Günlük Bürclər 21.09.2014

21 Eylül 2014
1 848
0
Günlük Bürclər 21.09.2014
Günlük Bürclər 21.09.2014

Qoç - düşünməli, bir sıra mühüm məsələlərə cavab tapmalısınız.
İntellektual potensialınız gərəkli səviyyədə olduğundan problemlərin həllində baş sındırmayacaqsınız.
Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq asmırlar. Hətta onlara yardım təklif edəndə inciyirlər.
Narahat olmayın. Bu gün yaranacaq mübahisələr uzunömürlü deyil.
Günün ikinci yarısında xoş xəbər alacaqsınız. Sizə əziz insanla əlaqə saxlaya biləcəksiniz.
Yaxşı tanımadığınız insanla sövdələşməyə getməyin. Yalan qurbanı ola bilərsiniz.
Axşam saatlarında həssas davranın. Mənasız qısqanclıq sevdiyiniz insanla münasibətlərdə anlaşılmazlıq yarada bilər.

Buğa - kiçik işlər və problemlər o qədər çoxdur ki, gerçəkdə də mühüm məsələnin həllinə vaxt, həvəs qalmır.
Ailə və ev qayğıları sizi peşə fəaliyyətinizdən ayıra bilər. Bu səbəbdən də işdən mümkün qədər tez gedərək evdəkilərə yardım etməlisiniz.
Sükan arxasında oturmaq, səyahətə başlamaq və səfərə yollanmaq üçün əlverişli gün deyil.
Alış-veriş etməyin.
Günün ikinci yarısında yeni ideyalar peyda olur. Artıq anlayırsınız ki, yaşamı yaxşılaşdırmaq üçün nələr etmək gərəkdir.
Axşam saatlarında həmkarlar və dostlarla ünsiyyətdə olun. Romantik hisslərinizi cilovlamayın.

Əkizlər - çətin və mürəkkəb gündür. Ambisiya və iddialı planlarınız nə qədər çox olarsa, üzləşdiyiniz problemlərin sayı bir o qədər artacaq.
Hisslərinizə hakim olun, impulsiv və əsəbi davranmayın. Nüfuzlu şəxslərin qarşısından geri çəkilərək qorxaqlıq etməyin, amma imkanlarınızı da real dəyərləndirin.
Bu günədək müttəfiq olduğunuz insanla münaqişə, dostlarla isə dartışma istisna deyil.
Günün maliyyə fonu uğurlu deyil. Aldığınızdan çox xərcləməyin, pulları qoruyun. Yaradıcı potensialınız yüksəkdir. Təxəyyülünüzü işə salaraq çətin işin öhdəsindən gəlin.

Xərçəng - qətiyyət və iradə bu gün ən gərəkli məziyyətlərdir. Məhz onların sayəsində siz ətrafınızdakı insanların həsəd apara biləcəkləri uğurlara nail ola bilərsiniz. Ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirmək, işgüzarlıq və peşəkarlığınızı göstərmək imkanları yaradıb.
Alış-veriş etmək, mənfəət vəd edən işə pul yatırmaq olar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər normal olmayacaq.
Ən kiçik, mənasız məsələlərdə dartışma və çəkişmələr yaranır. Güzəştə gedin, həssas olun, münaqişə yaranmasına imkan verməyin.
Bütün çətinlikləri müstəqil və təkbaşına dəf etmək, yardımlardan faydalanmamaq cəhdləri yaxşı nəticə verməyəcək.
Dəstəkdən boyun qaçırmayın.

Şir - əlverişli, məhsuldar gündür. İstənilən problemin öhdəsindən gələ biləcəksiniz.
Çoxlarının keçə bilmədiyi maneələri dəf edin. Dayanmayın, irəliləyin. İşgüzar və şəxsi münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı vaxtdır.
Maliyyə baxımından sərfəli saatlar olacaq. Böyük məbləğdə pul əldə etmək imkanı var.
Bədxərclik etməyin.
Günün ikinci yarısının emosional fonu pis deyil. Pozitiv, nikbin olun. Maraqlı tanışlıq baş tuta bilər.
Səmimi və gülərüz davranışla diqqət mərkəzində olmağa səy göstərin.

Qız - enerjili və aktiv olun. Yolunuzu kəsən, sizə mane olmağa çalışan insanlara qarşı sərt davranın.
Əks təqdirdə onlar zəif olduğunuzu düşünə bilərlər. Düşməniniz kölgədə qalmağa üstünlük verir. Amma onu aşkarlayın və cəzalandırın.
Yeni tərəfdaşla işgüzar əməkdaşlığa başlamaq, müttəfiqlər aramaq üçün əlverişli vaxtdır.
Rəqabət ruhunu və aqressivliyi evə aparmayın. Belə olarsa, sevdiyiniz insanla münaqişə, hətta əsəblərin tarıma çəkilməsi istisna deyil.
Həssas və səmimi olun.

