Bürclərin Evlənərkən Etdiyi Səhvlər!

08 Nisan 2017
2 321
0
Bürclərin Evlənərkən Etdiyi Səhvlər!

QOÇ

Bir hirslə nişan və subaylığa vida partisi planları etməyə başladınız, ağlınızda bir çox düşüncə və fikir var. Hamısını həyata keçirmək üçün tələsik hərəkət edirsiniz amma bu enerjiniz böyük ehtimalla ən çox 2 həftə çəkdi. Sonra işi başqalarına yıxıb, "mənim istədiklərim bunlardır, gerisini ona görə siz həll edin" deyərək hadisədən sıyrıldınız. Sıra toya gəlincə də eyni enerjiylə, başda bir ton müxtəlif fikirlə ortaya atıldınız amma nəticə yenə eyni.

BUĞA

Mümkünsə ən uzaq tarix hansıdırsa sizə onu versinlər. Ağır başlı quruluşunuzla toy hazırlıqlarını ancaq tamamlayırsınız. Xeyr, bir də düşüncələrinizi ətrafınızdakılarla paylaşsanız ən azından kömək alacaqsınız amma o da yoxdur. Təmkinlisiniz və bu xüsusiyyətiniz başınızı ağrıdacaq kimi dayanır. Ən azından planetiniz Veneradır, sizə estetik və kombinasiya mövzusunda olduqca kömək edəcək, zövqlü seçimlər etmənizi təmin edəcək.

ƏKİZLƏR

Toyla filan maraqlanmaq yerinə, ən yaxşı və ən əyləncəli toy fotoqrafı kimdir, haradadır axtarışındasınız, elə deyil? Hətta ağılınızda toy yerinə, sadə bir nikah var. Çünki toyda hər kəslə tək-tək maraqlanıb özünüzü yoracağınıza, nigahdan sonra yaxın dostlarınız və qohumlarınızla əyləncəli bir məkanda toy yeməyi yeyib belə demək olarsa qurdlarınızı tökmək, sizə daha məntiqli gəlir.

XƏRÇƏNG

Kürəkənin çiçəyi ilə sizinki arasında bir az rəng fərqi var, ya da tort bittər şokolad deyil də profiterollu olub. Qiyamət səbəbi! Toy günü sizi hövsələdən çıxaracaq problemlər bunlardır. Göstərdiyiniz böyük reaksiyaları, əslində güzgüdə özünüzə baxaraq verməlisiniz. Çünki bu kiçik problemlərə sizin əsassızlığınız səbəb olur, fərqində belə deyilsiniz. Əvvəl ağ rəng deyərkən, 2 dəqiqə sonra qara olsun deyə bilirsiniz.


ŞİR

"Ən gözəl gəlin mən olacağam, ən gözəl toy mənimki olacaq ..." ilə başlayan cümlələrə deyəsən ətrafınızdakı hər kəs alışdı. Davamlı bu sözləri təkrar edərkən bir detalı gözdən qaçırırsınız; toy büdcəsini. Hərçənd siz hələ toy büdcəsi belə hazırlamadınız elə deyil? "Mən istəyirəm, olacaq" rəftarınız bir az ərköyün görünmənizə səbəb ola bilər. Unutmayın, evlənmə mərhələsində ilk planlaşdırılması lazım olan şey büdcədir. Hər kəs ən yaxşısına sahib olmaq istər təbii ki, amma bunu məntiq çərçivəsində etmək lazımdır.

QIZ

Əvvəl bir karyera qurum dediniz, o bitdi sonra da qarşınıza çıxan qismətlərə həmişə bir bəhanə tapdınız. Ya tipdən itirdilər, ya ailə strukturları sizə görə deyildi, ya da çalışdığı işi bəyənmədiniz. Belə incə ələyib sıx toxuyaraq, bir az gec də olsa evlənməyə qərar verdiniz. Siz onsuz da bu qərarı verərək başlı başına böyük bir addım atmışkən toy təlaşına mı məğlub olacaqsınız? Təbii ki xeyr! Olduqca praktik bir insan olmanız hazırlıqları asanlaşdıracaq. Amma əhəmiyyətsiz şeylərin üstündə çoxca dayanmağa başlasanız işdə bunun sonu gəlməz, xəbəriniz olsun.

