Sevgililər Günü Üçün Ala biləcəyiniz Super Hədiyyə Fikirləri
13 Şubat 2017
3 973
0
14 Fevral sevgililər günü üçün hədiyyələr:
1. Ətir
Çox klassik ola bilər, amma daha əvvəl almamısınızsa, bir dəfə də olsa alın. Əgər nə tərz qoxulardan xoşlandığını da bilirsinizsə, bəyənməmə ehtimalı çox azdır. Risksiz bir seçimdir.
2. Saat vs... Aksesuarlar
Aksesuar yaxşı bir variantdır, xüsusilə alacağınız adam, aksesuarları sevirsə, bu hədiyyədən məmnun qalacaq.
3. Mənəvi dəyəri yüksək olan şeylər
Məsələn bir bəzəkli bir qutunun içini mənalı söz ya da cümlələr yazılı kağızlarla doldurun. Xoşluq olsun deyə öz etdiyiniz bir şeydə içinə qoya bilərsiniz.
4. Qucaq dolusu gül
Qadınların ən sevdiyi şeylərdən biridə çiçəklərdir. Özləri kimi gözəl çiçəklərə huşunu itirərlər. Kişilərə alına biləcək bir hədiyyə olmağa bilər, amma qadın üçün çox xoş olar.
5. Paltar
Sevgilinizin tərzini bilirsinizsə, rahatlıqla ala biləcəyiniz bir hədiyyədir. Rahat bir hədiyyəni kim sevməz?
6. Cüt boyunbağılar
Həm özünüzə, həm də sevgilinizə ala bilərsiniz, hətta içlərinə ya da hər hansı bir qisiminə bir-birinizin adını yazdıra bilərsiniz.
7. Qulaqcıqlar
Musiqi dinləməyi sevən biridirsə, mp3 tərzi bir şeyləri, könül rahatlığıyla ala bilərsiniz.
8. Ayaqqabı
Yenə klassik gələ bilər, amma ayaqqabı hər vaxt ehtiyac və tərzi ön plana çıxaran bir əşyadır. Alacağınız adama daha əvvəl almamısınızsa və ya çox köhnədən almısınızsa yenə ala bilərsiniz.