Yanvar Ayında Bürclər nə vəd edirlər?

01 Ocak 2018
14 500
0
Yanvar Ayında Bürclər nə vəd edirlər?
Qoç - 2018-ci ilin Yanvar ayının ilk 20 günündə Qoç bürcünün evlilik evinin idarəçisi və eşq planeti olan Venera bu bürcün karier və ictimai status evində olacaq. Venera planetinin bu mövqeyi əlaqələr baxımından sizi daha seçici olmaq məcburiyyətində buraxacaq və sizin diqqətinizi istəyinizə çatmaq və inkişaf etmək üçün sizə kömək edəcək qiymətli insanlara istiqamətləndirəcək. Yüksək mövqedə olan insanlarla, rəsmi vəzifədə olan kəslərlə və ya məşhurlarla da əlaqə içində olmaq istəyəcəksiniz. Venera planetinin Günəş və Pluton planeti ilə qovuşması xüsusi vəziyyətlər və potensial gərginlik yaradacaq. Bu da sizi qərar vermək məcburiyyətində buraxa bilər. Qoç bürcünün idarəçisi Mars planeti Yupiter planeti ilə qovuşma edəcək, bu da böyük fiziki və cinsi praktika mənasını verər. Ayın sonundakı ay tutulması da böyük cinsi güc mənasını verər. 2018-ci ilin Yanvar ayı Qoç bürcləri üçün professional baxımdan aldadıcı bir ay ola bilər. Qoç bürclərinin karier evində ciddi və mükəmməlliyi sevən Saturn olacaq, bununla birlikdə, Günəş - Venera - Pluton üçbucaq meydana gətirəcək. Günəş nüfuz və müvəffəqiyyətin simvolu; Venera şans vəd edir və Pluton da güc, idarə və pul xüsusilə bitcoin istəyir. Yanvar ayındakı planetlərin düzülməsi çox motivasiya edici olacaq və öhdəsindən gəlməsi asan olmamasına baxmayaraq, o sizə əhəmiyyətli müvəffəqiyyət gətirə biləcək. Bununla birlikdə Qoç bürcünün idarəçisi Mars planeti də Böyük Xeyirxah Yupiter tərəfindən yaxşıca dəstəkləniləcək. Mars və Yupiter planetləri Qoç bürcünün pul ilə əlaqəli evlərində güclü qovuşma yaradacaq; bu qovuşma pul, iş, dostluq əlaqələrindən qazanılan gəlirlər, fondlar və digər şeylərdən xəbər verir. 2018-ci ilin Yanvar ayının ilk on günündə Qoç bürclərinin vəziyyəti yaxşı olacaq, ikinci on gündə orta səviyyəli bir rahatlığınız olacaq və üçüncü on gündə də yenə yaxşı olacaq. Qoç bürcünün idarəçisi Mars planeti Yupiterin yanında olacaq və sizə əlavə enerji gətirəcək. Ən gözəl dövr 13 Yanvar ətrafında olacaq, çünki Qoç bürcünün xəstəliklər evinin idarəçisi Merkuri planeti Saturn planeti ilə qovuşma edəcək. Lakin Qoç bürcləri bu dövr boyunca stress, diqqətsizlik və ifrata meylli olacaq, bu da onların ən pis düşməni olacaq.

