"WhatsApp" istifadəçiləri, bu mesajı oxumadan silin!

05 Ocak 2016
2 740
1
"WhatsApp" istifadəçiləri, bu mesajı oxumadan silin!
"WhatsApp" istifadəçiləri, bu mesajı oxumadan silin!
"WhatsApp" istifadəçiləri, bu mesajı oxumadan silin!
"WhatsApp" mesajlaşma xidmətində son zamanlar yenə də növbəti virus yayılıb.

Telefonlara "WhatsApp üzvlüyünüzü yeniləyin" şəklində gələn mesajlar bir çox insanı aldada bilib.


Əslində saxta olan bu mesajlar kredit kartınızın şifrəsini əldə etmək üçün qurulmuş tələdir. Mesajdakı əlaqə "Whatsapp.com" şəklində göstərilsə də, linkə toxunan kimi naməlum səhifələrə yönəldilir. Ardınca kredit kartınız haqda məlumatları yerləşdirə biləcəyiniz səhifə açılır.

Telefonlara gələn saxta mesajın mətni müxtəlif dillərdə belə ola bilər: "Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitməkdədir".

Belə hallarda linkə toxunmadan mesajı silmək lazımdır!!!


Qeyd edək ki, "WhatsApp" xidmətinin mesaj göndərərək belə xəbərdarlıq etmək kimi bir xidməti yoxdur. Üzvlük haqda məlumatlarınızı öyrənmək və uzatmaq istəyirsinizsə, "WhatsApp"ın tənzimləmələrinə daxil olun.
"WhatsApp" istifadəçiləri, bu mesajı oxumadan silin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 5 Ocak 2016 20:22
    xeber ucun cox sagolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.