Xoşbəxt evliliyin QIZIL QAYDALARI
---
01 Eylül 2016
1 245
0
1. Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız qopmazsınız.
2. Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin.
3. Əsla pula görə dava etməyin.
4. Heç bir zaman ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin.
5. Həyat yoldaşınız evə gələndə əhəmiyyətli bir qonaq kimi davranın.
6. Axşamları fiziki təmasa keçə biləcək qədər yaxın oturun.
7. Birlikdə gülün.
8. Mümkündürsə hamam otaqlarınız ayrı olsun.
9. Qadınların sevilmək üçün əzizlənməyə, kişilərin sayılmağa ehtiyacı olduğunu unutmayın.
10. Ayda bir dəfə də olsa ikiniz birlikdə nəsə edin.
11. "Əvvəl mən" deməyin.
12. Uşaq sahibi olun.
13. Davamlı pis halları gündəmə gətirməyin.
14. Gözəl zamanlarınızı xatırlayın.
15. Boşanmaq ağla gələn ilk variant olmamalıdır.
16. Ehtiraslı olun.
17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.
18. Əvvəllər sahib olduğunuz ən yaxşı dostunuzu unudun, indi yeni bir ən yaxşı dostunuz var.
19. Seks həyatınızı maraqlı edin.
20. Evliliyinizə mənfi təsiri olan qohumlarınızdan uzaqlaşın.
21. “Xahiş edirəm”, “Zəhmət olmasa”, “Zəhmət oldu” kimi sehrli ifadələrdən istifadə etməyi unutmayın.
22. Bir-birinizin fərqli tərəflərinə, xüsusiyyətlərinə hörmətlə yanaşın.
23. Uşaqlar olmadan, ikiniz birlikdə səyahətə çıxın.
24. Ortaq xəyallarınız olsun.
25. Bir-birinizin yaşlanma, yetkinləşmə müddətini izləyin və maraq göstərin.
lent.az