Buğa - 2018-ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri xüsusilə ayın birinci yarısı boyunca, hisslərinizi ehtiraslı edəcək, lakin bu təsir bütün aya əks olunacaq. Hər iki planet xüsusilə enerjili və yaradıcıdır, beləcə sizi problemli eşq həyatı, ehtiras və dəbdəbəli jestlərlə dolub daşan bir ay gözləyir. Digər tərəfdən bəlkə də siz özünüzü bir hərəkətlə izah edə bilməyəcəksiniz, lakin çox isti və alovlu biri diqqətinizi çəkə bilər. 2018-ci ilin Yanvar ayındakı düzülüş macəralı eşqlər üçün uyğundur, həm də uzun vədəli, birlikdə işlər üçün səy sərf edən cütlər üçün də uyğundur. Çox həyəcanlı bir dövr olacaq, lakin az da olsa təhlükələrlə qarşılaşma riski sizi narahat etməz hərhalda. 2018-ci ilin Yanvar ayı sizin üçün uyğundur. Buğa bürcündə olan Günəşlə zidd bucaq meydana gətirən Mars və Yupiter planetləri sizinlə münaqişəyə girəcək, sizi sürükləyəcək və bəzən siz idarəni itirəcək və bitcoin kimi riskli sərmayələrə yönələcəksiniz. Digər tərəfdən Günəşin Saturn və Pluton planetləri ilə birlikdə meydana gətirdiyi üçbucaq sizə hər şeyin edilməsi üçün əhəmiyyətli bir əzm verəcək. Buğa bürcünün 9 - cu evi 2018 - ci ilin Yanvar ayı boyunca çox əlamətdar olacaq: elmdə müvəffəqiyyətlər, səyahət etmək, mədəni - elmi və ya ruhi təəssüratlar baxımından. Son on gün boyunca karier eviniz çox diqqətə çarpan olacaq: prestij, nüfuz və müvəffəqiyyət vurğulanacaq. İş yoldaşlıqları, rəqabət və münaqişə, Yanvar ayı boyunca Buğa bürclərinin Professional həyatı ətrafında gəzəcək. Pul söz mövzusu olduğunda diqqətli olmaq lazım gələcək. Siz çox yaxşı fiziki görünüşə sahib olacaq və formanızdan zövq alacaqsınız. Lakin Günəş və Yupiter - Mars planetləri arasındakı zidd bucaq səbəbiylə sağlamlığınızda geriləmə ola bilər. Diqqətli olmanız lazımdır, xüsusilə əgər yüksək təzyiq, yüksək xolesterol, yüksək şəkəriniz varsa riskli vəziyyətlərdən uzaq dayanmağa çalışın. Stressli olduğunuzda yemək yeməyin! Bəzi insanlar stress vəziyyətlərində özlərini yeməyə verərlər, siz əsla belə bir şey etməyin!

Əkizlər - Yanvar 2018 - in ilk on günü boyunca Əkizlər bürcünün idarəçisi Merkuri planeti hələ cütlər evində olacaq. Bu Noyabrda başlayan, eşq həyatı ilə əlaqədar bir dövrün sonudur və sizə eşq həyatınızla əlaqədar əhəmiyyətli bir dərs verəcək. Bu vəziyyətdən zövq almağa çalışın, çünki indi hər şey daha asandır və Noyabr, Dekabr aylarından daha birbaşa olacaq. Əgər Əkizlər bürcünün evlilik evinin idarəçisi Yupiter və hərəkətli Mars arasındakı təsiri də hesaba qatarsaq, bəzən Merkurinin təsiri daha tez və davamlı ola bilər. İkinci on gündə daha mühafizəkar olacaq, son on gündə intellektual, mədəni və ya ruhi bənzərliklər ön planda olacaq və üzün vədəli əlaqələr və romantik səyahətlər edə bilərsiniz. 2018 - ci ilin Yanvar ayı professional baxımdan çox aktiv bir ay olacaq, çox gərgin səylər, lakin müvəffəqiyyətlərlə dolu bir ay olacaq. Əkizlər bürcünün iş evində yerləşən Mars və Yupiter planetləri böyük şeylər üçün sərf olunan enerjini inkişaf etdirəcək. Bütün planetlərin sizin 8 - ci evinizdən keçməsiylə (Pluton, Saturn, Günəş, Venera, Merkuri), 2018-ci ilin Yanvar ayı Əkizlər bürcünün pul ilə əlaqəli maraq sahələrinə vurğu edəcək. Xüsusilə iş, sərmayə, borclar, əməkdaşlıqdan və yoldaşlıqlardan gələn pul, vs. gündəmdə olacaq, daha da əhəmiyyətlisi bitcoindən gəlir təmin edə biləcəksiniz. Əgər planlı qərarlar alsanız və diqqətli düşünsəniz uzun vədədə əhəmiyyətli qazanc təmin edə bilərsiniz. Yanvar 2018 - də gözəl görünüşə sahib ola bilməyəcəksiniz. Planetlər sizin xəritənizin risklər yaradan qisimində olacaqlar, bu da sizi riskə girməyə təhrik edəcək. Əkizlər bürcünün xəstəliklər evində Mars planeti olacaq, bu da sizin yoluxucu xəstəliklərə tutulma və ya qəzalar keçirmənizə səbəb ola biləcək. Merkuri və Günəşin 8 - ci evdə olması səbəbiylə siz əsəbi ola bilər, xəstələnə bilər və ya psixoloji təzyiq altında ola bilərsiniz. Özünüzə diqqət yetirməli, içinizdəki tarazlığı təmin etməlisiniz. Digər tərəfdən 2018 - ci ilin Yanvar ayı tibbi araşdırmalar və diş baxımı və cərrahı müdaxilə üçün yaxşı bir ay olacaq.

