18.09.2015 Gündəlik Bürclər (18 Sentyabr 2015)

17 Eylül 2015
3 099
3
18.09.2015 Gündəlik Bürclər (18 Sentyabr 2015)
18.09.2015 Gündəlik Bürclər (18 Sentyabr 2015)

Qoç - travma riskli, münaqişəli gündür. Təhlükəsiz yerdə olmağa çalışın. Ətrafınızdakı insanlara iradlarınızı azaldın, dəyişikliklər və yeniliklərə dərhal reaksiya verin. Gün yaxşı konsentrasiya və diqqət tələb edir. Daxili aqressiyanın yüksək səviyyəsi işlərinizə mane ola bilər. İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin. Bununla yanaşı, çətin situasiyalarda həll axtarışından yayınmayın. Cari vəziyyətdə yeganə dürüst həll variantını tapmaq olar.

Buğa - gərginlik pik həddinə çatır. Problemlər və xoşagəlməz situasiyanın mənbəyi ehtimal etdiyiniz məqamla bağlı deyil. Bütün işləri və situasiyanı nəzarətdə saxlamağa çalışmayın. Daxili dinamik tarazlığa nail olun. Diqqət tələb edən situasiyaya dərhal müdaxilə etməyə hazır olun. Görüş, müzakirə, təmir işləri, məşq, səfər və səyahəti təxirə salın. Günün ikinci yarısında informasiya axtarışı, müşkül təsir bağışlayan məsələnin tədqiqatı sərfəli məşğuliyyətdir. Yaxın ətrafınızdakı insanı dinləyin, yardıma ehtiyacı olana kömək edin. Amma başqasının problemlərini ön plana çəkərək öz maraqlarınızı unutmayın.

Əkizlər - heç bir mühüm işi planlaşdırmayın. Son nəticəyə ciddi təsir edə biləcək səhv riski az deyil. Diqqətsizlik və ya kənar şərtlərin təsiri nəticəsində maliyyə maraqlarınıza ziyan dəyə bilər. Tərəfdaş və ya həmkarlarınızla səylərinizi birləşdirərək ümumi məsələləri həll edin, problemləri çözün. Şəxsi münasibətlərdə gərəksiz söhbətlərə, çək-çevirə ehtiyac yoxdur. Konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına və taktikaya riayət olunmasına sərf edin.

Xərçəng - indiyədək qaranlıq və mübhəm qalan situasyanın məqamları aşkarlanır. Münaqişə vəziyyətinin yaranması, münasibətlərdə qəfil dəyişiliklər istisna deyil. Yaxın ətrafınızda olan insanlarla münaqişə etməyin, kompromisslərə hazır olun. İşdəki təşkilatçılıq məharətinizdən yararlanın. Çətin işi kiməsə həvalə etməyin, özünüz yerinə yetirin. Günün ikinci yarısında səfər və ya səyahətdə travma riski artır. Texnika, alovla ehtiyatlı olun. Ekstremal vəziyyətlər yaratmayın. Axşam saatlarında normal istirahət edin. Bir müddət tək qalsanız, pis olmaz.


Şir - kənardan təsirlər nəticəsində yaranmış fors-major situasiyaya rəğmən təmkinli olun, qüvvə və potensialınızı qoruyun. İşlər öz axarında getməlidir. Sadəcə, olaylara düzgün yön verin. İşdə həddən artıq çalışmağın heç bir mənası yoxdur. Bəzi işləri sonradan yenidən görməmək üçün tələsməyə ehtiyac duyulmur. Günün ikinci yarısında köklü planlar qurun, amma cari işlərlə məşğul olaraq vaxtınızı söhbətə sərf etməyin. Bu gün mühüm işlər baş verə bilər. Emosional təşəbbüsə qapılmayın. Prioritetlərin yenilənməsi, yeni məşğuliyyətə maraq istisna deyil. Tələskənlik etməyin. Yaşananların mənasını, məğzini anlamağa, əlavə informasiya əldə etməyə çalışın.

Qız - mühüm mövzulardan biri qəflətən sürətlənəcək, gərginləşəcək. Mümkün çətinliklərin müəyyən qismini əvvəlcədən təxminləməyə çalışın. Baş verənlər sizi təəccübləndirə, hətta heyrətləndirə bilər. Lakin üsyan və ya müqavimət hissini cilovlayın, real nəticələrə nail olmağa çalışın. Nə baş verməsindən asılı olmayaraq tələsməyin. Düşünülmüş addımlar atın, məntiqli davranın. Emosional narazılıq, təlaş sizi nigaran qoya bilər. Hövlnak olmayın. Günün ikinci yarısı yenilənmə və yeni orientirlərin seçim zamanıdır. Tərəfdaşlıq münasibətlərində əhəmiyyətli yenilənmə ola bilər. Yeni üfüqləri görün. Rəqibləri üstələyə biləcəyiniz və uğur qazana biləcəyiniz sahəni bəlirləyin.

