ALiYeVdən Günlük Bürclər 13.10.2014

12 Ekim 2014
1 791
0
ALiYeVdən Günlük Bürclər 13.10.2014
ALiYeVdən Günlük Bürclər 13.10.2014

Qoç - qaynar fəaliyyətdə olmaq asandır. Böyük həcmdə iş görə bilərsiniz.

Amma elə fəaliyyət sahəsi seçin ki, nəticələr sizi çox gözlətməsin. Qəza riski olan gündür.
Ehtiyatlı olun. Xüsusilə də elektrik, kəsici və dəlici alətlərlə sayıq davranın.

Yorğunluq və gərginlik xroniki ağrıların kəskinləşməsinə səbəb olar.
Problemlərin həlli geniş planda fayda verərək yeni perspektivlər yaradacaq. Ünsiyyətdə yüksək energetika var.
Günün ikinci yarısındakı aktiv olun.

Axşam ünsiyyət dairənizi məhdudlaşdırın.
Bilavasitə təmaslarda heç bir səbəb olmadan münaqişə və dostlarla mübahisə riski var.

Buğa - ünsiyyətə olan maraq və xoş vaxt keçirməklə bağlı ümidlər kənardan anlaşılmaz sədlərlə, bədxahların paxıllığı ilə qarşılaşa bilər. Uğrsuzluq uğurla əvəzlənir. Ümumi maraqlarınız olan insanlarla çalışın.

Sizə mane olmağa çalışacaq, maneələr yaradacaq, haqqınızda şayiələr yayacaq, dedi-qodular edəcəklər.
Gözləntilər və emosiyalar nə qədər az olarsa, gün bir o qədər məhsuldar keçəcək.

Özünüzü təsdiqləmək, prinsipial mövqe sərgiləmək, ierarxiya müəyyənləşdirmək vaxtı deyil.

Bütün bunlar yaxın ətrafınızdakı insanları narazı salacaq.
Nə isə plan üzrə getmirsə, münaqişəli situasiyalara yol verməyin, iş üçün gərək olan səviyyədə əks rabitəni təmin edin.
Səhhətinizi qoruyun.

Heç bir sahədə və formada ifrata varmayın.

Əkizlər - fəaliyyət və maraq dairənizi genişləndirin. İstənilən münasibətlərin maliyyə yönlərini nəzarətdə saxlayın.

Xərclər, alış-veriş məsləhət deyil. Yalnız kəskin ehtiyac duyulan nəsnə və malları alın.

Borcun qaytarılması karma və bundan sonrakı perspektivlərə təsir edə bilər.

Yaşam və münasibətlərinizdə nə isə mürəkkəbləşirsə, narahat olmayın. Vəziyyəti sakit şəkildə təhlil edin, problemi aradan qaldırmağa çalışın.

Hazırda təzahür edən xoşagəlməz hadisələr tərəfdaşın özünə əmin olmaması, özünü yenidən sığortalamaq istəyi ilə bağlı ola bilər.
Sizə qarşı təxribatları cavabsız qoyaraq enerjinizdən daha rasional istifadə etsəniz, mövqeləriniz möhkəmlənə bilər.

Xərçəng - çətin, mürəkkəb, məsuliyyətli gündür. Yaşam arealı və çalışdığınız məkanı yeniləyin.

Fiziki səviyyədə nə qədər çox enerji sərf olunarsa, münaqişə, mübahisə və inciklik riski bir o qədər azalar.
Son günlər sizi narahat edən, qayğılandıran məslələrdə artıq məntiqi sonuc mərhələsidir.
Qəfil baş verən hadisə planlaşdırılmış olaydan daha effektiv, gərəkli və maraqlı ola bilər. Səbirli olun, yanınızdakı insanlara təzyiq göstərməyin. Qarşılıqlı anlaşmaya nail olmağın çətinləşdiyi insana marağınız arta bilər.

Mübahisə və münaqişələr inadınızı artıracaq.
Enerji və maliyyə israfına yol verməyin.