TƏRƏZİ

Hal-hazırda tək dərdiniz "gəlinliyim qabarıq olsun,yoxsa düz? Üzərində daşlar olsun, yoxsa ətək qismi qat-qat tül olsun? " Gəlinliyə qərar verdiniz deyək, yaxşı bəs saç modeli? "Toppuz olmalıdır, zadəgan bir duruşum olsun istəyirəm" ilə "saçlarım çox havalıdır əslində, niyə toppuz edərək onları gizlədim ki, açıq qalsın" arasında gedib gəlirsiniz. Çox dərdlisiniz, çox ... Nə olacaq sizin bu qərarsız halınız? Nişanlandınız, həyəcanınız toy yaxınlaşdıqca artır.

ƏQRƏB

Ağ orkidelərlə bəzəkli, sadə bir qır toyu ya da dəniz kənarında, günəş batarkən qonaqlarınızı qarşılaya biləcəyiniz , gurultulu musiqidən uzaq dinclik dolu bir mərasim. Nişanlınız bütün istəyinizin bundan ibarət olduğunu düşünəcək bəlkə amma içinizdə nə fırtınalar qopduğunu biz bilirik. Əvvəlcə, üzük və brilyant mövzusunda içiniz içinizi yeyəcək "daşı çox kiçikdir sanki?". Sonra, nişan paltarınız sizə bir az sönük gəlmiş ola bilər. Qan qırmızısı, dekoltəli bir paltar xəyal etmişdiniz halbuki.

OXATAN

Qonaqlarının üçün, əyləncəli və unuda bilməyəcəkləri bir gəmi toyu düşüncəsiylə, "toya ehtiyac yoxdur nikah olsun, mən bal ayında könlümcə əylənim" düşüncəsi arasında gedib gəlirsiniz. İçində "əyləncə" olan konsept tamamlanınca sıra gəldi aylarla axtaracağınız gəlinliyə. Hələ tapa blməmisinizsə sizə tövsiyəmiz; qısa ətək, qısa gəlinlik modelləri. Əgər gəmidə toy edəcəksinizsə onsuz da o toyun sonu dənizdə bitəcək. Sizin kimi yerində dayana bilməyən biri üçün qısa gəlinlik biçilmiş xalat.

OĞLAQ

Sizin üçün evlənmək heç də asan deyil. Evlilik deyildiyində o qədər çox təfərrüat ağılınıza gəlir ki, özünüzü toy gününün gözəlliyinə qapdıra bilmirsiniz. Əslində ən çətin iş, sevgilinizə düşür. Aylarla mərasimlə əlaqədar hər detala əhəmiyyət verməsini gözləyəcək və ona müxtəlif vəzifələr verəcəksiniz. Sevgilinizin də sizin qədər, hər detalla maraqlanmasını istəməniz aranızda problem yarada bilər. O bir kişidir, unutmayın.

DOLÇA

Siz ya qeyri-adi bir evlilik mərasimi hazırlayacaqsınız ya da heç kimi hesaba qatmadan, yalnız bir iki qonaqla birlikdə öz mərasiminizdə keçirəcəksiniz. Məsələn, dəniz altında evlənmə ya da təyyarədən atlayaraq "bəli" demə! Bunlar qulağa dəlicə gələ bilər amma siz onsuz da eləsiniz.

BALIQ

Kiçik bir qız uşağı ikən xəyallarını qurmağa başladığınız toyunuza çox az bir müddət qaldı. Amma siz küsəyənliklərinizlə sevgilinizi daha yolun başında yormağa başladınız. Ananız da sizdən çox şikayətçidir, bunu deyək. Yaxşı, ətrafınızda etibar etdiyiniz tək adam odur amma bütün işi də onun üstünə yıxmaq bir az haqsızlıq deyil ? Davamlı hər etdiyini, təkrar təkrar izah etmək məcburiyyətində qalır. Sizdən daha təcrübəli biri olaraq onsuz da diqqətli olacaq. Bu qədər sıx boğaz etməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
0

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
0

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
18

Tarixdə Bu Gün - 22 Noyabr

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
630

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)
20:00
2 814

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)

Sevginin ömrünü necə uzatmaq olar?
19:00
335

Sevginin ömrünü necə uzatmaq olar?

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)
18:00
734

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)
17:00
662

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
265

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