Tərəzi bürcünün ümumi xüsusiyyətləri

07 Ocak 2016
4 003
3
Tərəzi bürcünün ümumi xüsusiyyətləri
Tərəzi bürcünün ümumi xüsusiyyətləri

Tərəzi bürcünün ümumi xüsusiyyətləri

Tərəzi bürcünün ümumi xüsusiyyətləriTərəzi bürcü bütün bürclərdən daha zərif və kübardır. Onlar ədaləti, siyasəti və nizamı təmsil edirlər. Tərəzi bürcü gözəllik və sevgi ilə doludur. Tərəzilər tam bir evlilik insanıdır. Onlar kobud olmaqdan son dərəcə nifrət edirlər. Gözəllik və estetik hissləri inkişaf etmiş insanlardırlar. Uyğunluq onlar üçün çox önəmlidir. Bunu həyatlarının hər sahəsində axtarırlar. Son dərəcə zəkalı, özündən gözlənməyən qədər saf və təmiz qəlblidirlər. Bu səbəblə də çox asanlıqla aldadıla bilərlər. Tərəzilər çox yaxşı dinləyicidirlər. Tələskənlikdən xoşlanmırlar. Nadirən tələskən davranırlar.

Onların ən böyük məqsədi nizamı bərpa etməkdir. Özləri də son dərəcə sabit insan olsalar da bəzən insanların əsəblərini poza bilərlər. Özlərindən heç gözlənmədiyi halda davakarlıq göstərə bilərlər. Son dərəcə inadcıl insanlardır. Üzüldükdə bunu çox dərindən hiss edirlər. Bu bürcün qadını son dərəcə gözəl, kişiləri isə son dərəcə yaraşıqlıdır. Üzlərindən yumşaq və təsirli bir təbəssüm heç bir zaman əskik olmaz. Qaraqabaq və sərt görkəmli tərəzi insanıyla rastlaşmaq olduqca çətindir. Asan əsəbləşməzlər və əsəbləri də çox tez keçər.

Həm son dərəcə həssas, həm də son dərəcə əyləncəli insanlardır. Ağlamağı sevən, asanlıqla göz yaşı tökən bir çox Tərəzi bürcü insanı vardır. Ancaq bir anda hər şey dəyişir və əylənməyə başlayırlar. Hər şeyi geridə qoyub şən bir insan olurlar. Gülməyi, güldürməyi sevirlər. Tərəzi bürcü tam olaraq yaxşılıqdan, kübarlıqdan, inadkarlıqdan var olmuşdur. Onlar boyun əyməyin nə olduğunu bilməzlər.


Tərəzilər yaşanan hər mübahisədə ədalətli olan tərəf olacaqdır. Hər şeyi məntiq çərçivəsində həll etməyi sevirlər. Ancaq mübahisə zamanı bir Tərəzi ən mülayim insanı belə özündən çıxara bilər.

Onlar gözəl olan hər şeyə heyranlıq duyurlar və bu heyranlıq gəlib keçici deyildir. Bu heyranlıq bəzən ömür boyu davam edə bilər. Kübar və zərif olan şeylərə qarşı düşkünlükləri vardır. Gözlərinə gözəl görünən hər şeyə dəyər verirlər.

Tərəzi bürcü olduqca romantik bir bürcdür. Onlar həyatlarının hər sahəsində romantizm axtarırlar. Romantizmdən uzaq bir tərəzi insanı ilə qarşılaşmaq az qala qeyri-mümkündür.

Tərəzi bürcünün ümumi xüsusiyyətləri


leydi.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Aysel Aysel
    Hamisi menim xasiyyetimle uygundu cix duzgundur♡☆♡☆

    Alıntı: Aysel Aysel
    Hamisi menim xasiyyetimle uygundu cix duzgundur♡☆♡☆
  2. AleDa
    • AleDa
    • 8 Ocak 2016 15:07
    Hamsı cox dogrudu.. Duzgun yazılardı..
  3. alara
    • alara
    • 7 Ocak 2016 21:29
    yazdigin ucun tesekurler heqiqetende menim xasiyetime uygundur bilmirem butun tereziler eledirmi maraqimi cekir lakin her sey
    wupesiz dogrudur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.