Günlük Bürclər 29.09.2014

28 Eylül 2014
2 086
0
Günlük Bürclər 29.09.2014
Günlük Bürclər 29.09.2014

Qoç - gərgin, amma məhsuldar gündür. Qətiyyətli olun, çətinliklərdən qorxmayın. Əsla məğlub olmayın. Belədə uğur əldə etmək çətin deyil.
Ən darıxdırıcı, usandırıcı işləri təxirə salmayın.
İntizamlı, səbrli və qətiyyətli olun.
Yaxın ətrafınızdakı insanlar sizə yardım etmək istəyəcəklər.
Günün ikinci yarışında görüşlər, xüsusilə də şəxsi münasibətlər zəminindəki təmaslar yaxşı keçəcək. Alış-veriş üçün uğurlu gündür.

Buğa - işlərdə ciddi irəliləyişə bel bağlamayın. Bununla bağlı, ciddi problemlər də yaranmayacaq. Xeyirxah və sülhməramlı olun. Yaxın ətrafınızdakı insanlar bunu dərhal hiss edəcəklər. Ünsiyyətdə məhdudiyyət və diqqətsizliyə görə şikayətlənməyə dəyməz.
Əks cins mənsubu ilə təmaslar yaxşı keçəcək.
Günün ikinci yarısında xoş xəbər alacaqsınız, əhvalınız yaxşılaşacaq. Gələcəklə bağlı planlar qurun, niyyətlərinizi yaxınlarınızla müzakirə edin. Qəfil dəvət ola bilər. İmtina etməyin, sizə istirahət gərəkdir.

Əkizlər - asan uğurlar və qələbələr günü deyil. Günün ilk yarısında şərait əlverişli olduğundan ən çətin işləri görərək problemləri həll edə bilərsiniz. Bu vaxtdan maksimal dərəcədə effektiv istifadə etməyə çalışın.Müstəqil çalışmaqla yanaşı, birgə fəaliyyət və işgüzar danışıqlar üçün düşərli zamandır.Gəlir əldə edə bilərsiniz.
Günün ikinci yarısında işgülar aktivliyi azaldın, bir qələr rəvan çalışın.
Axşam saatlarında dəvət alınan yerə baş çəkməkdən və ya aktiv istirahətdən imtina edin.

Xərçəng - müsbət təmayüllərin təsiri gücldür. Mühüm, vacib işlərdə inkişaf olacaq. Məqsədə doğru inamla irəliləyin. Yolda yaranan bütün sədləri və maneələri dəf edin, dayanmayın. Yeni maraq və hədəfin formalaşması, yeni gəlir mənbəyinin tapılması istisna deyil.
Lider məziyyətlərinizi aşkar nümayiş etdirin. İşdə rəhbərlik bunu mütləq görəcək.
Günün ikinci yarısında alış-veriş etmək, bahalı əşya və ya texnika almaq olar. Ailə işləri ilə bağlı qərarları təkbaşına qəbul edin. Yeni ideyalarınız çox yaxşıdır. Onları dəstəkləyəcəklər.


Şir - peşəkar fəaliyyət və maliyyə sahələrində yaranmış situasiyaları götür-qoy etmək üçün ən əlverişli zamandır. Əvvəlki vaxtlarda nəzərinizdən yayına biləcək amilləri də gözdən qaçırmayın.
İşgüzar münasibətlərdə problemlər yaranmayacaq. Başlanan əməkdaşlıq yaxşı perspektivlər vəd edir.Günün ikinci yarısı maraqlı tanışlığa can atan şəxsləri sevindirəcək. Əks cins mənsubunun sizə diqqəti artır. Fəqət, sayıq və diqqətli olun. Sizinlə təmasda olan insanların hamısı xoşniyyətli deyil.

Qız - səhər saatları uğursuz dönəm təsiri bağışlaya bilər. Ruhdan düşübsünüz. Hətta ən yaxşı hadisələri belə layiq olduğu səviyyədə dəyərləndirə bilmirsiniz. Rəğbət bəsləmədiyiniz insanlarla görüşməli, danışmalı, işləməlisiniz.
Ancaq saatlar keçdikcə müsbət təmayüllərin təsiri artır.
Günün ikinci yarısında situasiya düzələcək.
Bütün diqqəti cari məsələlərin həllinə yönəldin. Keçmiş və gələcək barədə çox düşünməyin.
Xərcləri azaldın. Çünki indi bədxərclik etməyə meyllisiniz.

