Hansı bürc nəyə görə ayrılır?
FeaT.Az bu dəfə bürclərin ayrılma səbəblərini təqdim edir.
Qoç
Hər dediyini eləməniz, sizə sahib olduğunu, onun ovcunda olduğunu düşündürməniz, başqaları ilə maraqlandığınızı hiss etdirməniz, qısqanclığınız, sahib çıxmağınız bezməyi üçün yetərlidir.
Buğa
Çətin ayrılar. Cinsi istəksizliyiniz, maddi baxımdan etibarsızlığınız, qərarlarınızın tez-tez səhv çıxması, bədxərcliyiniz, ehtiyatda pul saxlamamağınız, gələcəyi düşünməməyiniz ayrılmaq istəməyi üçün yetərlidir.
Əkizlər
Qoruyucu, sahiblənən və qısqanc olmağınız yetərlidir. Bir dəqiqədə unudar.
Xərçəng
Qaçsanız, qovalayar, qovsanız, qaçar. Xəyal qırıqlığına uğratmağınız, incitməyiniz, düşündüyü kimi biri olmadığınızı bəlli etməyiniz, daim tənqid edən, şəfqət göstərməyən davranışlarınız onu sizdən soyuda bilər.
Şir
Qüruruna toxunmağınız, onun səhvlərindən danışmağınız, tənqid etməyiniz, onu dəstəkləməməyiniz, təqdir etməməyiniz çıxıb getməyinə səbəb olar və geri qaytarılması da heç asan olmaz.
Qız
Diqqətli, qayğıkeş, ağıllı və mehriban olmamağınız yetərlidir. İntellektual bazanız və mədəni səviyyəniz də yetərli deyilsə, çox tez itirərsiniz. Geri dönməz, ancaq qəlbinizi də qırmaz.
Tərəzi
Müasir, özünə baxan və hörmətli biri olmamağınız yetərlidir. Nəzakətini qorumaq üçün danışmadan tərk edəcək.
Əqrəb
İdarəetməni ya ona verməlisiniz, yaxud da əlinizdən bir saniyə belə qaçırmamalısınız. İdarəetməni itirmə hissini yaşaması ayrılmaq və sizi əzablar içində buraxmaq üçün yetərlidir.
Oxatan
Gəzməkdən xoşlanmamağınız, başqa mədəniyyətlərə maraq göstərməməyiniz və ağıllı biri olmadığınızı hiss etdirməyiniz yetərlidir.
Oğlaq
Ən çətin ayrılan bürcdür. Əgər sizi yetərincə mənimsəyibsə! Amma ailəsi haqda mənfi fikirləriniz, işində dəstək olmamağınız, maddiyyatla bağlı mövzularda düşüncəsiz davranmağınız bəs edir.
Dolça
Onu istəmədiyinizi bəlli etməyiniz, bunu söyləməyiniz və hiss etdirməyiniz bəs edir. Başqa hallar: hesab sormağınız, müdaxilə etməyiniz, dostlarına qarışmağınız ağır sözlərlə tərk edilməyinizə gətirib çıxara bilər.
Balıqlar
Ayrılmaq üçün konkret səbəbləri yoxdur, çünki hər an dəyişə bilər. Hisslər dünyasını azacıq sarsıdacaq hansısa bir konkret hadisə bəs edə bilər.