Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT,görmə, havada, riskini, uşaqlar, təsirinin, olması, miopiya, pozulmalarının, digər, şuaların, az

Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT

17 October 2017
299
0
Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT
Müasir uşaqlar və yeniyetmələr açıq havada az olur, asudə vaxtlarını televizor və ya kompüter qarşısında keçirməyə üstünlük verirlər.

Alimlərin fikrinə görə, bu çox təhlükəlidir və həm uşaq vaxtlarında, həm gələcəkdə ciddi görmə problemlərinin inkişafına təkan verə bilər.

Daily Mail xəbər verir ki, Böyük Briyaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, B-spektrdan olan ultrabənövşəyi şüalarının təsiri miopiyanın (yaxınıgörmə) riskini azaldır. Əksinə isə bu şuaların təsirinin az olması miopiya və digər görmə pozulmalarının riskini artırır. Bu xüsusilə uşaqlar və cavan insanlar üçün vacibdir.

Araşdırmalar göstərib ki, uşaq vaxtı açıq havada az vaxt keçirən böyüklər arasında görmə ilə bağlı olan problemlərə daha tez-tez təsadüf edilir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz