Armud şirniyyatı resepti
1 ədəd armud
2 ədəd qərənfil
kifayət edəcək qədər darçın,
su
50 qr toz şəkər
Hazırlanması:
Armudun içərisini oyub qabığını soyaraq nimçəyə qoyun.
İçərisinə qərənfil, darçın, su və şəkər qoyun.
180 dərəcədəki sobada bişirərək ilıq olaraq süfrəyə təqdim edin.
Nuş olsun!