O kişi sizə uyğun deyilsə... - Qadınlar bunları bilməlidir
— Unutmayın ki, ilk altı ayın başgicəlləndirici xoşbəxtliyi mütləq sona çatacaq və münasibətlərdə cansıxıcı anlar, bəzi problem və çətinliklər də yaşanacaq. Buna görə ruhdan düşməyin. Çünki tək başına yaşlanmaq, həyatını tək keçirmək də ürəkaçan, həyəcanverici deyil.
— Uşaqlığınızda olan problemlər və onların fəsadlarının günahını tərəf müqabilinizdə axtarmayın, onun bunları həll etməsini gözləməyin. Bunlar sizin məsuliyyətinizdir. Eyni şey onun üçün də keçərlidir. Sadəcə bir-birinizə qarşı anlayışlı davranmanız kifayətdir.
— Uzun müddətli əlaqələrin bəzi üstünlükləri var: rahatlıq, dəstək, güvən duyğusu. Amma bunları davam etdirmək göründüyü qədər asan deyil.
— Günün birində münasibətlərinizdən imtina etmək məcburiyyətində qala bilərsiniz. Övladlar bu vəziyyəti daha da çətinləşdirir.
— Münasibətlərinizin möhkəm və dayanıqlı olduğunu düşünsəniz də, aldadılmayacağınıza dair heç kim sizə zəmanət verə bilməz.
— Maddi çətinliklər və stress də sizə problemlər yaşada bilər.
— Münasibətlərin həqiqətən çətin dövrü toydan sonra başlayır.
— Sevgi hər zaman kifayət etmir.
— Məhəbbətə baxmayaraq, bəzən imtina etmək ən doğru seçim ola bilər.
— Hər qadına uyğun bir kişi mütləq var. Ailə qurmaq və başınızın uşaqlarınıza qarışma zamanı gəlib, lakin siz hələ də birini tapa bilməmisinizsə, deməli, problem sizdə ola bilər.