Tərəzi - günün ilk yarısında hadisələrin inkişaf məcrası uğursuzdur. Mənfi təmayüllərin təsiri saatlar boyu güclü qalacaq.
Aqressiv davranmayın, ətrafınızdakı insanların səbrini tarıma çəkməyin. Onlar sizə adekvat cavab verəndə inciməyə və ya pərişan olmağa haqqınız yoxdur.
Günün ikinci yarısında ciddi münaqişənin başlanması istisna deyil.
Uzun zaman sizə bədxahlıq edən və kölgədə qalaraq məkrli planlar hazırlayan insanla aşkar qarşıdurma yarana bilər.Günün ikinci yarısının maliyyə fonu uğursuz və əlverişsizdir. Planlaşdırılmamış xərclər, spontan alış-verişdən imtina edin. Yaxınlarınız sizi anlamağa çətinlik çəkirlər. Ünvanınıza sərt tənqidlər eşidə bilərsiniz.

Əqrəb - günü pis adlandırmaq olmaz. Amma eqoist və təşəxxüslü davransanız, günü məhv edə bilərsiniz. Problemlər sizə nəhəng, həlli mümkünsüz, uğurlar isə kiçik və əhəmiyyətsiz təsir bağışlayır. Nailiyyətlərinizə fikir vermək istəmirsiniz. Sizə ürək-dirək verməyə, tərifləməyə, dəstəkləməyə çalışan insanlara qıcıqlanırsınız. Sizə xoş söz deyən hər kəsi qeyri-səmimilikdə, saxtakarlıqda suçlamayın.
Günün ikinci yarısında yaxınlarınızla münaqişə və ya ixtilaf ola bilər. Xaotik davranış, aqressiv sözlər, sərt tənqidlərlə münasibətləri korlamayın.
Yaşlı qohumlarınızla dil tapın.


Oxatan - gün qarşınıza çətin, həlli müşkül məsələlər qoyacaq. Soyuqqanlı və fəndgir olsanız, həll yollarını tapacaqsınız. Müttəfiq və tərəfdaşlarınızı tələsdirməyin. Onların bəziləri astagəldir
Uzun-uzadı danışıqlara ehtiyac yarana bilər. Haqlı olduğunuzu opponentinizə sübut etməyi bacarın.
Günün ikinci yarısı ünsiyyət üçün əlverişlidir. Yaxın ətrafınızdakı insanlar sizi düşündüyünüzdən də yaxşı tanıyırlar. Axşam saatları dəvət alınmış yerə yollanmaq üçün yaxşı vaxtdır.
Zərgərlik əşyaları və bahalı texnika almaq olar.

Oğlaq - işdə peşəkar fəaliyyətlə bağlı həmkarlarınızla fikir ayrılıqları yarana bilər. Rəhbərliklə münaqişə istisna deyil. Vaxtında güzəştə getməyə çalışsanız, günün ilk yarısı fəsadlı nəticələrə səbəb olmayacaq. Tərəfdaş və ya şəriklə mübahisə ola bilər. Mövqeyinizi qorumaq asan olmasa da, bu çətinliyin öhdəsindən gəlin.
Əsla geri çəkilməyin.
Günün ikinci yarısında yalnız iş barədə düşünməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla təmasda olun, əlaqə saxlayın. Son vaxtlar sizi narahat edən, qayğılandıran istənilən problemi müzakirə etmək olar. Çətinliklərdən çıxış yollarını arayın.

Dolça - mühüm iş və ya layihəni planlaşdırmaq üçün ən əlverişli günlərdən biridir.
İdeyalarınız, sadəcə, parlaq deyil: onların arasında real və praktik olanlar da var. Yaşam təcrübəsi və müdrikliyinə şübhə etmədiyiniz insandan məsləhət alacaqsınız.
Alış-veriş üçün yaxşı gündür. Bu gün alınan məişət texnikası uzun müddət çalışacaq.
Günün ikinci yarısında səfər və ya səyahətdə yeni tanışlıq başlana bilər. Münasibətlər dinamik inkişaf edəcək. Axşam saatlarına yaxın alacağınız bəd xəbər planlarınızda ciddi dəyişikliklərə səbəb olacaq.

Balıqlar - böyük və əhəmiyyətli uğurların əldə ediləcəyinə bel bağlamayın. İrəliləmək istəyirsinizsə, təkbaşına, tənha çalışmayın. Yaxın ətrafınızdakı insanlar arasında sizə yardım etməyə hazır şəxs var. Dəstəyi hiss edəndə daha da cəsarətli olur, qarşınıza daha böyük məqsədlər qoyursunuz. Gün daha zəngin və maraqlı olur.
Günün ikinci yarısında şərtləri əlverişli adlandırmaq olmaz. Məsuliyyətsiz davranaraq yaxınlarınızı pərişan etməyin. Sizə görə narahatlıq keçirən insanlar tənqidi sözlər söyləyərək məsləhətlər verə bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.