Tərəzi - gərgin, qarışıq, hisslərin çulğalaşdığı gündür. Emosiyaların tarıma çəkildiyi bir məqamda təlaşa düşməyin, tələsik addımlar atmayın. İndi hər şey ola bilər. Amma hisslərinizə hakim olun, xoşagəlməz məsələlərdə diqqətli davranın. Yalnız cari məsələlər və maraqlar çərçivəsində hərəkət edin. Yeni heç bir işə başlamayın. Rəhbərliklə danışıqları, dövlət qurumlarına baş çəkməyi təxirə salın. Şəxsi münasibətlər müstəvisində təhlil aparmaq, nəyisə götür-qoy etməyin zamanı deyil. Mənasız inadkarlıq etməyin, stressli situasiyalar yaratmayın. İntellektual fəaliyyətlə məşğul olun. Spontan tapıntılar, dəqiq həllər olacaq. Məişətdə, yolda və nəqliyyatda ehtiyatlı olun.

Əqrəb - tərəfdaşlarla münasibətlərin o qədər də xoş olmayan məqamlarının aşkarlana biləcəyi dönüş zamanıdır. Planlarınızda nəzərdə tutulmayan işlərlə məşğul olmayın. Günün gərgin fonunu nəzərə alaraq aramla addımlayın, sakit şəkildə irəliləyin. Günün ikinci yarısında ünsiyyəti məhdudlaşdırın, təmaslarda aqressiv olmayın. Çevrənizi yeni tanışlar hesabına genişləndirməyin. Səhhətinizin qeydinə qalın. Təhlükəsizliyi və emosional müvazinəti təmin edin.

Oxatan - mümkün çətinlikləri hiss etməyə çalışın, planlarınızın pozula biləcəyi situasiyalarda risk etməyin. Ciddi və mürəkkəb işə başlayın. Belədə çox və keyfiyyətli iş görə bilərsiniz. Kompüter texnikası və elektroavadanlıqla eksperimentlər aparmayın, səyahəti təxirə salın. Fiziki işlə məşğul olun, maneələri dəf edin, gərəksiz əşyalar və mənasız əlaqələrdən qurtulun. Alış-verişdə yalnız ən gərəkli əşyalarla məhsulları alın. Şəxsi münasibətlərdə söhbətlər hələlik real nəticə vermir. Hisslərə süni təkan verməyin, müzakirələri tələsdirməyin.

Oğlaq - önəmli məsələlərin həlli, genişmiqyaslı işlərə başlamaq üçün əlverişli zaman deyil. Rəqiblər və bədxahlar aktivləşir. Ailədə mübahisə, işgüzar tərəfdaşla münaqişə istisna deyil. Tələsməyin, şərtləri tam araşdırın, mümkün köklü dəyişikliklərin mənfi və müsbət yönlərini hesablayın. Günün ikinci yarısında olaylar və şərtlər elə olacaq ki, qəti qərarlar qəbul etmək, danışıqlar aparmaq məcburiyyətində qalacaqsınız. Qarşılıqlı maraqları ön plana çəkin, heç bir halda imkan verməyin ki, günün aparıcı hadisələri emosiyaların təsiri altına düşsün. Səfər, səyahət və təmiri təxirə salın.

Dolça - qarışıq, laübəli, gərgin bir gündür. Yaranan çətinlikləri qət etmək üçün səbrli, təmkinli olun. Çətinlikləri dəf etmək iradəli olun. Güc və enerjiniz yetərincədir. Vaxtı keçmiş planlar, gərəksiz layihələr, özünü doğrultmamış istəklərlə vidalaşın. İndi yaşananlar yenilənmə, dəyişikliklər və yeni imkanların ərəfəsidir. İndi sizinlə birgə məsələlərin həllində çalışan tərəfdaşların əməyini dəyərləndirin. Səhhətiniz üçün çətin dönəmdir. Axşam saatlarında özünüzü çox gərgin duruma salmayın. Sakit şəraitdə istirahət edin.

Balıqlar - diqqətli və səliqəli olun. Qəza riski var. Səbirsizlik etməyin, münaqişələrə qatılmayın. Heç nəyə süni təkan verməyin. Şərtlər özləri indiyədək mübhəm qalan məqamları üzə çıxarmalı, detalları aşkarlamalıdır. Problemlərin həllində qəfil, təxminləmədiyiniz nüanslar üzə çıxa bilər. Riskə ehtiyac yoxdur. İntellektual işlə məşğul olun, informasiya arayın. Şəxsi münasibətlərdə vəziyyət gərgin olduğundan situasiyanı daha da ağırlaşdırmayın. Təmaslarda qısqanclıq düşünülməmiş və sərt qərarlara səbəb ola bilər. Münasibətlərə yenidən baxmaq məsləhətdir.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Eylül
    Qız bürcü-Təşəkkürler melumata göre...
  2. Agora
    • Agora
    • 19 Eylül 2015 12:16
    Xerceng burcune gore twk.
  3. ferid
    • ferid
    • 18 Eylül 2015 09:54
    MEN XERCENG BURCUYEM SEVDIYIM QIZ ISE OGLAQ BURCUNDEN BIZIM MUNASIMET AILE HEYATINDA NECE OLACAQ YAXSI PIS YOXSA ELA
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.