Sağlam və xoşbəxt qadınların 10 sirri

22 Şubat 2017
1 567
0
Sağlam və xoşbəxt qadınların 10 sirri
Sizə aid kiçik dünyanızda balans yaratmaq üçün özünüzə vaxt ayırmalısınız. Yəqin düşünürsünüz ki, bu, o qədər də ağlabatan fikir deyil. Amma hər zaman xəyal etdiyiniz, başqa qadınlarda görüb arzuladığınız sağlam və xoşbəxt həyata sahib olmaq mümkündür. Bunun üçün biz sizə sağlam və xoşbəxt qadınların 10 sirrini təqdim edirik.

Səhərləri sakit, hüzurlu şərait yaradın


5 dəqiqəlik saf bir rahatlanma bütün gününüzə müsbət təsir göstərə bilər. Dadlı səhər yeməyi, meditasiya kimi faydalı faktorlarla özünüzü mükafatlandırın.

Hərəkətli fürsətlər yaradın


Məşq etmək endorfin səviyyəsini artırır, immun sistemini gücləndirir, stresi azaldır və özünüzü daha güclü hiss etməyinizi təmin edir. İdman salonlarında vaxt keçirməyə və pul xərcləməyə imkanınız yoxdursa bunu gün ərzində hərəkətdə olmağınızla balanslaşdıra bilərsiniz.

Təbii qidalar qəbul edin

Atışdırmalıq qidalar qan şəkərini qəfildən artırır və orqanizmi təbii olmayan birləşimlərlə doldurur. Bu da qısa müddətdə acmanıza səbəb olur. Sağlamlığınız və xoşbəxtliyiniz üçün isə təbii qidalar qəbul etməyə ehtiyacınız var.

Su için


Halsız və yorğun olduğunuzda kafeinli və şəkərli içkilər içməkdənsə su içmək daha yaxşıdır.

Bədəniniz sizinlə danışır, ona qulaq asın


Doyduğunuz zaman çəngəli, qaşığı qoyun kənara, rahatlanmaya ehtiyacınız varsa yoqa ilə məşğul olun və əgər mədənizdə yeriniz olmadığını hiss edirsinizə üçüncü kokteyli içməyin. Əgər diqqətli olub orqanizminizə qulaq versəniz görəcəksiniz ki, doğurdan da, o sizinlə danışır və bütün bunları sizə çatdırır.

Tərəvəzləri fərqli sevgilə sevin


Tərəvəzləri məcbur olduğunuz üçün deyil, orqanizminiz onları istədiyi üçün yeyin.

Məşqlərə və sağlamlığınıza yatırım edin


Tibbi yardım almaq üçün hansısa problemin yaranmağını gözləməyin. Həkim yoxlanışlarına vaxtlı-vaxtında gedin.

Minnətdar olmağı unutmayın


İstər böyük, istərsə də kiçik – həyatın sizə bəxş etdiyi hədiyyələr üçün təşəkkür edin.

Gülümsəmək ən yaxşı dərmanınız olmalı


Tanıdıqlarınıza sevginizi, tanımadıqlarınıza isə nəzakətinizi göstərməkdən heç vaxt çəkinməyin. Bunun üçün gülümsəmək ən yaxşı köməkçiniz olmacaq.

İstirahət edin

Özünüzü yorğun hiss etdiyiniz zaman bütün işləri qoyun bir kənara və evdə özünüzə istirahət verin. Komputerinizi, telefonunuzu söndürüb rahatca yatın. Bu, sizə yaxşı təsir edəcək.
foxy.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.