Tarixdə Bu Gün - 14 Noyabr

14 Kasım 2016
1 081
0
Tarixdə Bu Gün - 14 Noyabr
14 noyabr: *Albert Eynşteyn Kvant nəzəriyyəsini irəli sürmüşdür, (1908-ci il). *Alman filosofu Fridrix Hegel vəfat etmişdir, (1831-ci il).

Əhəmiyyətli hadisələr
1914 — Fuat Uzkınay ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nü çəkmişdir.
1922 — BBC Böyük Britaniyada radio yayımına başlamışdır. Yayıma görə lisenziya isə 1923-cü il yanvarın 18-də verilmişdir.
1925 — Sürrealistlərin ilk sərgisi Parisdə açılmışdır.
1940 — Böyük Britaniyanın Koventri şəhəri hava hücumuna məruz qalmış, 100 mülki şəxs ölmüşdür.
1969 — Liviyada bütün xarici banklar milliləşdirilmişdir.
1981 — Qambiya və Seneqal birləşərək federal respublika yaratmışdır. Seneqambiya adlanan bu respublika 1989-cu ilə qədər mövcud olmuşdur.
2002 — 1993-də Mərkəzi Kəşfiyyat İdarəsinin iki agentini öldürmək ittihamı ilə məhkum olunan pakistanlı Aymal Xan Kasi Virciniyada zəhərli iynə ilə edam edilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.