Xərçəng - Heç bir zaman belə bir dövrlə qarşılaşa bilməyəcəksiniz! 2018 - ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri Yengəc bürcünün eşq evində olacaq, Yengəclərin cinsi gücü gözlənilməz dərəcədə yüksələcək və romantik olacaqsınız, fürsətləri güclü bir təsir ilə özünüzə doğru çəkəcəksiniz, əgər təsir edə bilməsəniz, onlara qarşı təxribata başlayacaqsınız. İstəyiniz qarşı qoyulmaz bir gücə sahib olacaq, hissləriniz və duyğularınız alovlanacaq. Eyni zamanda Yengəc bürcünün evlilik evi alovlu Günəşin, narın və zərif Venera planetinin, intizamsız Mars planetinin, hərəkətli və narahat Pluton planetinin və son olaraq ağıllı Saturn planetinin keçişi səbəbiylə yanıb alovlanacaq, hər şey üzərində hökmran olacaq və sizə məsuliyyətlərinizi xatırlatmaq üçün lazım olanı edəcəklər. Hər şeyə baxmayaraq 2018 - ci ilin Yanvar ayı yüksək maraq sahələrinin olduğu əhəmiyyətli bir ay olacaq. Yanvar ayı boyunca ətrafınızla bağlarınız göz qarşısında olacaq: iş birlikləriniz, yoldaşlıqlarınız, komanda işləriniz, kontraktlarınız, ictimai bağlarınız, yarışlar, rəqiblər vs. Bütün bunlarla birlikdə 2018 - ci ilin Yanvar ayı boyunca görülməmiş fürsətlər çıxacaq qarşınıza. Yengəc bürcünün karier evinin idarəçisi Mars və iş evinin idarəçisi Yupiter doğum xəritənizdə şanslı evlərdən biri olan 5 - ci evdə görüşəcək. Bu səbəblə şans sizi istədiyiniz yerdə tapacaq. Eyni zamanda bu dövr xüsusilə yaradıcı olacaq, qabiliyyətinizi ortaya çıxarmaq və promosiya, prezentasiya, yaradıcı hər hansı bir şeyin, proyekt və ya məhsulun təbliği. Pul başqalarına bağlı olacaq: siz onu qazanacaqsınız və ya birlikdə xərcləyəcəksiniz. Enerjidən partlayacaqsınız, lakin tarazlıq və ölçü ilə bağlı problemləriniz olacaq. Başqalarının problemlərinə qarışacaqsınız, çox çalışacaqsınız və buna meylli olacaqsınız, stressli ola bilərsiniz. Siz daha çox çalışacaqsınız: idman salonu, rəqs, gediş vs, zərərli enerjini ortadan qaldırmaq üçün bədəninizi uyğunlaşma içində tutmanız çox yaxşı olacaq.

