ALiYeVdən Günlük Bürclər 25.02.2015

24 fevral 2015
2 063
5
ALiYeVdən Günlük Bürclər 25.02.2015
ALiYeVdən Günlük Bürclər 25.02.2015

Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Çətin məsələlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Gərəkli informasiyanı vaxtında əldə etməyə çalışın. Həmin məlumatdan yararlanmağa can atın. Danışıqlara başlamaq, yeni müttəfiqlər aramaq olar. İdeyalarınız dəstək alacaq.Günün ikinci yarısında əldə edilən məlumatlar faydalı olacaq. Yeni romantik münasibətlər başlana bilər. Hisslər və emosiyalar dinamik olacaq.Maliyyə itkiləri ola bilər.

Buğa - gün ərzində müəyyən çətinliklər yarana bilər. Lakin müsbət təmayüllərin təsiri güclüdür və bunu sezməmək mümkün deyil. Peşə fəaliyyəti müstəvisində yaranan problemlərin sürətli həlli ilə yanaşı, karyera müstəvisində irəliləyişlər mümkündür. Nüfuzlu insanın dəstəyini almaq və ambisioz planlardan birini yerinə yetirmək olar.
İş barədə nə qədər çox düşünsəniz, yaxınlarınızla ünsiyyət üçün bir o qədər az vaxt qalacaq. Müəyyən birgə planları təxirə salmalı olacaqsınız. Bu da münasibətlərə yaxşı təsir etməyəcək.

Əkizlər - gün o qədər pis olmasa da, özünüzdən ifrat dərəcədə narazı qalmayın. Daha çox iş görməyin, uğurlara nail olmağın mümkünlüyünü düşünüb özünüzü yarıtmaz hesab etməyin. Aktiv, enerjili olun. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Özünütənqiddə ifrata varmayın. Ciddi səhvə yol verməyibsiniz, yaranmış situasiyada adekvat davranıbsınız. Yaxınlarınızla kiçik anlaşılmazlıq münaqişəyə səbəb olmayacaq.Maliyyə məsələlərində ehtiyatlı olun. Günün ikinci yarısında pul itkiləri ola bilər. Yaxşı tanımadığınız insanlarla qarşıdurmaya, mübahisəyə başlamayın. Yaranmış neqativ emosiyalarınız üçün daha uyğun çıxış yolu tapın.

Xərçəng - yaranmış situasiyanı yanlış dəyərləndirməyin. Ciddi problemlərin təməlini qoymayın. Çətin işi təxirə salaraq istirahət və əyləncə barədə düşünməyin. Peşə fəaliyyəti ilə bağlı öhdəlikləri, yaxınlarınıza verdiyiniz vədləri unutmayın.Mühüm sənədlər, uzunmüddətli fəaliyyəti nəzərdə tutan anlaşma və ya sövdələşmənin imzalanmasını təxirə salın. Ailə işlərinə, məişət qayğılarına diqqət yetirin. Bu sahədə irəliləyişə nail ola bilərsiniz. Təmaslarda sayıq, diqqətli olun. Fırıldaqçıların qurbanı, intriqan insanların məkrinin obyekti olmayın.


Şir - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə aparır.Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə bilərsiniz.Psixloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün münasib zamandır.

Qız - ünsiyyətdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanların əsla xoşuna gəlməyəcək nə isə deməyin. Yersiz söhbətlər və boş iddialara yer verərək nüfuzunuzu zərbə altında qoymayın. Adi günlərdən fərqli olaraq bu gün impulsiv qərarlara və tələsik addımlara daha çox meyllisiniz. Sonuclar istədiyiniz kimi olmayacaq.Mürəkkəb, qarışıq situasiyalarda müstəqil fəaliyyət göstərin. İndiyədək sizə dəfələrlə kömək etmiş insandan yardım istəyə bilərsiniz. Axşam saatlarını yaxınlarınız, zəif və güclü yönlərinizə bələd insanlarla keçirin.

