Qəhvə ilə üzünüzü pilinq edin - RESEPT » Feat.Az Sekiller, Xeberler, Yazili

Qəhvə ilə üzünüzü pilinq edin - RESEPT

12 November 2017
252
0
Qəhvə ilə üzünüzü pilinq edin - RESEPT
Qəhvə içməyi çox xoşlayırıq. Onun insan orqanizminə müxtəlif faydaları da var. Amma qəhvəni təkcə içməklə yox, ondan dərimizdə pilinq vasitəsi kimi istifadə edərək də faydalana bilərik. Feat.Az sizə qəhvə ilə pilinq hazırlamağın yollarını göstərir.

Qəhvənin dəriyə faydaları

2015-ci ildə aparılan bir araşdırmaya görə, qəhvənin dərini günəş işığına bağlı olaraq yaranan erkən yaşlanmadan qoruduğu ortaya çıxıb. Həmçinin, qəhvədə olan polifenoller dəri ləkələrindəki hiperpiqmentasiyanın azalmasına kömək edir.
Qəhvədən istifadə edərək hazırlayacağınız maska və pilinqlərlə sağlam və parlaq bir dəriyə qovuşmağınız mümkündür. Qəhvə pilinqi ölü dəri hüceyrələrindən qurtulmanızı təmin edərək dərinizi təzələməklə qalmayacaq, eyni zamanda qəhvədə olan antioksidantlarla daha gənc görünəcəksiniz. Bunlarla birlikdə kofein dərinizdəki artıq nəmi götürərək, hamar və daha sıx görünməsini təmin edəcək, üzünüzdəki şişliklər azalacaq.

Kakos yağı ilə qəhvə pilinqi
2 qaşıq qəhvəyə 2 qaşıq əridilmiş kakos yağı tökün. Yaxşıca qarışdırın və üzünüzə vurun.

Qatıqlı qəhvə pilinqi
1 qaşıq qəhvə ilə 1 qaşıq qatığı qarışdırın. Maskanın yaxşı alınması üçün qatığı süzməyiniz daha məsləhətdir. Verilənləri qarışdırın və artıq piilinqiniz hazırdır.

Qəhvə pilinqi necə tətbiq olunur?
Üzünüzü hər cür makiyaj, çirk və yağ qalığından təmizləmək üçün yaxşıca yuyun. Barmaqlarınızla maskanı üzünüzə sürtün, 20-30 dəqiqə qurumasını gözləyin. Barmaqlarınızı isladaraq, maskanı yuvarlaq hərəkətlərlə təmizləyin. Ən son üzünüzü su ilə yuyub yumşaq bir dəsmalla qurulayın. Təsirli bir nəticə üçün həftədə 1, ya da 2 dəfə istifadə etməyiniz məsləhətdir.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz