Subaylıq sultanlıqdır! müsbət və mənfi tərəfləri

08 Temmuz 2016
2 082
0
Subaylıq sultanlıqdır! müsbət və mənfi tərəfləri
Əgər subaysınızsa və “azad dəniz”, içində olduğunuz müstəqillik duyğusu xoşunuza gələ bilər, lakin sonra bu hiss yerini yalnızlığa və biriylə birlikdə olmaq istəyinə verə bilər. Ona görə də subaylıq sultanlıqdır devizini seçərkən yaxşı düşünməkdə fayda var!
Bir birlikdəlik yaşamadan əvvəl ayrılığı düşünür ya da bir evlilik yaşamadan əvvəl boşanmanı düşünürsünüzsə, bu əslində sizin qorxularınızın bir göstəricisidir. Halbuki azadlıq və bağlılığı paralel yaşaya bilərsiniz. Təməlində hörmət, ədalət, dürüstlük və güvən olan bir əlaqə yaşadığınızda da həm azadlığı dada bilər, həm də aidlik duyğunuzu təmin edə bilərsiniz. Amma yenə də subay qalmağın müsbət və mənfi tərəflərini yaxşı düşünməlisiniz. Feat.Az subaylığın müsbət tərəfləri və mənfi tərəflərini sizlər üçün araşdırdı.

SUBAY OLMAĞIN MÜSBƏT TƏRƏFLƏRİ!

1. Özünüzü kəşf və inkişaf etdirmək, yəni özünüz olmaq üçün azadlığa sahibsiniz.
2. Fədakarlıq etmək məcburiyyətində qalmazsınız. İstədiyinizi edə bilərsiniz. Məsələn; rəqs dərsləri ala bilər, dil öyrənə bilər, evinizdə pişik ya da it bəsləyə biləsiniz. Hansısa qərar verərkən geridə buraxacağınız heç nəyiniz də yoxdur. İstədiyinizdə yeni bir ev, yeni bir iş seçə və fərqli bir şəhərdə yaşamağı belə düşünə bilərsiniz.
3. Başqa birində xoşbəxtliyi axtarmaq yerinə öz-özünüzlə xoşbəxtliyi əldə etməyi öyrənərsiniz. Azad ola bilərsiniz. Hər mənada tam bir təchizata sahib olmaq, tək başına rahat bir həyat keçirmək və ayaqlarınızın üzərində dayanmaq gələcəkdə yaşayacağınız əlaqələrinizə müsbət istiqamətdə təsir edəcək.
4. Maliyyə mövzularda daha çox söz haqqına sahipsiniz. Haradan alver etdiyiniz ya da yüksək bir qiymətə aldığınız ayaqqabı üçün hesab vermək məcburiyyətində deyilsiniz.
5. Hər kişidə olan xoruldama, yorğanı çəkmə, təraş dəstələrini hamamda unutmaq kimi əsəbləşdirici vəziyyətlərlə qarşı-qarşıya qalmazsınız.
6. Rəfiqələrinizə və ailənizə daha çox vaxt ayıra bilərsiniz. Laqeydlik etdiyiniz və sizə dəstək olan kəslərlə əlaqələrinizi nizama salmaq şansınız olur.
7. Çölə rahatlıqla çıxa bilər və yeni insanlarla tanış ola bilərsiniz. .
8. Evə gəldiyinizdə yemək hazırlamaq, paltar yumaq, evi yığmaq kimi zərurətləriniz olmaz … İstədiyiniz zaman bunları edə bilərsiniz. Ən əhəmiyyətlisi köynək ütüləməkdən yorulmazsınız.

SUBAY OLMAĞIN MƏNFİ TƏRƏFLƏRİ.
1. Özünüzü tək hiss edə bilərsiniz. Xüsusilə ətrafımızda o qədər cütlük var və ailəniz artıq biriylə birlikdə olmağınızı təkid edərkən.
2. Bunu müvəffəqiyyətsizlik olaraq qiymətləndirə və bu mövzuda özünüzü mərhəmətsizcə qınaya bilərsiniz. Həqiqətən problem halına gətirdiyinizdə depressiyaya belə girə bilərsiniz.
3. Subay olduğunuz üçün ətrafınızdakı namizədlər arasında bir seçim etməkdə çətinlik çəkə bilərsiniz. Amma uzun müddət subay qalsanız və seçim etməkdə çətinlik çəkib qarşınıza çıxan doğru insanları da itirə bilərsiniz.
4. Bir cütlüyün sahib olduğu şeyləri görəndə kədərlənə bilərsiniz. Bir-birini ruh əkizi olaraq təyin edən və bir ömür boyu birlikdə yaşamaq istədiyini söyləyən bir cütlükləri ya da uşaqlarıyla oyun oynayan bir ailəni gördüyünüzdə bəzi şeyləri qaçırmış hissinə qapıla bilərsiniz. Hətta evləndiyinizdə belə bəzi şeyləri gec yaşamış olmaq sizi yenə kədərləndirə bilər.
5. Davamlı olaraq subay olduğunuzun səbəbini özünüzdən soruşa bilərsiniz. Bunu dərd edib yeni birini tapmaq ümidiylə qarşınıza çıxan hər kişi ilə münasibət yaşaya bilərsiniz. (Sizin bu halınızı görən real namizədlərinizi də itirmək ehtimalınız da yüksək olacaq.)
6. Ailəniz və dostlarınızın narahat edici şərhləri ürəyinizi sıxa bilər. “Tam sənə uyğun birini tapdım” deyərək sizi bezdirə bilərlər.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.