Şir - 2018 - ci ilin Yanvar ayında sizin diqqətinizi romantizmdən daha çox həyatın praktik istiqamətləri çəkəcəkdir. Lakin bu iki istiqamətin bir - birinə bağlanması mümkündür. Çünki eşq planeti Venera və Aslan bürcünün evlilik evinin idarəçisi Saturn planeti Aslan bürcünün iş evində olacaq, iş yerindən tanış biri ilə yeni bir əlaqəyə başlaya bilər, lazım olan məsuliyyətləri reallaşdırmaq üçün yoldaşınızı da buna daxil edə bilər və ya hər ikiniz eyni yerdə, eyni proyekt üçün çalışacaqsınız. Digər tərəfdən Aslan bürcünün eşq evinin idarəçisi Yupiter, Mars planeti ilə birlikdə Aslan bürcünün məsuliyyət evində olacaq, bu səbəblə siz və sevdiyiniz evlə, valideynlərlə, ailə ilə və uşaqlarla əlaqəli problemlərlə qarşılaşa bilərsiniz. 2018 - ci ilin Yanvar ayı Aslan bürcləri iş və mövqeyə fokuslanacaq. Aslan bürcünün idarəçisi Günəşin, iş evinin idarəçisi Venera planetinin və bu bürcün iş evinin idarəçisi Merkuri planetinin keçişi səbəbiylə Aslan bürclərinin iş evi çox aktiv olacaq. Bütün bunlarla birlikdə biz həm də böyük arzuların planeti olan Saturn və mühafizəkar Pluton planetinin də keçişini izləyəcəyik, bu da maraqlı nəticələrə səbəb ola bilər. Qısacası siz çox çalışacaqsınız, lakin boşuna. Aslan bürcünün 4 - cü evində yerləşən Yupiter və Mars planetləri sizin sərmayə qoyma, torpaq, uzun vədəli mallar, ev tapma və ya təmir etmə, öz işinizlə məşğul olma kimi həvəslərinizi artıracaq. Əgər sizin professional gündəminiz dolu deyilsə, sizin 6 - cı evinizdən keçən birdən çox planet Aslan bürclərinin sağlamlığına xüsusi maraq göstərəcək. Bu səbəblə siz sağlamlığınıza, gigiyenaya və ya həyat tərzinizə diqqət göstərəcəksiniz. Bəzi problemlərin aradan qaldırılması lazım olacaq, bayramdan əvvəl diyet etmə, stomatoloqunuzu ziyarət etmə və sair. Mars və Yupiter planetlərinin sizin Günəşinizlə kvadrat meydana gətirməsi sizi ifrata sürükləyə bilər. Siz buna qarşı gələ biləcəksiniz.

Qız - 2018-ci ilin Yanvar ayı sizin bütün baryerləri aşa bildiyiniz, qorxuların və utancaqlıqların öhdəsindən gəldiyiniz müstəsna bir ay olacaq, Zambezi çayının sularında duş qəbul edən xoşbəxt begemot kimi hiss edəcəksiniz! Yanvar ayı boyunca Qız bürcünün cinsilik evindən 5 - dən çox planet keçəcək: alovlu Günəş, Qız bürcünün idarəçisi Merkuri, eşq planeti Venera, ehtiraslı Pluton və məsuliyyət evinin idarəçisi Saturn planeti. Bütün bunlar sizin cinsi və romantik həyatınıza təsir edəcək, həssaslıq və romantika ön planda olacaq. Bunun xaricində Qız bürcünün evlilik evinin idarəçisi Yupiter qızdırmalı Mars planeti ilə birlikdə olacaq. Bu səbəblə diqqətli olun, hər şey daha da kobud ola bilər! Bütün planetlərin sizin 5 - ci evinizdən keçişi səbəbiylə 2018 - ci ilin Yanvar ayı təkliflər və fürsətlərlə dolu bir ay olacaq. İndi siz bütün qabiliyyətinizdən istifadə edərək yeni şeylər kəşf edəcəksiniz; yaradıcı və şifahi bir oyunun ortasında