Cadu

02 Nisan 2015
3 202
0
Cadu
Cadu

Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna Ərəbcədə "sehr" adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə "cadugər" deyilir. Cadunu belə təsvir etmək mümkündür. Hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağcılıq, hoqqqbazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılık, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslâm'dan öncə Ərəblər'də, Rumlarda, Hindlilər`də, Misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.
Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə şeytanların müdaxiləsiylə fövqəltəbiət bir sıra əməllər edə biləcəkləri iddiasındadırlar.
Məcaz yolu ilə cadu: Anlaşılamaz, ağıldan xaric şey deməkdir.
Ağ yaxud (təbii) cadu: Zahirən əcaib, lakin əslində təbii səbəblərlə meydana gəlmiş bir sıra hərəkətlər etmək sənətidir. Hokkabaz qüllələri kimi.
Cadu və cadugərlik İslâm'da qadağan edilmişdir. Qur'an-ı Kərîm'də cadugərlərin nicat olmayacağı (Taha, 20/69) göstərilmişdir. Kafirlər, özlərini haqlı çıxara bilmək, Allah'ın elçilərini yalanlamaq üçün onları cadugərliklə, cadu etməklə günahlamışlar. Cadugərliklə günahlandırılanların arasında Hz. İsa (əs-Saf, 61/6); Hz. Musa (əz-Zuxruf, 43/49); (əz-Zariyat, 51/39), Hz. Süleyman (əl-Bəqərə, 2/102), Hz. Muhamməd (əl-Hicr, 15/6) zikr edilməkdədir. Başqa bir ayədə, inanmayan insanların bütün peyğəmbərləri cadugərliklə (sehir) günahlandırdıqları görülməkdədir (əz-Zariyat, 51/52). Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir hədisində yeddi şeydən çəkinin "buyurarkən ikinci sırada" sehr etməyi "zikr etmişdir. (Buxari, Iiasâya 23; Müslim, İman, 144). Başqa bir hədisdə cadu edən adamın küfrə girdiyini ifadə etmişdir. Məhəbbət üçün ovsun etmənin, ipə oxumanın, cadu etmənin şirk olduğunu da ifadə etmişdir (Nəsai, ət-Təhrim 19). Caduya inanan adamın Cənnətə girə bilməyəcəyi də (Əhməd İbn Hənbəl, II, 83; IV, 399) göstərilmişdir.
Başqa bir hədisdə də sehrbaza, münəccimə, qeybdən xəbər verən kimsəyə inanan insanın Qur'an'ı inkar etmiş olduğu ifadə edilməkdədir. (Əbu Davûd, Tibb, 21).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.