Daha iki məşhur serial dayandırılacaq

07 Kasım 2014
1 305
0
Daha iki məşhur serial dayandırılacaq
Daha iki məşhur serial dayandırılacaq


Türkiyədə serial bazarında reytinq uğrunda ölüm-dirim savaşı davam edir.



, son illərin ən məşhur seriallarından olan "Yalan Dünya” bu rəqabətə davam gətirə bilmədiyindən onun yayımı dayandırılacaq. Star TV-nin iddialı başlayan yeni serialı "Reaksiya” da "Yalan dünya”nın aqibətini yaşamaqdadır.



Bu mövsüm telekanallarda reytinq sisteminin dəyişməsi "Yalan dünya”nın da işlərini çətinə salıb. Prodüserlərin hər seriyasına 450 min lirə xərclədiyi "Yalan dünya”nın aktyorları da artıq vəziyyətdən xəbərdardırlar.



Ssenari müəllifi və baş rolun ifaçısı Gülse Birsel aktyor heyətinə daha dörd bölüm çəkəndən sonra serialın bitəcəyi barədə məlumat verib. Aktyorlar isə bu qərarı çox pis qarşılayıblar. İbrahim Çelikkol, Erdal Beşikçioğlu və Nehir Erdoğan kimi tanınmış simaların rol aldığı "Reaksiya” isə Show TV-nin "Güldür Güldür” adlı aşağı büdcəli proqramına uduzduğundan yayımdan qaldırıla bilər
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.