olacaqsınız; şanslı vəziyyətlərdə olmaq üçün indi hər vaxtkından daha çox şansınız olacaq. Reklam və promosiyalar üçün mükəmməl bir aydır və bu sizi daha böyük işlər görməyə sürükləyəcək. Mars və Yupiter planetlərinin Qız bürcünün 3 - cü evində olması səbəbiylə sizin düşüncələriniz dərinləşəcək və siz zəka, təhsil, ünsiyyət tələb edən hər hansı bir işdə daha müvəffəqiyyətli olacaqsınız. Uzaqdan gələn gəlirləriniz olacaq. Görünüşünüz mükəmməl olacaq. Yanvar hər hansı bir fiziki fəaliyyət üçün uyğun bir aydır, lakin diqqət yetirin bunlar risk və həddindən artıqlıq ehtiva etməsin. Qız bürcünün hərəkətlilik evində olan Mars planeti qəza ilə əlaqədar təhlükə olduğunu göstərir. Əşyalarla məşğul olarkən də diqqətli olmanız lazımdır. Həm də zəka tələb edən işlərdən zövq alacaqsınız, lakin bu sizin səbrinizi zəiflədəcək, stressli və əsəbi olacaqsınız.

Tərəzi - 2018 - ci ilin Yanvar ayının ilk 20 günü boyunca Tərəzi bürclərinin diqqəti ümumiyyətlə ailə və sizə yaxın olan insanlara yönələcək. Xüsusi həyat və isti ailə əlaqələrinə ehtiyacınız olacaq, bu səbəblə köhnə və gerçək bağlara əhəmiyyət verəcəksiniz. Siz və sizin sevdiyinizin pul, ev və torpaq kimi şeylərlə məşğul olacağınız bir dövr olacaq. Praktik həssaslığınız duyğularınızı idarə edəcək. Lakin Yanvar ayının son on gündəliyi boyunca hər şey dəyişəcək, bütün planetləri ətrafında fırladan Günəş və Tərəzi bürcünün idarəçisi, eşq planeti olan Venera cinsilik evinizdə olacaq. Beləcə eşqlə, məmnunluqla, jestlərlə, romantikliklə və ehtiras ilə dolu bir neçə həftəlik dövr başlayır. 2018 - ci ilin Yanvar ayı pul və daşınmazlarla çox əlaqədar olacaq. Mars - Yupiter qovuşması Tərəzi bürcünün pul evində reallaşacaq, sizin karier instinktinizi itiləşdirəcək və sizi alıb satmağa və gəlirinizi artaran yeni işlərlə məşğul olmağa istiqamətləndirəcək. Mars və Yupiter planetləri arasındakı qovuşma çox məhsuldar olacaq, lakin həm də çox israf edəcəksiniz. Əgər hər hansı bir şeyi satın almağı planlayırsınızsa, buna həqiqətən ehtiyacınız varmı, bir daha düşünsəniz daha yaxşı olar. Tərəzi bürcünün 4 - cü evindən bu ay 5 planet keçəcək, bu da sizin torpaq, həyat sahəsi, uzun vədəli əşyalarla maraqlanmanızı təmin edəcək. Ümumiyyətlə belə şərtlər altında araşdırmaçı ruhunuz aktivləşəcək və ya siz tikməyə, təmir etməyə, bərpa vs. etməyə başlayacaqsınız. Ayın ilk 20 günündə siz özünüzü yaxşı hiss etməyəcəksiniz. Tərəzi bürcünün Günəşi ilə Oğlaq bürcündən keçərək gələn planetlər arasında yaranan kvadrat sizin üzərinizdə təzyiq yaradacaq və tarazlığınızı pozacaq. 2018 - ci ilin Yanvar ayının ilk dövrü boyunca Tərəzi bürcünün sağlamlıq evinin idarəçisi Yupiter planeti Mars planeti ilə birləşəcək, bu da sizin yoluxucu xəstəliklərə tutulma riskinizi yüksəldəcək, qəzaya düşmə riskiniz də olacaq. Lakin ayın son on günündə siz həm fiziki həm də zehni olaraq formada olacaqsınız.