Tərəzi - ziddiyyətli, təbəddülatlı təmayüllərin təsirini hiss edəcəksiniz. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklər qeyri-standart çözüm tələb edir.Detallara və xırdalıqlara ciddi yanaşma, diqqət tələb edən fəaliyyət usandırıcı təsir bağışlaya bilər. Tez yorulmayın. Hesablamalarda, xüsusilə də büdcənin planlaşdırılmasında yanlışlıqlar ola bilər.Yaşca özünüzdən kiçiklərlə təmaslarda diqqətli və qayğıkeş olun. Yaşlılarla dil tapmaq asan deyil.Nüfuzlu şəxslə görüşərək danışıqlar aparmaq olar. Lakin müraciət və xahişinizin dərhal nəzərə alınacağını düşünməyin.

Əqrəb - yaşanan olayları, hissləri real dəyərləndirin. Mənasız illüziyaların köləsinə çevrilməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə nəyisə dəyişmək istəyəcəksiniz. Narahatlığınızın səbəbini dəqiq anlamadan, müəyyənləşdirmədən düşünülməmiş addımlar atmayın. Maliyyə durumu birmənalı deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin, öhdəliklərə boyun olmayın.Yanınızdakı insanlara adi günlərlə müqayisədə daha çox tələbkar olmayın. Bu, işlə bahəm, evdə də münaqişəyə səbəb ola bilər. Çətinliklər müvəqqətidir.


Oxatan - işlərdə yaxşı yox, əla nəticələrə nail olmaq mümkündür. Yeni layihə uğur vəd edir. İşlə bağlı şübhələr varsa, bir qədər fasilə edin, qüvvələrizin bərpasına başlayın. Döyüşkən və qətiyyətli olun. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Ən çətin işlərə başlaya bilərsiniz.Məntiqli və soyuqqanlı olsanız, çətinliyin öhdəsindən gələcəksiniz.Fiziki iş və cari müşküllərin həlli üçün yaxşı zamandır. İstənilən, hətta ən kiçik və cüzi işlərə məsuliyyətlə yanaşın. İri məbləğdə gəlir və yaxın saydığınız insanlardan birindən hədiyyə istisna deyil.

Oğlaq - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.

Dolça - yeni və maraqlı işə başlamaq üçün əlverişli gündür. Həmin iş həddən ziyadə faydalı olmasa belə, eyb etməz. Diskusiyalar məhsuldar keçir. Fikir ayrılıqları olsa belə, konstruktiv məcrada qalın, güzəştli həll variantı tapın.Müstəqil çalışmaqla yanaşı, həmfikirlərlə də məhsuldar fəaliyyət göstərmək olar.Təşəbbüslər üçün pis gün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Axşam saatları xoş dəqiqələr vəd edir.

Balıqlar - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.Şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər. Müəyyən hadisə çoxdan tanıdığınız insanların yeni xislətini aşkarlayır. Qəfil vizit, ola bilər. Gələn qonaqlar pozitiv emosiyalar vəd edirlər.
Məişət texnikası və nəqliyyat vasitəsi almaq məsləhət deyil. Mir.Az
Şərhlər
PreNseS
cox sag ol burce gore
Nutella
melumata gore saqolasin
ASK YENİDEN
Əkizlər - gün o qədər pis olmasa da, özünüzdən ifrat dərəcədə narazı qalmayın. Daha çox iş görməyin, uğurlara nail olmağın mümkünlüyünü düşünüb özünüzü yarıtmaz hesab etməyin. Aktiv, enerjili olun. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Özünütənqiddə ifrata varmayın. Ciddi səhvə yol verməyibsiniz, yaranmış situasiyada adekvat davranıbsınız. Yaxınlarınızla kiçik anlaşılmazlıq münaqişəyə səbəb olmayacaq.Maliyyə məsələlərində ehtiyatlı olun. Günün ikinci yarısında pul itkiləri ola bilər. Yaxşı tanımadığınız insanlarla qarşıdurmaya, mübahisəyə başlamayın. Yaranmış neqativ emosiyalarınız üçün daha uyğun çıxış yolu tapın.

xebere gore tesekkurler dosimm
Dear..
İnanmıram günlük bürcə çox saol
senin meleyinem
cox saolun burclere gore:)
Şərh Yaz