26.05.2015 Gündəlik Bürclər (26 MaY 2015)

25 Mayıs 2015
4 872
2
26.05.2015 Gündəlik Bürclər (26 MaY 2015)
26.05.2015 Gündəlik Bürclər (26 MaY 2015)

Qoç - Ailə və ev problemləri yaranacaq. Düşünülmüş addım atmalısınız. Səhhətinizə fikir verin. Qəfil yorğunluq və zəiflik hiss etsəniz, dincəlin.

Buğa - Işdə artıq sözlər deməyin. Mübahisələrə qatılmayın. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ziddiyyətli olaylara hazır olun. Tələsik qərar verməyin. Səfər, mədəni istirahət üçün əlverişli gündür.

Əkizlər - Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Romantik macəra və ya sərgüzəşt axtarışında olmayın. Yerinə yetirməyəcəyiniz işi vəd etməyin. Nəticəsi olacaq işi seçin.

Xərçəng - Tənbəllik etməyin, səliqəli və dəqiq olun. Perspektivlər genişlənir. Mühüm məsələni rahat həll etmək olar. Anlaşma, sövdələşmə, müzakirə və alış-veriş üçün uğurlu gündür.

Şir - Günün ilk yarısında istədiyiniz maraqlı işlə məşğul olun. Öhdənizə götürdüyünüz işi başa vurun. Ailədə izafi gərginlik yaşanmasının qarşısını alın ki, bədxahlar sevinməsin.

Qız - Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır. Əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Heç nəyi mürəkkəbləşdirməyin. Izafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir.

Tərəzi - Günün ilk yarısında səfərə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Əqrəb - Təşkilatçılıq məharətinizi nümayiş etdirin. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir. Əlaqələri gücləndirin. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər.

Oxatan - Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbrsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın. Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq - Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Günün ilk yarısında yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlara heç nə vəd etməyin.

Dolça - Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Ailəli mənsublara ulduzlar məsləhət görür ki, övladlarına nüfuzları ilə təzyiq etməsinlər.

Balıqlar - Mübahisələri genişləndirməyin. Ünsiyyət üçün etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Dear..
İnanmıram günlük bürcə
-Təşəkkürlər
SEHRI
  • SEHRI
  • 25 Mayıs 2015 13:47
Dolça bürcünə görə təşəkkürlər bu dəfəki həsləhətlər mənə aid deyil.
RƏY ƏLAVƏ ET