İşgüzar müstəvidə təfiş, günahkar axtarışı olacaq.
Səhvləri aşkarlamaq və aradan qaldırmaq üçün çalışın.

Şir - daxili narazılıq və ya xarici münaqişə ola bilər. Kiminləsə prinsipial fikir ayrılıqları yaranacaq.
Sinirli olmayın. Emosional davranıb sərt və aqressiv sözlər deməyin, heç bir suçu olmayan insanı aşağılamayın. Sakitləşin, enerjinizi ehtiyac duyulan sahəyə sərf edin.
Məntiqli, soyuqqanlı olun.

Yaxınlarınızın hissləri ilə oynamayın, münasibətlərdə problemlərə rəvac verməyin. Günün ikinci yarısında qəbul olunan qərarlar ciddi nəticələrə səbəb ola bilər.
Səhhətinizi qoruyun.

Stress və xroniki ağrıların kəskinləşməsi riski var.
Əlavə işlərə başlamayın. Ciddi işlərdən birini sabaha saxlayın.

Qız - gün sizdən problemlərin həllinə yaradıcı yanaşma tələb edir. Sürətli və anlamlı qərarlar verin.

Yerdəyişmələrinizi məhdudlaşdırın. Karmik düyünlər yaranır, hadisələr sürətlənir, sizin üçün önəmli əlaqələrin indiyədək mübhəm olan mənaları aydınlaşır. Qərarın qəbulu ilə bağlı uzun-uzadı müzakirələr aparmayın.
Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntilərinin səviyyəsi yüksəkdir.
Sözləriniz və hərəkətlərinizə olan reaksiyalara diqqətlə baxın.
İmpulsiv addımlar atmayın, düşünlməmiş qərarlar verməyin.

Yeni mövzunun başlanması, yeni tədqiqatlara maraq oyanması istisna deyil.
Şəxsi münasibətlərdə qəfil dəyişikliklər ola bilər. Hər şey əhvalınızdan və mövqelərinizdən asılıdır.

Tərəzi - yaxın ətrafınızdakı insanlarla həddən ziyadə intensiv danışıqlar, müzakirələr və təmaslar sizi yora bilər.

Bir müddət təkbaşına çalışın, tənhalığa qapılın.
Amma niyyətinizə çatmaya də bilərsiniz. Planlar dağılır, yaşamınıza informasiya axını isə artır.
Yeni dostlar tapmaq və ya romantik maraqları reallaşdırmaq üçün internet daha məqsədəuyğundur.

İntellektual davranış sərgiləyin, bilik və bacarıqlarınızı, təcrübənizi artırın. İnformasiya mübaliləsi, maraqlandığınız məsələ ilə bağlı informasiyaların mütsəqil axtarışında fayda var.

Günün ikinci yarısında imicinizə fikir verin.
İşlərin sürətlənməsi prosesinə mərhələlərlə başlayın, təkidli və qərarlı olun. Yaşamın xırdalıqlarına ifrat vaxt ayırmayın.
Diqqətli olun: qəza riski böyükdür.

Əqrəb - sayıq, huşyar, diqqətli davranış və yaxşı reaksiya tələb olunan gündür. Passiv olmayın, hadisələrin məcrasından kənarda qalmayın. Sizə yaxın insanların dərdlərinə şərik olun. Ətrafınızdakı insanlar diqqətinizi cəlb etməyə çalışırlar.

Ultimativ formada tələblər, şantaj, inciklik istisna deyil. Çətin vəziyyətlərin çözümünü, danışıqları təxirə salmayın.
Yekun qərar, danışıqları təxirə salmayın. Bu gün problemli məsələləri asanlıqla, məhsuldar həll etmək olar.

Günün ikinci yarısında yekun qərar, müqavilələrin pozulması, əməkdaşlıqdan imtina ola bilər.
Şəxsi münasibətlərdə müdrik olun. Düşünülməmiş deyilən sözlər sonradan ağrı-acı yarada bilər.

