Ana səhifa

Mən səni kimsəyə vermərəm gülüm

Şeirlər
23 Temmuz 2016
693
0
Mən səni kimsəyə vermərəm gülüm
Mən səni kimsəyə vermərəm gülüm

Könlümdə baxışın izi qalıbdı,
Yerişin duruşun ağlım alıbdı,
Geçədə gündüzdə səni anıbdı,
Fikir xəyalımda sən oldun özün
Mən səni kimsəyə vermərəm gülüm..

Arada söz olar mən incimərəm,
Gözəllər yüz olar hec dəyişmərəm,
Səndən qeyrisinə könül vermərəm,
Ay mənim qəlbimin özəyi könlüm ,
Mən səni kimsəyə vermərəm gülüm..

Qadasın aldığım canımda cansan,
Ruhumda cismimdə daima varsan,
Solmaz bir cicəksən,ətirli yarsan
Sacını qoxlayım cələnglər hörüm
Mən səni kimsəyə vermərəm gülüm ..

Gözündə coxunun gözü qalıbdır,
Sözlərin duyulan qəlbi alıbdır,
Seymur məhəbbəti səndə tapıbdır,
Əlimi əlindən üzmərəm gülüm
Mən səni kimsəyə vermərəm gülüm .....

Müəllif:SEYMUR SÖNMƏZ PAŞAYEV
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz