Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...

02 Nisan 2016
2 081
2
Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...
Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...

Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...

Gələcək sənin qeydlərin, keçmişsə imtahanındır..

Xarakter ağacdırsa, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür..

Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol..

Bəzi insanları hər zaman, bütün insanları da bəzən aldada bilərsiniz, amma bütün insanları hər
zaman aldada bilməzsiniz..

Yaxşı bir iş etdiyimdə özümü yaxşı, pis bir iş etdiyimdə özümü pis hiss edirəm. İnandığım tək din bu!

Heç bir şeydən əsla imtina etmə çünki imtina edənlər yalnızca itirənlərdir..

İnsanların şəxsiyyətləri güc və mövqe əsnasında ortaya çıxar..


Güc davamlıdır, amma gücün qazandığı zəfərlərin ömrü çox qısa olur..

Səhvdən qorxan bir insan heç bir şey edə bilməz..

Diplomatiya, insanları özlərini gördükləri kimi təsvir edə bilməkdir..

Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız..

Siz içkini müdafiə edən bilərsiniz amma içki sizi əsla savunmaz..


Bir ölkə, yarı kölə yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz..

Keçmişin üçün sadəcə darıxmaq istəmirsənsə ayaq izlərini itirməməlisən!..

Unutma, sabah geridə qalan ömürümüzün ilk günüdür..

Siyasətçilər xalqın mənfəətlərindən fərqli mənafeyə malik olan insanlar birliyidir..

Danışıb da axmaqlığınızı ortaya qoyunca, danışmayın, heç olmasa hər kəs şübhəli qalsın..

Hardasa bütün kişilər çətinliklərə dözə bilər, amma bir adamın xarakterini sınamaq istəyirsənsə, ona güc ver..

Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır..

Həyatda olduğum, olacağım hər şeyi gözəl anama borcluyam..

Çətinliyə hardasa hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona səlahiyyət verin..


Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil..

Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...

Evsiz biri başqasının evini yıxmağa çalışmamalıdır, çalışıb özünə bir ev tikməlidir..

Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük
məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar..


Mühafizəkarlıq nədir? Köhnə və sınanmışa heyran olmamaq, yeni və sınanmamışa müxalif olmaq deyilmi?

Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir..

Heç kim heç kimi razılıq olmadan idarə edə bilməz!..

Başqa xalqları azadlıqdan edənlər gec-tez özləri də azadlıqdan olarlar..


Əgər ilk əvvəl harada olduğumuzu və hara meylimiz olduğunu bilsək, nə etməmiz lazım
olduğunu və necə edəcəyimizi yaxşı qiymətləndirə bilərik..

Əgər qarşınızdakı insana, bütün qəlbin və bacarığınla kömək etməyi qəbul edə bilirsinizsə, o zaman onu tənqid edə bilərsiniz. Bu müsbət tənqiddir..

Şübhə və qısqanclıq heç bir insana, heç bir halda faydalı olmamışdır. Hərçənd bir adamın yüksəlməsinə mane olmaq üçün bəzi pis ürəkli cəhdlər ola bilər, hətta bunların müvəffəqiyyətli olmaları belə mümkündür, əgər onlar zehininin əsl gerçək yoldan azmasına və haqsızlıq üzərində vaxtını israf etməsinə səbəb olsa..

Ya azad bir millət olaraq yaşayaq ya da ölək.
.

Məmləkət bir qurdlar süfrəsinə döndü mü, üsyan haqqdır..

Asandır deyirsən, gəl bir də sən yaşa Sənsizliyimi..

İnsan sevdiyindən vaz keçməz, sevmək vaz keçər insandan..

Bir gün səni unutmaq məcburiyyətində qalsam, sevgimin kiçikliyinə deyil, çarəsizliyimin böyüklüyünə inan..

Döndüm arxamı sənə, Sən kürəyimdən vurmağı sevirsən, üzüm ağır gəlməsin..

Mən uşaqlar kimi sevdim! Nəhənglər kimi acı çəkdim..


Mənə aid nə varsa səni qorxudur Sənə aid nə varsa heç biri mənim deyil..

Həyat zamanda iz buraxmaz, bir boşluğa düşərsən bir boşluqdan. Yığılıb yenidən sıçramaq
üçün..

Çox vaxt üç beş adam üçün yazdığımızı sanarıq, onlar bizi oxumazlar. Əsl səsləndiklərimiz, heç bir zaman tanımayacağımız, başqa üç-beş adamdır..

Batıq bir gəmi miş eşq limanında, qədər bu deyib də ovutma məni. Ayrılıq qapımızı döydü sonunda, səndən son diləyim unutma məni.
.

Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönər. Lakin gələnlə gedən eyni şey deyil..

Canını qurtarım deyərkən vətənindən olarsan.

Aforizmler , Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    teshekkurler paylashim ucun mende ikincini cox beyendim ellerinize sagliq
  2. Princess
    Xarakter ağacdırsa, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür..
    - Necədə düz sözdür...bəyəndim 64
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.