Evdə Mini Smitin HAZIRLANMA QAYDASI
Yəqin ki, çoxunuz smit sevirsiniz. Xüsusən də səhər süfrələrinin vazkeçilməz qidalarından biridir. Bəs smit evdə necə bişirilir? Feat.Az mini smitin evdə hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
1 su stəkanı ilıq süd
1 su stəkanı duru yağ
1 su stəkanı ilıq su
1 yumurtanın sarısı
1 paket quru maya
4 desert qaşığı toz şəkər
1 desert qaşığı duz
1 kasa bəhməzli su qarışımı
Un
Küncüt
Hazırlanma qaydası:
Bir qabın içinə bir az un tökün və digər quru ərzaqları qatıb qarışdırın. Su, süd, duru yağ və yumurta əlavə edib yoğurmağa başlayın. Yumşaq xəmir əldə edəcəksiniz.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb yumrulayın. İki kündəni uzadaraq bir-birinin üzərinə dolayıb smit fırmasına salın. Bu xəmiri əvvəl bəhməzli suya, sonra küncütə batıraraq siniyə düzün. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada üstü yaxşı qızarana qədər bişirin.
Nuş olsun!

lent.az