İnsan Qiyamətdəki aqibətindən xəbər tutacaqmı?

06 Nisan 2017
1 511
0
İnsan Qiyamətdəki aqibətindən xəbər tutacaqmı?
İnsan öləndən sonra, qəbirdə olarkən Qiyamətdəki aqibətindən xəbər tutacaqmı?

Hədislərdən məlum olur ki, əksər hallarda bu məlum olacaq. İnsan öləndən sonra sorğu-sual mələkləri onun qəbrinə gəlib suallar verəcəklər. Sorğu-sualdan uğurla çıxanların məzarının içindən cənnətə bir pəncərə açılacaq. Cənnətin ətri və sərinliyi həmin pəncərədən qəbrə daxil olacaq.

Feat.Az islam.az-a istinadən bildirir ki, mərhumun ruhu öz aibətindən arxayın halda qiyaməti gözləyəcək. Əksinə, suallara düzgün cavab verə bilməyənlərin qəbrindən cəhənnəmə doğru pəncərə açılacaq. Qəbirdəki günahkar adamın ruhu cəhənnəmin üfunətini, istisini hiss edəcək və qorxu içində məhşəri gözləyəcək. Əlbəttə, bu şərtlərdə dəyişiklik olması da mümkündür. Yəni ola bilər ki, qiyamət günündə bəzi insanların günahı bağışlansın (şəfaət nəticəsində) və onlar cəhənnəm əzabından xilas olsunlar. Və yaxud ölünün yaxınlarının ehsan edib, savabını ona bağışlaması da qəbir əzabının yüngülləşməsinə səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.