Üz dərisini ağardan maskalar

03 Temmuz 2016
3 671
0
Üz dərisini ağardan maskalar
1. Zəy,yaşıl və sarı limon suyu ilə bal dərinizin rəngini açacaq təbii vasitədir.Quru və yağlı dərilər üçün xiyar suyu çox uyğundur.Xiyarı qabıqlı sürtkəcdən keçirin,suyu çıxınca üzünüzə sürtün.
2. Üz dərinizin rəngini açmaq üçün aşağıdakı formulların hər gün birini istifadə etmək şərti ilə 10 gün müddətində etməlisiniz.
3. Eyni ölçüdə bal və limon suyunu qarışdırın,üzünüzə sürtüb 15 dəq.sonra yuyun.
4. Üzü xiyar dilimləri ilə ovun və sonra bir çay qaşığı xiyar suyunu üzə sürtün və sabah yuyun.
5. Bir neçə qr."Flour" adlı noxud ununu yaşıl limonun suyu ilə qarışdırın, üz və boyun hissənizə sürtün,quruduqdan sonra yüngülcə ovun.Bu formul üzdə olan tüklərin azalmasına səbəb olur.Noxud ununu 2 həftə 2 ç/q.süd və 4 damcı limon suyu ilə qarışdırın,hazır olduqda üzə və boyuna surtüb 15 dəq. sonra yuyun
6. Üzünüzə qatıq sürtün. Dəri rəngini açmaq üçün ağ turp sürtün və ya suyunu istifadə edin.
7. Eyni miqdarda bal,yoqurt ,herkules və süd ilə umac edin( bir az duru)sonra üzə sürtün.Balla badam yağını qarışdışırıb hər gecə üzünüzə sürtün.Pomidor suyu,yoğurt və yulaf əzməsi qarışdırıb üzə və boyuna çəkin 15 dəq. sonra soyuq su ilə yuyun.
8. Limon suyu ilə zəy qarışdırıb üzə sürtün və 20 dəq.sonra yuyun.
9. Sandal ağacı tozunu badam yağı və süd ilə qarışdırın.Sonra bu qarışımı dodaq kənarı,çənə ,göz altı və üzdə olan qara ləkələrə çəkib xəfif massaj edin.
10. Yaşıl limonu dilimləyin və üzə 3 dəfə sürtün.(quruduqca).Beş dəqiqə sonra soyuq su ilə durulayın.Bunu həftədə bir neçə dəfə edin.
11. Nanənin yarpaqların suda əzin.Üz və boyun hissələrinə sürtüb 1 dəq.sonra su ilə yaxalayın.
12. Bir az darçın ilə 0,5 ç/q.balı qarışdırın və hər gecə üzə sürtün. 4 ədəd badamı əzin bir gecə süd içərisində saxlayın.Üz və boyuna tətbiq edin.Bir-iki həftə ərzində istifadə edildikdə sifətinizin rəngi açılacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.