18.09.2017 Gündəlik Bürclər (18 Sentyabr 2017 Günlük Bürclər)

17 sentyabr 2017
4 215
0
18.09.2017 Gündəlik Bürclər (18 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Fəaliyyət durumunuzda müəyyən problemlər gözlənilir, münasibətlərə fikir verin. Bundan kənarda işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

Buğa – Günün ümumi ovqatını nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, gəzintilərə aludə olmağa dəyər.

Əkizlər - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

Xərçəng - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

Şir - Maliyyə vəziyyətiniz imkan versə, mütləq səfərə çıxın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

Qız - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Amma özünüzü təxribatlardan qorumalısınız.

Tərəzi - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Səfərə çıxsanız, ehtiyatlı olun.

Əqrəb – Bütün göstəricilər gün boyu ovqatınızın xoş olacağını proqnozlaşdırır. Xüsusilə saat 14-16 aralığında xoş bir təsadüflə rastlaşacaqsınız. Ailə üzvlərinizlə mehriban davranın.

Oxatan - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

Oğlaq - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

Dolça - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.

Balıqlar - O qədər də uğurlu təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.
Şərh Yaz