Qadın bədəninə beş barmağı kimi bələd olanlar – FOTOLAR, özünü, ideal, deyil, olmaq, geyinmək, paltarı, istəyir, cəlbedici, gözəl, bilər, verin, qadının, geyimi, üslubunu, həmişə, təqdim, lazımdır, Bizim, tapın, inamlı

Qadın bədəninə beş barmağı kimi bələd olanlar – FOTOLAR

Qadın bədəninə beş barmağı kimi bələd olanlar – FOTOLAR
Məşhur dəb dueti - Domeniko Dolçe və Stefano Qabbana artıq 30 ildir ki, qadın həssaslığı və seksuallığından ilhamlanaraq geyim və aksessuarlar yaradır. Cırıq cinsləri, yuxarı hissəsi büstqalter şəklində olan donları və başdan-ayağa ağ geyinmək üslubunu dəbə məhz onlar gətirib. Ustad dizaynerlərin hər yeni kolleksiyasının çıxması ilə bütün dünyadakı qadınların şəhvət predmetinə çevrilməsi bir olur...

Qadın gözəl, incə, güclü və cəlbedicidir. Onlar kolleksiyalarında qadının görünməz gücünü, eyni zamanda, incəliyini, gözəlliyini, seksuallığını və əlçatmazlığını göstərirlər. Dizaynerlər qadında özünəəminliyi görmək istəyir və bunu öz geyimlərində ən yaxşı şəkildə vurğulayır.

Feat.Az bu yazıda ustad sənətkarların dəb və qüsursuz geyinmək haqqında fikirlərini təqdim edir. Axı gözəl görünməyin qaydaları haqqında dəb qanunvericilərindən daha yaxşı kim danışa bilər?...

"Bizim birinci qaydamız belədir: Heç bir qayda yoxdur!”

"Hər şeydən əvvəl rahatlığa üstünlük verin. Hər kəs onu xoşbəxt edən geyimi geyinməlidir. Bizim ən birinci məqsədimiz də qadını gözəl göstərməkdir. Lakin bu zaman onu narahat edən heç bir məqam olmamalıdır”.

“Sofi Lorenin hansı çanta götürdüyünü kim xatırlayır? Lakin onun cəlbedici sinə dekoltesi hər kəsin yadındadır!"

“Geyim vasitəsilə individuallığınızı vurğulayan hansısa xüsusi bir detal tapın. Bu, çox xırda element ola bilər, amma inanın, sizi başqalarından məhz o detal fərqləndirəcək".

“Geyim insanın yumor hissindən başlayaraq, onun özünü dərk etməsinə qədər hər şeyə təsir edir” .

“Dominiko əmindir ki, qızlar nağıllar aləmində yaşamaq, şahzadə olmaq, qırmızı paltar geyinmək və tac taxmaq istəyir: “Biz istəyirik ki, insanlar həmişə cəlbedici görünsün, çünki siz öz xarici görünüşünüzlə bağlı komplimentlər eşidəndə özünüzü daha inamlı hiss edirsiniz. Qoy bu hiss həmişə sizinlə olsun!"

“Gözəl alt paltarı seksuallığın zəmanətidir. Bu, bədəninizə hörmət məsələsidir. Biz podiuma model çıxaranda ilk növbədə ona büstqalter və krujeva alt paltarı təqdim edirik. Siz İtaliyanın cənubundakı heç bir qadını büstqaltersiz görə bilməzsiniz. Heç vaxt!"

“Qadın bədəni eyni zamanda həm cazibədar, həm də əlçatmaz təsir bağışlamalıdır!”

“Hər bir qadının qara qısa donu və istənilən obrazını effektli göstərən başgicəlləndirici aksessuarları olmalıdır. Məsələn, bir cüt dikdaban ayaqqabısı və üstü daş-qaşla bəzədilmiş əl çantası. Axşam obrazını təkrarolunmaz etmək üçün bunlar vacibdir. Gündəlik obrazı isə “Miss Sicily” çantası ilə tamamlayın” .

“Trend axtarmayın, sizə yaraşanı tapın! Hər dəbdə olanı deyil, sizə yaraşan geyimi tapmaq çox vacib məsələdir. Onda əyindəki paltarı da sevirsən, bu zaman həmin geyimə həyat qazandırırsınız. Dəb çox vaxt saxta olur. Amma adi bir balıqçı da öz üslubunu yarada bilər”.

“Korsetə fikir verin. Axı məhz o qadınlığın və zərifliyin rəmzidir. Qüsurları gizlətmək üçün silahlanın. Əgər korset taxsanız, onda siz olduğunuzdan bir ölçü arıq görünəcəksiniz. Korset sinəni yuxarı qaldırır, beli incəldir. Onunla bədən quruluşu da ideal görünür”. Təəccüblü deyil ki, dəb duetinin şah əsərlərindən biri sayılan “Siciliyalı dul qadın” adı verilən qara don modeli beli incə göstərir, sinəni vurğulayır, ombanı isə cəlbedici edir.

“Başqasına paxıllıq etdiyiniz müddətdə heç vaxt böyüməyəcəksiniz. Fəxr etmək və güzəştə getməyi bacarmaq lazımdır".

“Köhnə şəkillərə baxanda bəzən özünü bəyənmirsən, oradakı əksinə acığın gəlir. Yaxşı ki, bu baş verir. Bu, o deməkdir ki, biz inkişaf edirik!”

"Əsas məsələ özünü inamlı və təbii hiss etməkdir. Adi ağ köynəkdə də seksual görünmək olar. Əsas iş geyim yox, davranış tərzi, baxışlar və jestlərdədir. Monika Belluççi, Naomi Kempbel, Jizel Bündxen, Klaudiya Şifferdən özünü necə aparmaq barədə nümunə götürmək lazımdır. Ağıl və bədənin qarşılıqlı münasibətləri mühümdür. Hər şey düşüncədən başlayır".

"Gözəl olmaq üçün, ideal olmaq lazım deyil. Obrazınızda cəmi bir cəhət seksual ola bilər. Şəxsən mənim ideal olmayan qadınlardan xoşum gəlir. Məsələn, böyük burunlu qadınlara pərəstiş edirəm. Burun xarakterik cəhətdir. Bir çox qadınlar öz burunlarını əməliyyatla düzəltmək istəyir, amma böyük buruna heyranam!"
publika.az

Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz