02.09.2015 Gündəlik Bürclər (2 Sentyabr 2015)

01 Eylül 2015
3 335
4
02.09.2015 Gündəlik Bürclər (2 Sentyabr 2015)
02.09.2015 Gündəlik Bürclər (2 Sentyabr 2015)

Qoç - çətin və qarışıq gündür. Hadisələr gözlənilən istiqamətdə və məcrada inkişaf etmir. Köhnə problemlər yenidən bumeranq kimi qayıdır. Mənəvi cəhətdən hələ hazır olmadığınız qərarı qəbul etməli olacaqsınız. Əhvalınız dəyişə bilər. Gərginliklər və həyəcanlar istisna deyil. Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Ciddi uğurlara nail ola bilərsiniz. Özünüzü həddən artıq yormayın. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ağır işləri təxirə salın.

Buğa - pis gün deyil. Olayları soyuqqanlı və obyektiv dəyərləndirin. Emosiyalara qapılmayın, illüziyalardan qurtulun. Köhnə dostlarla bahəm, yeni tanışların məsləhətlərindən yararlanın. Hətta işə dəxli olmayan təsadüfi ifadə belə irəliləyişdə təkan ola bilər. Günün ikinci yarısında yeni, genişmiqyaslı və mühüm işə başlamaq olar. Qarşınıza yeni məqsədlər qoyun. Maraqlı hadisələr və xoş tanışlıqlar ola bilər. Emosiyalarınıza hakim olun. Axşam saatlarında normal istirahət edin.

Əkizlər - tənbəllik və süstlük etməyin. Başladığınız işi nəyin bahasına olursa-olsun, başa vurun. Çətin, amma mühüm işi uğurla sonuclandırın. Maliyyə məsələlərini həll etmək olar. Az və müfəssəl olmayan informasiyadan da bəhrələnin. Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Əhvalınızın pisləşməsi istisna deyil. Narahat olmayın. Köhnə dostlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.

Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Yaranmış şəraitdən normal faydalanmağa çalışın. Çətin, qarışıq işlərin öhdəsindən gəlmək üçün aktiv olun. Başqalarının bacarmadıqları, qarşısından geri çəkildikləri işi sonuclandırın. Yeni müttəfiqlər olacaq və onlar sizə yardım edəcəklər. Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, sevdiyiniz insanla görüş üçün əlverişlidir. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin. Yeni tanışlıqlarda tələsməyin. İndi yalnız mənəvi dəstəyə ehtiyac duymayan insanlar da sizə can atırlar.

Şir - ötən həftənin sonlarında yaranan xoşagəlməz işlər və problemlərin fəsadları hələ də aradan qalxmayıb. Orijinal, qeyri-adi ideyalar effektiv ola bilər. Təcrübəli insanların məsləhətləri və formalaşmış ənənələrə zidd çıxmağa risk etmək olar. Riski zəruri sayırsınızsa, konkret addım atmazdan əvvəl yaxşıca düşünün. Günün ikinci yarısı ünsiyyət və müzakirələr üçün pis deyil. İşgüzar və ya romantik məcralı qəfil təkliflər ola bilər. Axşam saatlarında normal istirahət edin.

Qız - uzunmüddətli layihələrə xüsusi diqqət yetirin. Şəxsi münasibətlərdəki sərinliyi və ya yol verilmiş səhvi aradan qaldırın. Ciddi yanlışlıqlara yol verməyin. Addımlarınızı və qərarlarınızı təhlil edin, mühüm işlərdə tələskənliyə yol verməyin. Ən yaxşı nəticəyə nail olmaq üçün nə etməyin gərəkdiyini anlayın. Günün ikinci yarısında aktiv və enerjili olun. Kəmhövsələlik edirsinizsə, səfərə yollanın. Səyahət uğurlu olmaqla yanaşı, pozitiv emosiyalar bəxş edəcək. Yeni tanışlıq sonradan faydalı ola bilər.

Tərəzi - işdə mümkün qədər ehtiyatlı olun. Bu gün yol verilən səhvlərin fəsadları hələ uzun müddət sizin üçün önəmli işlərə təsir edə bilər. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləri normallaşdırın. Maliyyə baxımından əlverişli gündür. Günün ikinci yarısında gəlir əldə etməyiniz mümkündür. Əvvəllər gördüyünüz işə görə ödəniş və ya pul alacaqsınız. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Romantik təmaslar üçün pis zaman deyil. Sevdiyiniz insanla ünsiyyətdə qayğıkeş olun. Dəyər verdiyiniz insanları sevindirin.

Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Bir zamanlar yardım etdiyiniz insanlar sizinlə təmas quracaqlar. Onlarla tərəfdaşlıqdan faydalanmaq olar. Danışıqlar məhsuldar keçəcək. Peşəkar fəaliyyətlə bağlı maraqlı, qeyri-adi təklif ala bilərsiniz. Günün ikinci yarısında müzakirə və ya diskussiyanı təxirə salmayın. Çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Müzakirələri təxirə salmayın. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də müəyyən çətinliklər istisna deyil. Sadəcə, sakit olun. Baş verənlərə emosional reaksiyanız nə qədər az olarsa, problemlərin öhdəsindən bir o qədər tez gələcəksiniz.


Oxatan - emosional fon əlverişli deyil. Ruhdan düşməyin, bədbinləşməyin. Yaşanan olayları, cərəyan edən prosesləri diqqətlə müşahidə edin. Durumu anlamağa çalışın. Sizə təsir edən hadisənin mahiyyətini anlamağa cəhd göstərin. Problemlərin həllinə yaradıcı yanaşma pozitiv olmağa yardım edəcək Günün ikinci yarısında ünsiyyət zamanı diqqətli olun. Sərt iradlar və kəskin tənqid zamanı deyil. Yaxın ətrafınızdakı insanlardan birinin xətrinə dəyə bilərsiniz. Güclü və zəif yönlərinizə bələd olan insanla çalışın. Yeni tanışlarla təmaslar zamanı aradakı məsafəni pozmayın.

Oğlaq - nöqsanlardan xali olmayan gündür. Lakin yaxşı məqamlar da var. Qeyri-adi situasiyada özünüzü göstərin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlarla bahəm, nüfuzlu şəxsin rəğbətini qazanmağa çalışın. Çətinliyə düşmüş insana yardım edin və bunun müqabilində mükafat, minnətdarlıq gözləməyin. Günün ikinci yarısında yaradıcı yanaşma tələb etməyən rutin və cari işləri qulaqardına vurmayın. Yeni, maraqlı işlə məşğul olmaq istəyirsiniz. Bu, yalnız yaxınlarınızdan birinin məişət qayğılarının həllində sizə yardımçı olacağı təqdirdə mümkündür.

Dolça - bütün diqqəti işə yönəldin. Fikriniz dağınıq olmasa, önəmli saydığınız işlərdə nailiyyət əldə etmək üçün sayıq olun. Dəvət aldığınız tədbirə qatılın. Peşəkar maraq və fəaliyyət sahənizi bölüşən insanlarla aktiv təmasda olun. Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət adi günlərdən fərqli olaraq daha sərin alınacaq. Yaxın ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Qarşılıqlı anlaşmaya zərbə vurmayın. Ailə üzvlərinə daha çox diqqət ayırın. Son günlər yaşanan olayları qulaqardına vurmayın.

Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Lakin kiçik problemlərin miqyasını böyütsəniz, özünüz üçün yeni çətinliklər yaradacaqsınız. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti mühüm işə yönəldin. Bütün yeniliklər və dəyişikliklər işlərdə irəliləyişlərlə sonuclana bilər. Günün ikinci yarısında ailədə ixtilaf yarana bilər. Emosiyalarınıza nəzarət etsəniz, münaqişəyə yol verməyəcəksiniz. Önəmli qərarları tələsik qəbul etməyin. Planlarınız və niyyətləriniz barədə kimsəyə danışmayın. Şəxsi münasibətlərdə hər addımı düşünərək atın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Nastinko
Şir bürcü həqqidəndə düz yazılıb :((
SEHRI
  • SEHRI
  • 2 Eylül 2015 10:50
Dolça bürcü üçün təşəkkürlər
Lami95
wir burcu ucun tewekkurler
BaBY..
`~ oxatan goreyde nolacaq tewekkurler
RƏY ƏLAVƏ ET