Kişilər qadının orqazm olmasını niyə istəyir?(maarifləndirici xəbər)
Bacardığını hiss etmək istəyir
Fanatı olduğu futbol klubunun qalib gəlməsi onu necə sevindirirsə, birlikdə olduğu qadını yataqda təmin etmək də ən az o qədər zövq verir. Kişilər üçün orqazm həyəcan deməkdir və qadını həyəcanlandıra bilmək onlar üçün önəmlidir. Bu zaman kişilər özlərini qəhrəman kimi hiss edirlər.
Orqazm sevgililərin bir-birinə bağlanmasına səbəb olur
Orqazm zamanı ifraz olunan oksitosin adlı hormon həm insanın özünə inamını artırır, həm də cütlüyün bir-birlərinə bağlanmasına səbəb olur.
Araşdırmalar göstərir ki, uzun müddət evli qalan cütlüklərin demək olar ki, hamısı seks həyatlarının möhtəşəm olduqlarını bildirirlər. Tədqiqatların nəticələrinə görə, cinsi əlaqə zamanı eyni vaxtda orqazm olan partnyorlar daha uzun müddət evli qalırlar.
Ən təbii halınızı görmək xoşlarına gəlir
Qadınlar həmişə davranışlarını, danışıqlarını nəzarətdə saxlayırlar. Ancaq sevişərkən hər qadın içindən gəldiyi kimi hərəkət edir. Qadının əsl təbiəti seks zamanı üzə çıxır. Bu da kişiləri dəli edir. Çünki heç kimin görmədiyi ən təbii halınızı gördüyünü, sizi hamıdan yaxşı tanıdığını düşünür və bundan xoşbəxt olur. Kişilər qadının təbii halından ən az striptiz şou qədər təsirlənirlər.
Səsiniz onu dəli edir
Qadınlar səslərinin tonunu ya çox əsəbiləşəndə, ya da həddən çox sevinəndə qaldırırlar.
Ancaq orqazm zamanı özünüzdən asılı olmayaraq, çıxardığınız səslər kişilərin yaddaşına yazılır. Onlar sevişdikləri qadınların səslərini əsla unutmurlar. Bu səslər kişilərin ağlını başından alır.
Sizi xoşbəxt etmək ona zövq verir
Kişilər sevdiyi qadının gülümsəməsini görmək üçün bir çox üsuldan istifadə edirlər. Kimi çiçək alır, kimi ən yaxşı ləl-cavahiratı seçmək üçün saatlarla vaxt sərf edir. Ancaq hər bir kişi mükəmməl orqazmın bütün hədiyyələrdən daha təsirli olduğunu bilir.
Qızardığınızı görmək üçün ürəyi gedir
Cinsi əlaqə zamanı həm çox enerji itirdiyiniz, həm də həyəcanlandığınız üçün üzünüz və bədəninizdəki bəzi hissələr qızarır. Bu, kişilərin çox xoşuna gəlir.
Təkrarlanan orqazmlar
Bir kişi seksual bir qadınla, çox da gözəl olmayan ancaq cinsi əlaqə zamanı dəfələrlə orqazm ola bilən qadın arasında qalsa, ikinci seçər. Çünki belə qadınlar kişinin özünü daha güclü və yaraşıqlı hiss etməsinə səbəb olurlar. Ancaq bu hər qadına nəsib olan xüsusiyyət deyil.
Sədaqətli olduğunuza inamı artır
Kişilərin fikrincə, seks zamanı orqazm olan qadın daha sədaqətli olur. Çünki onun başqa birinə ehtiyacı qalmır.