Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

25 Şubat 2017
2 580
0
Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"
Müğənni Lətifə Soyuözün son vaxtlar kəskin formada arıqlamağı diqqətdən yayınmır. Maraqlıdır, müğənni buna necə nail olub? O, hansısa əməliyyat keçiribmi?

Feat.Az
bildirir ki, bu haqda Aile.lent.az-a danışan Lətifə Soyuöz deyib ki, arıqlamağını pəhrizə borcludur. Xanım müğənni artıq çəkidən istifadə etdiyi yağlar sayəsində azad olub: “Bir ara çox arıqladım, sonra yenidən kökəldim. Çünki yayda çox gəzməyi, idman etməyi sevmədiyim üçün demək olar ki, oturaq həyat tərzi keçirirdim. Ona görə də bir az kökəldim. Ümumiyyətlə, yayı sevmirəm, bütün enerjim gedir. Sonra yenə köhnə sistemə keçdim. Çalışdım fast-foodlardan uzaq durum. Əsas da qidalanmağımda ya zeytun, ya da kərə yağından istifadə edirəm. Günəbaxan, qarğıdalı kimi trans yağlardan uzağam”.

L. Soyuöz bir çox qidalardan imtina etdiyini də bildirdi. Bununla yanaşı, sözsüz ki, menyusunda üstünlük təşkil edən qidalar da var: “Çalışıram balıq çox yeyim. Həftənin bir neçə gününü balığa ayırıram. Arıqlamaq üçün arada bir həftə yalnız toyuq filesi yedim. Heç olmasa bir neçə kilo atmaq üçün. Axşam çox acanda qatıqla yarmanı qarışdırıb yeyirəm. Şirniyyat və şokoladdan imtina edirəm. Çalışıram çayı bir qəndlə içim. Türk qəhvəsi çox içirəm. Baxmayaraq ki, çox içmək olmaz. Amma öyrəşən adam içə bilər, günə üç türk qəhvəsi fincan içirəm”.

Müğənni özünə qulluq etməyə də laqeyd yanaşmır. Bu baxımdan xüsusən də saçları ön plandadır. L. Soyuöz mütəmadi olaraq uzun, qara saçlarına müxtəlif maskalar edir: “Hər gün olmasa da, günaşırı fendən istifadə etdiyimiz üçün saçlar korlanır. Amma mən bunun qarşısını almağa çalışıram. Xüsusi reseptim var. Zeytun yağı, 2 yumurtanın sarısı, 3 ədəd bildirçin yumurtası, bir çay qaşığı limon suyunu qarışdırıb, saçlar üçün maska hazırlayıram. Bütün saça sürtüb 30-40 dəqiqə saxlayıram, sonra ilıq su ilə yuyuraç. Gözaltı maskaları da edirəm. Az yatdığımız üçün göz altında şişmə, qaralma yaranır. Yaşıl çay, zeytun yağı və badam yağını qarışdırıb gözün altına çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun. Bundan başqa hər gün “Ölü dənizin palçığı” maskasından istifadə edirəm”.

Sənətçi idmana biganə yanaşdığını etiraf edir. Lakin aktiv fiziki fəaliyyətdən qalmır: “Əvvəllər idmana gedirdim. İndi vaxtım olmur. Amma çalışıram piyada yeriyim. Heç olmasa, gündə yarım saat piyada yeriyirəm”.

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

Azərbaycanlı müğənni uzun saçlarının sirrini açdı: "Xüsusi reseptim var"

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.