Əqrəb - 2018-ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri də Əqrəb bürcündə olacaq, bu səbəblə ehtiras, hər şeyi qazanma ruh halı və cinsi gücünüz zirvədə olacaq. Mars - Yupiter qovuşması eşqdən, romantik hərəkətlərdən xəbər verəcək və hərəkətlilik vəd edəcək. İlk 20 gün boyunca Əqrəb bürcünün evlilik evinin idarəçisi və eşq planeti olan Venera sizin 3 -cü evinizdə olacaq, bu da sizin eşq həyatınızın müzakirələrlə, mesajlarla və ya səyahətlə keçəcəyindən xəbər verir və intellektual işlər ruhlar arasında körpü qura bilər. Yanvar ayının son on günü boyunca ehtiraslı halınız bir az azalacaq və hər şey bir az daha sakitləşəcək və daha sabit olacaq; ev və ailə prioritet qazanacaq. Əqrəb bürcündə yerləşən Mars və Yupiter planetləri sizi böyük işlər görməyə məcbur edəcək. Cəsarətiniz artacaq və indi böyük və möhtəşəm bir proyektə başlaya bilərsiniz. 2018 - ci ilin Yanvar ayı boyunca siz özünüzü sübut etmə gərəyi duyacaq və edə bildiyiniz hər şeyi göstərməyə çalışacaqsınız. Müvəffəqiyyət qazanma şansınız olacaq: Əqrəb bürcünün ənənəvi idarəçisi olan Mars planeti və Böyük Xeyirxah Yupiter! Yanvar ayı sizin görüşmələrə gedəcəyinizi, müzakirələrdə olacağınızı və rəsmi danışıqlarda iştirak edəcəyinizi nəzərdə tutur. Səyahət etmə, əlaqəyə keçmə və zehni iş görmə ön planda olacaq. Siz indi yeni bir şey öyrənəcək, təhsil alacaq, qəzetə yazılar yaza bilər, təqdimat edə bilər və müsahibədə ola bilərsiniz. İkinci on gün boyunca fürsətlər artacaq. Pula gəlincə 2018 - ci ilin Yanvar ayı hər şey güclü olacaq. Həqiqətən yaxşı bir qazanc əldə edə biləcəksiniz, lakin pis günlər üçün pul ayrımanız lazım olacaq. Lazım olduğu qədər enerjiniz olacaq, hər vaxt hərəkətə başlaya bilmək üçün tətikdə olmanız lazım olacaq, bu səbəblə rahatlıq olmayacaq. Problem budur ki, siz hər şeydə ifrata qaçırsınız, bu da sizi narahat edir. Siz qaynayan bir qazana bənzəyirsiniz. İşiniz və məqsədiniz üçün döyüşməniz lazımdır, çünki artıq enerjinizi xərcləməlisiniz.

