Qrip olduğunuzda dişlərinizin sağlamlığı üçün bunlara diqqət edin!,olduğunuz, sonra, bilər, zaman, müddətdə, edilmiş, dişlərinizi, kanal, mü

Qrip olduğunuzda dişlərinizin sağlamlığı üçün bunlara diqqət edin!

13 November 2017
214
0
Qrip olduğunuzda dişlərinizin sağlamlığı üçün bunlara diqqət edin!
Payızda aylarında qripə yoluxma halları daha da artır.
Qrip olduğunuz zaman əl və bədən gigiyenasına diqqət edirsiniz, bəs dişlərinizin sağlamlığı üçün də eyni diqqəti göstərirsinizmi?
Xəstə olduğunuz zaman diş ətləriniz həssaslaşıb, qanayır deyə dişləri fırçalamamaq böyük bir səhvdir.
Dişlərinizin sağlamlığına diqqət etmədiyiniz halda;

-Diş ətləri həssaslaşır

Qrip olduğunuz zamanlarda viruslarla mübarizə edən immunitet sisteminiz zəifləyir və ağzınızdakı bakteriyalar daha da aktiv hal alır.
Bunun nəticəsində diş ətiniz zəifləyib, ağrımağa başlaya bilər. Qripdən azad olduqdan sonra bir də diş əti xəstəliyi ilə məşğul olmamağınız üçün bu müddətdə dişlərinizi çox yaxşı fırçalamalısınız.
Əgər ağzınızda kanal müalicəsi və dolğu kimi əvvəlcədən edilmiş müalicələr varsa, Qrip olduğunuz zaman xüsusilə kanal müalicəsi tətbiq edilmiş olan dişləriniz ağrımağa başlaya bilər. Qripdən azad olduqdan sonra kanal müalicəsi tətbiq edilmiş dişləriniz və diş ətlərinizdə olan ağrılar da keçib, gedəcəkdir. Bu müddətdə ağrınızı ən az dərəcəyə endirmək üçün dişlərinizi yaxşı fırçalamalısınız.

-Çürük yarana bilər

Qrip olduğunuz zamanlarda bol miqdarda qəbul etdiyiniz bitki çaylarından sonra ağzınızı çalxalamasanız və ya dişlərinizi fırçalamasanız bu hal çürük başlanğıcına və ya diş əti xəstəliklərinə səbəb ola bilər. Yəni, qrip olduğunuz zaman gigiyena qaydalarına daha çox əməl etmək lazımdır.

Qrip təkrar qayıda bilər

Mütəxəssislər qirpdən sonra diş fırçamızı mütləq dəyişməli olduğumuzu deyirlər. Qrip keçirən insanlarda bu xəstəliyə səbəb olan viruslar həmin müddətdə istifadə edilən diş fırçası üzərində toplanır. Bakteriyalardan fərqli olaraq, viruslar orqanizmdən kənarda da uzun müddət canlı qala bilir və uyğun mühit tapdıqda yenə xəstəliyə səbəb olur. Bu səbəbdən qrip olduğunuz müddətdə istifadə etdiyiniz fiş fırçanızı sağaldıqdan sonra yenisi ilə əvəz etsəniz, orqanizminizin intensiv olaraq viruslara yoluxmasının qarşısını almış olarsınız.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz