Bürclər necə aşiq olurlar ?

28 Şubat 2015
3 439
0
Bürclər necə aşiq olurlar ?
QOÇ:
Qoç bürcü romantizmi dərinliklərdə yaşayır.Heç gözləmədiyiniz bir anda, sizə nə qədər cazibədar olduğunuzu söyləsə əsla çaşmayın! Qoç Bürcü kəsləri olduqca cazibədar və təsir edicidirlər.
Üstəlik ona aşiq olmaq da bir o qədər asandır. Quruluşu etibarilə kiçik yaşlardan etibarən qarşı cinsə maraq duymağa başlarlar. Avtoritardırlar, istəklərini reallaşdırmaq üçün maneə tanımazlar. Sürprizlərlə dolu Qoç Bürcü, eyni zamanda olduqca cürətkardırlar. Qarşı tərəfi, ovlanması lazım olan bir ov olaraq görər. Aşiq olduğu zaman işlər dəyişər. Mükəmməl bir aşiq olar, əlaqələrinə dəyər verər, romantizmi dolu dolu yaşadarlar. Hər nə qədər Qoç Bürcü insanı öz istəklərini və ehtiyaclarını ilk sıralara qoysa da bu tutumlarından və həyata müsbət baxışlarından təsirlənməmək qeyri-mümkündür. Bu bürcün qadınları, qürur və güc axtararlar amma bir az da itaətlilik gözləyərlər; çünki üstlərində hakimiyyət qurulmağa işindən xoşlanmazlar.

BUĞA:
Buğa bürcü güvəndiyi zaman romantik bir aşiqə çevrilirBuğa Bürcü insanı üçün eşq və cinsilik, həyatın əhəmiyyətli bir parçasıdır. Amma bu, onların tez aşiq olduqlarını gğstərməz. Əksinə çətin aşiq olarlar. Müddət onlar üçün heç əhəmiyyətli deyil.O, sizi həyatının qadını olaraq görmüşsə sonuna qədər israrçı olacaq, əlaqə boyunca da sizin məmnun etmək üçün əlindən gələn hər şeyi edəcək. Birlikdəliyə başlama mövzusunda ağır və şübhəçi davranan Buğa, irəliləyən zamanlarda qarşısındakından əmin olduğu təqdirdə inanılmaz bir dəyişmə göstərəcək. O qərarsız və çətinlikli halının yerini romantik bir aşiqə buraxacaq.

ƏKİZLƏR:
Əkizlər bürcü həm zehni baxımdan həm də fiziki baxımdan davamlı hərəkət halındadır.Əkizlər üçün məntiq çox əhəmiyyətlidir. Əlaqə inkişafdan əvvəl, məntiq bağının inkişafını istəyərlər. Çox romantiklik onlara başlanğıcda ağır gələ bilər. Bəzi şeyləri davamlı tarazlıqda tutmaq istəyərlər. Əkizlərin qapısını açmaq gücdür amma bir dəfə açıldımı göstərdikləri həssaslıq sizi çox çaşdıra bilər.Əlaqələri həyəcan vericidir. Bir çox insan, onlarla vaxt keçirməkdən çox xoşlanar. Lazım olduğunda cazibədar olmağı və bu cazibədarlıqlarını istifadə etməni yaxşı bilərlər. Əgər bu bürcdən biriylə birlikdə olacaqsınızsa, dəyişən bir ruh halına da özünüzü hazırlamalısınız. Ümumiyyətlə maraqsız, çatılmaz və çətin görünərlər. Bu vəziyyətdə nəyin səhv getdiyini düşünər dayanarsınız. Əslində buna çox ilişməyin; çünki qısa bir müddət sonra köhnə nəzakətli və əyləncəli halına geri dönəcək. Əkizlər, hərəkəti və dəyişikliyi sevər. Bu səbəblə bir adama bağlanmaq, onlar üçün çox gücdür. Birdən çox adamı idarə etmək isə tam onlara görədir. Üstəlik bu planları edərkən qarşı tərəfə bir şey sezdirməyəcək qədər də qabiliyyətlidirlər.

XƏRÇƏNG:
Xərçənglər sevgi dolu, şəfqətli, eyni zamanda ehtiraslı!
Xərçəng Bürcü çox romantik və aşiq olduqları zaman hadisələrə diqqətlə yaxınlaşan kəslərdir. Qırılmaqdan çox qorxarlar; bu səbəblə partnyoruna ürəklərinin qapılarını açmaqda çətinlik çəkirlər,ondan əmin olmaq istəyərlər. Əlaqəyə bir dəfə başladımı, bunun uzun davamlı bir birlik olmasını istəyərlər. Xərçəng dərhal hərəkətə keçməz, çünki qarşılıq görəcəyindən əmin olmaq istər. Bu səbəblə onları passiv aşiqlər olaraq görə bilərik.

ŞİR:
Şir, qarşı cins üçün çox cazibədar və cəmiyyət içində özlərini müəyyən edən insanlardır!
Romantik və asan aşiq olan bu kəslər, başlanğıcda partnerini əzməkdən bir az xoşlanar. Bu vəziyyət qarşı tərəfə ağır gələ bilər. Əlaqə irəlilədikdən sonra özlərinə qarşı tərəfə təslim edərlər və ehtiraslı bir aşiqə çevrilərlər.Şir Bürcü üzvləri, qarşı cins üçün çox cazibədar insanlardır.Əlaqədə suverenliyin özlərində olmasını istəyərlər. İlk addımı atmaqdan heç çəkinməzlər. Cazibədar və karizmatiktirler. Qarşısındakını xüsusi hiss etdirərlər. Cinsi baxımdan sıx yaşadıqları duyğularını çətin idarə edərlər.Bu bürcün insanları mümkün olduğu qədər iş xarici bütün zamanlarını həyat yoldaşı ilə birgə keçirmək istəyərlər. Şir Bürcü bütün dünyanın öz ətrafında döndüyünü düşünər, bir müddət sonra qarşısındakını da, itirmək üzrə olduğu bir oyunun ikinci yarısında rol aldığını görməyə başlaya bilər.

QIZ:
Qızlar saf və təmiz aşiqlər!
Qız Bürcündə təbiətinlər şən və təvazökar rəftarlarıyla diqqət çəkərlər. Romantik baxımdan özlərinə çox güvənərlər. Eşq həyatları üçün xəyallarında çəkdikləri biri vardır və o xüsusi insanı tapana qədər gözləyərlər. Bu xüsusi adam ilə qarşılaşdıqdan sonra isə özlərini ona həsr edərlər. Bu vəziyyətdə göstərdikləri səy və səbirli rəftarı sizi belə çaşdıra bilər. Qız bürcü aşiq olduğu zaman başlanğıcda fiziki baxımdan partnyoruna qarşı bir az qatı davrana bilər.

TƏRƏZİ:
Tərəzilərlə buludların üstünə çıxmağa hazır olun!
Doğru partnyoru tapdıqları zaman, həyat onlar üçün məna qazanar və hər şey toz çəhrayı görünər. Qarşısındakından gözlənilməz bir davranış görsə xəyal qırıqlığına uğrayar, bu da yaşadığı həyəcanın bütün sehrini pozar. Tərəzi hər vaxt sonsuz eşqini verməyə hazırdır. Bir Tərəzini tanımaq həqiqətən əyləncəli bir təcrübədir. Özünüzü onun yanında rahat hiss edərsiniz. Şam işığında bir yemək və xoş bir söhbət, onun ürəyini qazanmağı təmin edə bilər. Dinləməyi və partnyorunu yaxşı hiss etdirməyi bilərlər. Başlarına birini qoyduqları zaman çox cazibədar ola bilərlər. Şəndirlər və partnyorlarına dəyər verərlər

ƏQRƏB:
Əqrəblər üçün ya həmişə ya heç… qərarlı aşiqlər!
Bir çox Əqrəb, dolu dolu bir eşq yaşamaq istər. Duyğularını, arzuları başqalarıyla paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə tutulduğunuzda bir daha ayıra bilməzsiniz. Güclü bir təsirləri vardır; bu təsirdən özünüzü asan asan ala bilməzsiniz. İstədikləri zaman bəyəndikləri adamın könülünü oğurlamağı bacararlar. Əqrəb üzvləri intimual baxımdan özlərini çox yüksək səviyyədə görərlər.Partneri ilə birlikdə çölə çıxmaqdan böyük zövq alarlar. İctimai və əyləncəlidirlər.Müdhiş sevgilidirlər. Qadağan olmadan eşqlərini yaşayarlar. Fırtına kimidirlər, sarsılar lakin normala dönmələri də çox zaman almaz.Sevinclərini də kədərlərini də sıx yaşayarlar bu səbəblə bir Əqrəblə bərabərsinizsə mütləq səbirli olmalısınız.

OXATAN:
Oxatanın müdhiş cazibələri var.
Cəsur oxatanlar ətraflarına enerji və həyəcan saçarlar. Ürək məsələlərinə gəlincə oxatan, özünü eşqinə həsr edər və düşüncələrini açıqca ifadə etməkdə heç çətinlik çəkməz. Cəsur və eşqbazdır. Bəyəndiyini əldə edənə qədər məşğul olar, bundan da zövq alar. Əlaqə yerinə oturduqdan sonra duyğularını saxlamaq onlar üçün olduqca çətindir. Qəti olan bir şey vardır; əgər partnyorunuz sa oxatandırsa həyatınız əsla sıravi olmayacağıdır. İstiqanlı, qızdırmalı və romantikdir; eşqbazlıq, təbiətində vardır. Müdhiş cazibəsindən təsirlənib dəvətini qəbul etmənizin çox uzun sürməyəcəyinə əmin ola bilərsiniz.

OĞLAQ:
Oğlaqlar, güvənə söykənən bir əlaqələri olduğuna inansalar ehtiraslı və yaxşı bir sevimli olarlar!
Duyğularını bir müddət idarə altında tutmağa çalışarlar. Bu səbəblə romantizmin meydana gəlməsi zaman alar. Partnyoruna hər keçən gün daha da aşiq olarlar, bu vaxt ona olan etibarları artar. Əlaqənin hər baxımdan dadını çıxardarlar. Bəyəndikləri adama yoldaşlıq təklif etmədən əvvəl, başlarında xüsusi bir danışma hazırlayarlar. Əgər duyğularında ciddilərsə, yaxşı bir təsir buraxmaq üçün romantik bir yemək yeyə biləcəyiniz lüks bir restorana dəvət edərələr. Oğlaqların rahatlamaq üçün gözəl sözlər eşitməyə ehtiyacı vardır. Güvənə söykənən bir əlaqələri olduğuna inansalar da ehtiraslı və dünya yaxşısı bir sevimli olarlar. Çox tutumludurlar; çox pul xərcləməyi bədxərclik olaraq görərlər. Əlaqədə sabitlik və mərhəmətə əhəmiyyət verərlər. Olan bitənlərin başqaları tərəfindən bilinməsindən heç xoşlanmazlar.

DOLÇA:
Dolçanın özünə xüsusi bir ehtirası vardır!
Dolçalar, gərəksiz səmimiyyətlərdən xoşlanmayan kəslərdir. Xarici görünüş çox veclərinə olmaz. Onlar ancaq zəkalarını ələ keçirən insanların arxasından ayrılmazlar. Möhkəm dostluqlar qurmaq istər amma ünsiyyət qorxusuyla özlərini geri çəkərlər. Səmimiyyət qurmaq isdəsələrdə başlanğıcda tək olmağa ehtiyacları vardır. Bu, onlar üçün gerçək bir xəyal qırıqlığı yaşada bilər.Dolça Bürcü insanlarında güclü bir maqnetik çəkiliş vardır. Bu, onların ən izdihamlı mühitdə belə fərq edilmələrini təmin edər. Ağıllıdırlar, əvvəl düşüncələrində eşqbazlıq edərlər. Duyğularını ortaya qoymaqda çətinliklər yaşar. Dolçanın özünə xas bir ehtirası vardır, bu, onu daha da cazibədar edər.Dolça Bürcü insanı, həyatını biriylə paylaşma həyəcanı içində deyil. Anlayış axtararlar.

BALIQLAR:
Duyduqları sevgiylə bəzən kor olar və partnyorlarının səhvlərini görməzlər. Eşqi tapana qədər bir çox dəfə, qurduqları xəyallar duzla buz olar amma Balıqlar gerçək sevgilini axtarmaqdan heç imtina etməzlər. Aşa bilmədiklərini ürək qırıqlıqlarına baxmayaraq, hər yeni eşqə ümid dolu başlarlar. Partnyorunu yavaş yavaş kəşf edərkən, ürəklərində yaranan bu xoş qarışığın dadını çıxardarlar. Başdan çıxarıcı bir mühit və sehr yaratmağı sevərlər. Xüsusi günləri, yuxu kimi bir yemək və çox xoş bir hədiyyə ilə qeyd edərlər. Bu eşqin zərərli bir tərəfi də vardır. Qısa müddətdə sevgililərinə bağlanarlar və bu, əlaqədə zərərli bir təsir yarada bilər. Ancaq doğru insanla, özlərinə olan güvən və xoşbəxtlikləri daha da arta bilər.


Tərcümə etdi: SOLEDAD

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.