Oxatan - 2018-ci ilin Yanvar ayının ilk on günü boyunca Oxatan bürcünün evlilik evinin idarəçisi Merkuri planeti Noyabr ayında başlayan müddətin son dövrəsini tamamlayacaq (Oxatan bürcündəki retrograd). Əlaqələr haqqında gerçəkləri vurğulamanız lazımdır; Daha davamlı və daha uyğun bir münasibət yaşamaq istəyirsinizsə bunu ağılınızda tutmanız lazımdır - hər kəsi öz ehtiyaclarınıza uyğunlaşdırın. Merkuri planetinin qarmaqarışıq retrogradı sona çatır, indi hər şey normala dönəcək və bu bəzi Oxatan bürcləri üçün çox xoş olacaq. Yanvar ayının ikinci on günündə pul ilə əlaqədar işlər haqqında qərarlar verə bilər və ya maddi şeylərdən təsirlənə bilərsiniz. Son on gün boyunca bəzi narahatlıqlar hələ də davam edəcək, lakin məlumat, ünsiyyət və səyahət böyük əhəmiyyət daşıyacaq. Oxatan bürcünün pul evindən keçən beş planet və də üstəlik Yeni Ay sizə 2018 - ci ilin Yanvar ayının ən əhəmiyyətli xüsusiyyətini asanlıqla göstərəcək. Pul baxımından sizin diqqətinizi çəkən bir neçə vəziyyət ola bilər: ehtiyaclarınız böyüyə bilər, məsuliyyətləriniz arta bilər, gəlirinizi artırmaq üçün daha məhsuldar çalışa bilərsiniz və ya ticari işlərlə məşğul olmaq istəyiniz ola bilər. Fürsətləriniz genişlənəcək. Ağılınıza gələn hər hansı bir vəziyyətdə sizə həm şans həm də yaxşı şərtlər lazım olacaq. Ayın ikinci on günü boyunca sizin bir neçə əhəmiyyətli qərara gəlməniz də lazım olacaq. Yanvar ayının son on günü ünsiyyət, zəka və səyahət baxımından uyğun olacaq, böyük arzularınız reallaşa biləcək. İndi siz Saturn planetinin Oxatan bürcündən çıxıb getməsini izləyəcək, sevinciniz, eşq həyatınız və fiziki enerjiniz yavaş yavaş yüksələcək və əvvəlki illərdəki zirvəyə çatacaq. Sizin sağlamlığınız da inkişaf edəcək, lakin 2018 - ci ilin Yanvar ayı boyunca siz hər hansı bir uzaqgörənliyə sahib ola bilməyəcəksiniz. İrəlini görə bilməmənizə baxmayaraq, bildiyiniz kimi hərəkət edəcəksiniz.

Oğlaq - Oğlaq bürcündə Venera planeti olacaq, Yanvar ayının ilk 20 günü eşq, uyğunlaşma və harmoniya üçün uyğun olacaq. Venera planeti sizə zəriflik, romantika və cazibədarlıq verəcək. Siz daha xoş və sevilən bir adama çevriləcəksiniz. Cazibədar olacaq və sizdə yeni duyğuların yaranması mümkün ola biləcək və yeni əlaqə yarada bilən şərtlərdən faydalanacaqsınız. Yaxşı anlayış, yaxşı xasiyyətli olma və şən ruh halı sizin eşq həyatınızın idarəçisi olacaq. Venera planetinin Oğlaq bürcündə olması və həm də sizin 11 -ci evinizdə Mars - Yupiter qovuşmasının olması, 2018 - ci ilin Yanvar ayının çox ictimai olacağını göstərir, daha geniş ictimai ətrafınız olacaq, yeni sevgilinizlə tanış ola bilər və ya sevgilinizlə yaxşı vaxt keçirə bilərsiniz. 2018 - ci ilin Yanvar ayı boyunca Oğlaq bürcündən çox planet keçib gedəcək, buna görə qollarınızı çirmələyib müvəffəqiyyətli ola bilərsiniz. Günəş sizə güc, nüfuz və prestij gətirəcək; Venera - şans, əməkdaşlıq və məhsuldar əlaqələr; Merkuri - sürət, fikirlər və hərəkət azadlığı; Saturn, Oğlaq bürcünün idarəçisi - strategiya və yaxşı koordinasiya; Pluton - böyük arzular və fokuslanma. Beləcə siz planlaşdırdığınız hər şeyə çata biləcəksiniz. Bonus olaraq da Mars və Yupiter planetləri sizin 11 -ci evinizdə yerləşərək sizə şöhrət, ortaq işlərdə müvəffəqiyyət və qrupda lider mövqeyi, əlaqə və ya ehtiras vəd edir. Pul bu yolda sizə yoldaşlıq edəcək, xüsusilə son on gündə. Dayanıqlılığınızdan, mükəmməl əhvalınızdan və həyatın gözəl anlarından zövq alma qabiliyyətinizdən məmnun olacaqsınız. Xüsusilə ilk on gündə fiziki olaraq çox da yaxşı olmayacaqsınız. 2018-ci ilin Yanvar ayının son on gündəliyi boyunca təzyiq getdikcə azalacaq və yaxşı ruh halı meydana gəlməyə başlayacaq, lakin başınızda daha narahat və gərgin duyğulara da yer ayıracaqsınız. Bu dövr istirahət etməyin yollarını axtarsanız çox yaxşı olar.

