Yazım bu zamanın nəyindən daha?

15 Haziran 2016
4 425
0
Yazım bu zamanın nəyindən daha?
Təmiz dəyişilib dövreyi - aləm,
Həm intizarlıyam,həm gileyliyəm.
Öz doğma yurdumda qərib elliyəm,
Yazım bu zamanın nəyindən daha?

Kürsüdə oturan nazir balası
Baxır insanlara dırnaqarası.
Qoymurlar yaşayaq rahat, qadası,
Yazım bu zamanın nəyindən daha?

Görüşdə aldığın salam pulnandı,
Әhval sorusursan, kəlam pulnandı.
Desələr hava da balam, pulnandı,
Yazım bu zamanın nəyindən daha?

Sözə qiymət verən azdır vallahi,
Unudub imanı, dini, Allahı.
Banklarsa daha da artırır ahı,
Yazım bu zamanın nəyindən daha?

Tələbə oxuyur öyrənsin elm,
Müəllim deyirki əlli ver, verim.
Sanki bazardadır, edir endirim,
Yazım bu zamanın nəyindən daha?

Prezident sağ olsun, qurur, yaradır,
Sonradan görənlər vurur, dağıdır.
Riyakar, firildaq düzdən danışır,
Yazım bu zamanın nəyindən daha?

Məhəbbət olubdur oyun-oyuncaq,
Sevgidən danışır dünənki uşaq.
Düşənən yoxdur ki, son nə olacaq?
Yazım bu zamanın nəyindən daha?

Dost dosta "sən öl"ü vurur yalandan,
Qardaş da qardaşın çəkir pulundan.
Artıq çoxu azıb doğru yolundan,
Yazım bu zamanın nəyindən daha?

Eh həyat, nə yaman qəribəsən sən!
Dünya, bu hallara necə dözürsən?
İlahi, sən özün yaxşı görürsən,
Yazım bu zamanın nəyindən daha?

Seymur, cox danışıb dinməyin bəsdir,
Onsuz da xeyri yox, vallah, əbəsdir.
Bəlkə yazacağım gün gələcəkdir,
Yazım bu zamanın nəyindən daha?

MÜƏLLİF: SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.