya...
El arasında çox gözəl bir söz var: "Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər". Əslində insanın niyyəti də elə bu olmalıdır. İnsən yaxşı əməlinin qarşılığını kimdən umursa, mükafatını da ona görə alır. Əgər birinə kömək edəndə nə zamansa onun sənin borcundan çıxacağını düşünürsənsə, daha doğrusu hər yaxşılığı verilmiş bir borc kimi başa düşürsənsə, əlbəttə aldığın qarşılıq, əvəz ürəyincə olmayacaq. Məsələni bir qədər də açıqlasaq, deməliyik ki, Allah-Təala dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə axirəti verir. Hər kəs öz niyyətinə görə də qarşılıq alacaq. Allahı düşünənlər, Onun rizasını istəyənlər insanlara elədikləri yaxşılıqları o andaca unudur və heç zaman dilə gətirmirlər. Bu yerdə onu da xatırladaq ki, yaxşılıq edib sonradan başa qaxmaq çox çirkin əməldir. Peyğəmbərimiz Həzrəti-Məhəmməd bildirir ki, elədiyi yaxşılığı başa qaxanların üzünə Allah baxmaz, onunla danışmaz.
İnsanın öz imkanlarını, sərvətini əbədiləşdirməsi onları Allah yolunda sərf etməi ilə mümkün olur. Amma bir məsələ də var ki, insanıq, bəzən səbrimiz daralır, kimdənsə umub-küsürük, sanki yoruluruq. Belə məqamlarda özünü ələ almaq, sakitləşmək, kimsəyə bir şey söyləmədən istirahətə çəkilmək, əgər illah da kiməsə ürəyini açmaq lazımsa, Allahı düşünmək lazımdır. Səbr çox şeyi zamanla yoluna qoyur.

Lüğət

Sünnət təkcə sünnət deyil

Sünnət dedikdə çoxlarının ağlına oğlan uşaqları üçün keçirilən kiçik toy mərasimi gəlir. Əslində isə bu sözün çox geniş mənası var və bizim nəzərdə tutduğumuz o kiçik toy mərasimi sünnətin tərkib hissəsidir. Bu sözün hərfi mənası "adət", "yol", "davranış" deməkdir. Elmi mənası ilə ifadə etmiş olsaq, sünnət Peyğəmbərimizin (s.ə.s.) gündəlik həyatı, yaşayışı, hansı məqamda necə davranması deməkdir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.