25.02.2016 Gündlik Bürclər (25 Fevral 2016)

24 Şubat 2016
2 641
1
25.02.2016 Gündlik Bürclər (25 Fevral 2016)
25.02.2016 Gündlik Bürclər (25 Fevral 2016)

Qoç- Şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Amma bir az diqqətli olun. Çalışın ki, "qatara" gecikməyəsiniz. Nahardan sonra xoşagəlimli hadisələr olmalıdır. Qohumlarla əlaqə saxlayın.

Buğa- Yaxşı olar ki, sizə aidiyyatı olmayan məsələlərə qarışmayasınız. Əlavə başağrısı nəyinizə lazımdır? Öz ideyalarınızı reallaşdırmağa çalışın. Əsas vaxtı sevgiyə yönəldin.

Əkizlər- Ulduzların düzümü təxminən saat 13-dək riskli işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə mübahisələrə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə yeni təkliflər alacağınız gözlənilir.

Xərçəng- Bu maraqlı təqvimdə səfərə çıxmaq üçün şanslarınız var. Odur ki, hazırlaşmağa dəyər. Yalan vədlər vermək, yaxın adamları aldatmaq sizə zərər yetirə bilər. Bəxtinizdə pul da var.


Şir - Maliyyə problemlərinizin artmasına baxmayaraq iş prinsipində hər şey ürəyinizcə olacaq. Ola bilsin ki, sizi narahat edən bəzi fəaliyyət sahələrində irəliləyiş baş versin.

Qız- Bacardığınız qədər neytral olun. Yeni işlərə başlamaq, risk etmək, hansısa qeyri-müəyyən münaqişələri yatırtmaq fikrinə düşməyin. Yalnız adi işlər görməklə bu təqvimi başa vurun.

Tərəzi- Bəxtinizdə mistik bir gün durur. Belə ki, qeyri-adi hadisələr, anlaşılmaz situasiyalar sizi müşayiət edəcək. Hisslərinizə nəzarət etməyi unutmayın. Ziyarətgahlara baş çəkin.

Əqrəb- Qarşınızda mübahisəli bir təqvim durur. Hisslərinizi cilovlayın. Başqaları haqqında əmin olmadığınız rəy bildirməyin. Dondurduğunuz işləri isə saat 18-dən sonra davam etdirə bilərsiniz.

Oxatan– Ulduzlar ilk növbədə əsəblərinizi qorumağı tövsiyə edir. Çünki indiki məqamda çılğınlıq etməyiniz sizi çox şeydən məhrum edə bilər. Əməkdaşlıqda isə uğurlarınız gözlənilir.

Oğlaq- Dünəndən bəri mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, ovqatınız yaxşı olacaq. Ətrafınızdakı hadisələr sizə sevinc bəxş edə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artıra bilərsiniz.

Dolça- İndiki məqamda lovğalıq və özündənrazılıq kimi hisslər sizə başucalığı gətirən deyil. Bu səbəbdən də reallığa qiymət vermək lazımdır. Təcrübəli adamlardan yararlanın.

Balıqlar- Qarşılıqlı münasibətlər zəminində bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Odur ki, özünüzü mümkün qədər cilovlamalısınız. Nəqliyyatdan az yararlanın. Fiziki işlərə ara verin.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Oglaq burcune gore cox sagol )
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.