Neytral işlərlə məşğul olun, yaşam arealı və iş yerinizi təkmilləşdirin. İnad və gərginlik başağrıları vəd edir.


Oxatan - yeni iş, karyera dəyişiklikləri və digər mühüm qərarlar üçün mühüm gündür. Hadisələr sürətlə inkişaf edir. Reaksiya və açıqlamalarda özünü məhdudlaşdıranlar azdır. Kimsəyə imkan verməyin ki, sizi özünüzdən çıxarsın, əhvalınızı pozsun.

Çoxsaylı işlərin öhdəsindən gəlmək istəyirsinizsə, emosional davranmayın, vəziyyəti dürüst qiymətləndirin.
Günün mənfi cəhətləri ilə yanaşı, üstünlükləri də var.

Çətinliklərdən çıxış yolunun birgə axtarışı işdə həmkarlardan biri ilə münasibətlərinizi yaxşılaşdıra bilər. Romantik təmaslar üçün pis gün deyil. Maraqlar razılaşdırılmalıdır.

Günün ikinci yarısında yaranan imkanları əldən verməyin.

Oğlaq - reallaşmayan gözləntilər və ətrafınızdakı insanların 'sürpriz'ləri sizi təlaşlandırmasın. Səy göstərin, yaşam və fəaliyyət arealınızı qaydaya salın. Bilin ki, əməllərinizin müqabilində eşidəcəyiniz sözlər və ya görəcəyiniz əməllər adekvat olmaya bilər.

Narahat məcralı gündür. Münasibətləri gərginləşdirməmək və ya nəyisə pozmamaq üçün ehtiyatlı davranın.

Cari dəyişiklərdən qəfil, amma faydalı nəticə əldə edə bilərsiniz.
Hadisələri, xüsusilə də problemləri qabaqlamağa, prosesləri təxminləməyə çalışın.

Planlarınızdakı mühüm məqamlardan birini dəyişməli olacaqsınız.
Axşam saatlarındakı problemin konstruktiv həll yolunu tapın.

Dolça - gün müxtəlif ünsiyyəti ehtiva edir. Yaxın ətrafınızdakı insanların maraqlarını diqqətdə və nəzarətdə saxlayın. Səhər saatlarından etibarən gərəkli zəngləri edin, görüşlərə qatılın. Yardım göstərin, suallara cavab verin, planlarınızın gərəkli istiqamətdə inkişafı üçün danışıqlar aparın.

Şərtlərin fəaliyyət ritmini pozmaması üçün əlavə səylərə ehtiyac var. Hadisələr və xəbərlərin mahiyyəti tələsik, 'partlayış'lıdır.
Plan üzrə getməyən işlər əlahiddə, aktiv diqqət tələb edir.

Qəza riski böyük olduğundan təhlükəsizliyinizə riayət edin.
Axşam saatlarında xoş təəsüratlar, faydalı məlumatlar alaraq yanınızdakı şəxslərlə ümumi məqsəd və hədəfləri müzakirə edin.

Balıqlar - fiziki tonus və şəxsi təhlükəsizlik məsələləri bu gün xüsusi qayğı, diqqət tələb edir.

Sualtı daşlar, yolunuzda maneələr olacaq. Səliqəli, diqqətli olun. Sürətli seçim və fəaliyyət tələb olunan məqamlarda tələsməyin.
Hansısa stabillikdən, sakitlikdən danışmağa dəyməz.

Yaxın ətrafınızdakı insanlar tələsir, mübahisə edir, inciyirlər. Bu insanlar üçün sağlam məntiq və təmkin timsalı olun.
Gərəksiz əlaqələr və münasibətlərdən qurtulun.
Günün ikinci yarısında kimsə sizin səbr kasanızı doldurmaq istəyərsə, situasiyalarda qəfil dəyişiklik ola bilər.

Şəxsi münasibətlərdə köklü yeniliklərin ərəfəsidir.
Axşam saatlarında alış-veriş etmək, sizi maraqlandıran əşyanı tapmaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.