Tərəzi - çətin gündür, amma ümidsiz deyil. Qarşınızda duran əsas məsələ ruh düşkünlüyünə qapılmamaq, baş verənlərdən asılı olmayaraq nikbin qalmaqdır.
Qüvvə və potensialınzı dəqiq hesablayın. Yanılsanız, bədxahlarınız sizi yoldan sapındıraraq maneələr yarada bilərlər.
İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqlarının aradan qaldırılması şansı var. Əvvəllər sizə qarşı olan insanlardan biri indi sizi dəstəkləyir.
Günün ikinci yarısı kiçik müşküllər vəd edir. Bu problemlər sizi aqressiv və qıcıqlı etməsin.
Maraqlı və əyləncəli istirahəti seçin ki, problemlər fəlakət təsiri bağışlamasın.

Əqrəb - çətin problemlərin həlli və mühüm məsələlərin həlli üçün əlverişli zamandır.
Məntiqlə hərəkət edin, sağlam düşüncə ilə davranın. Emosiyalar nə qədər güclü olsa da, onların əsirinə çevrilməyin. Yaxın ətrafınızdakı insanlar soyuqqanlı qərarlarınıza təəccüblənə bilərlər. Rəğbət hisslərinə səbəb olursunuz.
İşdə hisslər sizə rəhbərlik etməsin.
Sizdə neqativ emosiyalar yaradan insanla münasibətləri, ümumiyyətlə, kəsin.
Günün ikinci yarısında mühüm işdə uğur əldə edəcəksiniz.
Alış-veriş, sərmayə yatırmaq zamanıdır. Hissiyatınız sizi aldatmayacaq. Səfər müsbət nəticə verəcək.

Oxatan - uğurlu və əlverişli gündür. Peşə fəaliyyəti müstəvisində yeni imkanlar yaranır.
Risk etməkdən, taleyi sınamaqdan çəkinməyin. İndiyədək çözümü imkansız məsələləri belə, həll edə biləcəksiniz. Hörmət və nüfuzunuz artır, yaxın ətrafınızdakı insanlar sizə daha çox etibar edirlər.
Karyera müstəvisində irəliləmək, maraqlı işgüzar təkliflər almaq imkanı var.
Böyük gəlir əldə edə bilərsiniz. Həmin məbləği məntiqlə sərf edin.
Axşam saatlarında yaşam potensialı səviyyəsi yüksək olacaq. İfrat yorğunluq hiss etməyəcəksiniz.

Oğlaq - mövqeyinizi bir qədər dəyişməsəniz, yaranmış problemləri həll edə bilməyəcəksiniz.
Üstəlik, mövcud qaydaları və formalaşmış ənənələri pozmalı olacaqsınız. İdeyalarınızı reallaşdırmaq istəyirsinizsə, cürətli olun. Yaşamınızda dəyişikliklər edin. Heç olmasa, buna cəhd göstərin.
Kommersiya fəaliyyətinə başlamaq, yeni müttəfiq və sifarişçilər aramaq üçün uğurlu gündür.
İşgüzar münasibətlər kimi başlayan təmaslar sonradan romantik səciyyə daşıya bilər.
Ancaq bu məqam sizi sevindirməyəcək.

Dolça - gün çətinliklərlə dolu olsa da, onları asanlıqla qət edəcəksiniz. Günün ilk yarısında gərgin çalışmağa hazır olun. Bütün diqqəti əhəmiyyətli işlərə yönəltsəniz, həmin vaxt məhsuldar keçəcək.
Bədxahların yaydıqları şayiələr və dedi-qodulara fikir verməyin. Nüfuzunuza, mövqelərinizə heç nə təhlükə yaratmır. Unutmayın ki, səylərinizin nəticələrinin heç də hamısı dərhal gözə dəyməyəcək.
Bir qədər səbrli olun.
Yaxınlarınızın dəstək və yardımlarına, yaxşı məsləhətlərinə bel bağlaya bilərsiniz.
Axşam saatları ailəvi istirahət üçün əlverişlidir.

Balıq - mütləq şəkildə uğura nail olmaq, məqsədə çatmaq istəyirsiniz.
Lakin bu, günün fonuna uyğun davranış modeli deyil. Sərt və aqressiv olaraq ətrafınızdakı insanları heyrətləndirməyin. Bununla belə, maraq və mövqelərinizi də kimsəyə güzəştə getməyin.
Yeni iş axtarışına çıxmaq olar. Maraqlı təkliflər alacaqsınız.
Günün ikinci yarısı emosional baxımdan mürəkkəbdir. Ciddi hisslər, nigaranlıq, təlaş və əndişə zamanıdır.
Sakitləşin, şəraitin diqtəsi və emosiyaların təsiri ilə qərar qəbul etməyin. Əks təqdirdə ciddi səhvə yol verəcək, yaxınlarınızı incidəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.