20.03.2016 Gündəlik Bürclər (20 Mart 2016 Günlük Bürclər)

19 Mart 2016
2 597
0
20.03.2016 Gündəlik Bürclər (20 Mart 2016 Günlük Bürclər)
20.03.2016 Gündəlik Bürclər (20 Mart 2016 Günlük Bürclər)

QOÇ - Bir neçə əlamətdar hadisə gözlənilir. Ələlxüsus da qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə dəyişə bilər. Əgər Bayramdan daha çox zövq almaq istəyirsinizsə, səfərə çıxın.

BUĞA - Yeni Zodiak dövrünün başlanması potensial enerjinizi artıracaq. Bu səbəbdən də qarşınıza qoyduğunuz planları reallaşdırma yolları haqqında düşünməlisiniz. Bayrama sidq-ürəklə hazırlaşın.

ƏKİZLƏR - Göy qübbəsinə inansaq, ixtiyarınızda olan bu gözəl gündə yeni dostlar qazanacaq, maraqlı hadisələrin şahidi olacaqsınız. Amma mübahisələrə yol verməməli, uzaq yola çıxmamalısınız.

XƏRÇƏNG - Şəxsi münasibətlərdəki soyuqluğu aradan qaldırın. Unutmayın ki, Novruzun müqəddəsliyi umu-küsüləri silib aparmağındadır. Bundan yararlanın. Bu gün təzə xəbər də eşidəcəksiniz.

ŞİR - Astroloji göstəricilər bu ərəfədə əksər proseslərin xeyrinizə cərəyan edəcəyini bildirir. Bir də ki, axşam öz ünürünüz başlayır və dərhal ovqatınızda yüksəliş olacaq. Çozlarından enerjili olacaqsınız.

QIZ - Yaxşı olar ki, bu ərəfədə dini ayinlərə əməl edəsiniz. Müqəddəs ziyarətgahlara getmək də səmərəlidir. İnsanlara xeyirxahlıq göstərin. Bu arada dilinizdən yalnız xoş sözlər çıxmalıdır.

TƏRƏZİ - Ulduzların düzümü çoxsaylı səfər və qonaqlıqlarda iştirakınızın labüdlüyündən xəbər verir. Sevdiyiniz adamların ətrafında olmaqla daxili sıxıntılarınızı aradan qaldıra bilərsiniz.

ƏQRƏB - Planetinizin idarə etdiyi bu təqvimdə uğurlarınız kifayət qədər artacaq. Uzaqda yaşayan doğmalarınızdan isə xüsusi sayqı görəcəksiniz. Maliyyə məsələləri də qismən qaydasına düşəcək.

OXATAN - Qarşınızda olduqca səmərəli sövdələşmələr durur. İstənilən danışıqda təşəbbüskarlığı ələ ala bilsəniz, gələcək perspektivlərinizə yaxınlaşacaqsınız. Axşama doğru uzaq yola çıxmaq da olar.

OĞLAQ - Planetlərin yerdəyişməsinə təsadüf edən bu tarixdə şəxsi büdcənizdə bəzi problemlər ola bilər. Mövcud situasiyalardan təkbaşına qurtula bilməsəniz, etibarlı insanlara müraciət edin.

DOLÇA- Səbrsizlik etməyə lüzum yoxdur. Əksinə, əzmkarlığınızı artırmaqla çox şeyə nail ola bilərsiniz. Bayram münasibətilə özünüzə xoş şeylər arzulayın. Ailə-sevgi münasibətlərinə həssas yanaşın.

BALIQLAR - Bu təqvimi səmərəli şəkildə keçirmək üçün ətrafınızdakılarla səmimi davranın. Maraqlı səfərlər də yolunuzu gözləyir. Ötən günlərdə baş qaldıran maddi sıxıntılarınız azalacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.