18.08.2016 Gündəlik Bürclər (18.08.2016 Günlük Bürclər) » Feat.Az Sekiller, Xeberler, Yazili

18.08.2016 Gündəlik Bürclər (18.08.2016 Günlük Bürclər)

17 August 2016
1 817
1
18.08.2016 Gündəlik Bürclər (18.08.2016 Günlük Bürclər)
QOÇ - İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır.

BUĞA - Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa sevdiyiniz adamlarla təmiz havada gəzinməyə çalışın.

ƏKİZLƏR - Şəxsi büdcənizdə artım olacağı gözlənilir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. Texniki avadanlıqlarla ehtiyatlı olun.

XƏRÇƏNG – Bürcünüzdəki planetar quruluş maddi dirçəlişdən xəbər verir. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 19-21 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız da var.

ŞİR - Nəhayət ki, qarşınızda duran bu tarixi ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da var.

QIZ - Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən neqativliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz.

TƏRƏZİ - Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür.

ƏQRƏB - Hiss olunur ki, qarşıdakı həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dualar oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin.

OXATAN - Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız.

OĞLAQ - Qarşınızda əlamətdar bir təqvim durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq olar.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız.

BALIQLAR – Ayın sonuna qədər nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərhlər
Saida
Men bu sayti heddsiz cox beyenirem.rey yazmasamda beyenmesemde her movzunu sekili izleyirem.gundelik izlediyim feat.az
Şərh Yaz