Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO
Müvəffəqiyyətli və gözəl oyunçu 1993 İzmir anadan olub. İlk aktyorluq təcrübəsi olan Çılgın Dershane filmində canlandırdığı Məryəm xarakteri ilə diqqətləri üzərinə çəkmiş və tamaşaçılar böyük bəyənmə yığmışdır. 2012-ci ildə Azərbaycanda keçirilən Miss Cilivaliton Of The World yarışmasına qatılmış və 2. olmuşdur.

Doğum tarixi: 1993

Yaşı: 22

Doğum Yeri: İzmir

Bürc: Qoç

Boyu: 175 sm

Kilosu: 55 kq

Göz rəngi: Qara

Uşaqlığından və karyerasına necə başlamasından danışan aktrisa qazandığı şöhrəti çox sevdiyini deyib:

“Həyatımda çox şey dəyişmədi. Ancaq küçəyə çıxanda insanların mənə baxdığını görmək xoşuma gəlir. Mən kamera qarşısında çox səmimiyəm. Düşünürəm ki, insanlar elə bu səbəbdən məni çox sevirlər. Gələcəkdə şöhrətimin itməyindən qorxmuram. Çünki arxamda ailəm və təhsilim var”.

“20 yaşında Azərbaycanda məşhur yarışmaya qatıldınız. Bunun səbəbi gözəlliyinizi nümayiş etdirmək, yoxsa aktrisalığa başlamaq idi” sualına Hande belə cavab verib:

“Bunun aktrisalığa bir addım olduğunu başa düşürdüm. O yarışma mənim üçün həvəs idi. Balaca idim, müsabiqəyə qatılmağı çox istəyirdim”.

Gənc aktrisa “Serialdakı Selin rolunu real həyatda da yaşamaq istəyərsənmi” sualına belə münasibət bildirib:

“Selin Əlinin daxilini bilir. Ona görə də, onun dəfələrlə “rədd ol” deməsinə baxmayaraq, getmir. Mən də sevəcəyim adamın daxili aləmini yaxşı bilsəm, ondan ayrılmaram. Münasibətdə isə üçüncü şəxsi, əsla, qəbul etmərəm. Sevgi iki nəfər arasında olmalıdır. İlk dəfə 19, daha sonra 22 yaşımda aşiq olmuşam. Amma alınmadı. Hər iki sevgilimdən hörmətlə ayrıldım. Həyatımdakı kişi mənə sadiq olmalıdır. Sədaqət mənim üçün çox vacibdir”.

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO

Hande Erçel şəxsi həyatı haqqında açıqlamalar - FOTO
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.