Cinsi gücü artıran qəhvə kəşf edildi

Cinsi gücü artıran qəhvə kəşf edildi
Türkiyədə aparılan bir araşdırmada cinsi gücü artıran, eyni zamanda bir çox sağlamlıq problemlərinə faydalı olacaq qəhvə kəşf edilib.

Türkiyənin Qayseri şəhərində turizm və otelçilik liseyində aparılan layihə üçün əl qabiliyyəti yarışmasına qatılan bir şagirdin qəhvəsi böyük marağa səbəb olub.

Feat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin yarışçının hazırladığı keçibuynuzu qəhvəsinin birdən çox faydası olduğu ortaya çıxıb. Qəhvənin faydalarından ən diqqət çəkəni cinsi gücü artırması və cinsi istəksizlik problemlərinə kömək etməsidir.
Eyni zamanda qəhvənin baş ağrılarına, allergiyaya, astma, bronxit, xərçəng və uşaq iflici kimi bir çox xəstəliyə qarşı təsirli olduğu bildirilib.

Keçibuynuzu qəhvəsi hüceyrələri də təzələyir. Protein səviyyəsi və qida dəyərinin də çox olması səbəbilə insan orqanizmində olan hüceyrələrin yenilənməsində də faydalı olduğu qeyd edilir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.