Dolça - Yanvar 2018 - in ilk iyirmi günü hər hansı bir meyl baxımından parlaq olmayacaq. Dolçaların fərdi həyatı geri çəkilməyə, gizlənməyə istiqamətli olaraq açıqlana bilər. Xüsusilə ikinci on gündə xariciləşmə və ya xəyal qırıqlığı belə ortaya çıxa bilər. Əgər işlər belə davam etsə ünsiyyət işləri yaxşılaşdıra bilər. Son on gündəysə şanslı olacaqsınız: Eşq planeti Venera və Dolçanın cütlər evinin idarəçisi Günəş Dolça bürcünə keçəcək. Artıq mühit tamamilə fərqli, optimizmlə və şəhvətlə dolu olacaq. Cütlər üçün oyunun adı rahatlıq, şənlik və qarşılıqlı anlayış olacaq. Ayın sonuna doğru başdan çıxarma gücünüz artacaq və şans yolunuza uyğun fürsətlər çıxaracaq. Xoşbəxtlik axtarırsınızsa onu tapacaqsınız. Yanvar 2018 boyunca Dolçaların karieri tam hərəkətdə olacaq. Mars və Yupiterin karier evinizdə olmasıyla, böyük planlarınız olacaq və onları daha yaxşı görə bilmək üçün bütün ürəyinizi ortaya qoyacaqsınız. Uyğun vəziyyətlər yolunuza çıxacaq, lakin şansınıza məğlub etməniz lazım olan döyüşlərə də girəcəksiniz. Yanvar ayı boyunca gücünüz və möhtərəmliyinizi gücləndirə biləcək, özünüzü digərlərinin önünə çıxara biləcək və professional müvəffəqiyyətinizdən ötəri məmnun edici mali qazanclar əldə edə biləcəksiniz. Lakin hər kəsin sizin kimi dürüst və yaxşı olmadığını və sizi çəkə bilməyən insanların sizə maneə törətmək və kölgələrdən əleyhinizdə planlar qurmaq istədiyini bilmək məcburiyyətindəsiniz. Müvəffəqiyyət başınızı hərlətməsin və arxanızı sağlamlaşdırın! Yanvar 2018 - in ilk iyirmi günündə dayanıqlılığınız çox da yaxşı deyil və laqeydlik edib ifrata diyirlənə bilər və önünüzü görə bilməyə bilərsiniz. Xüsusilə ikinci on gündə diqqətli olmalısınız, çünki yorula bilər, immunitetiniz zəifləyə bilər və özünüzə qarşı laqeydlik etsəniz müxtəlif problemlər ortaya çıxa bilər. Son on gündə, enerjiniz, inam və optimizminiz bol vəziyyətdəykən ruhi vəziyyətiniz ən güclü tərəfiniz olacaq.

Balıqlar - Balıq bürcünün evlilik evinin idarəçisi olan Merkuri planeti, Yanvar 2018 - in ilk on günü boyunca karier evində olacaq, bu sahədə uzun bir həsrətin ardından həm professional həm də romantik maraqlarınız arasındakı bağlarınızın bir-birinə uyğunlaşma təmin etməsinə kömək edəcək. Eşq planeti olan Venera ilk 20 gün boyunca sizin 11 - ci evinizdə olacaq, şansdan xəbər verəcək, arzuları reallaşdıracaq və sevdiyiniz adamla mükəmməl bir zaman keçirmənin mümkünlüyünü söyləyəcək, ictimai ətrafınızdan və ya festivalda biri ilə tanış olma fürsətinizin olduğunu da nəzərdə tutacaq. Merkuri planeti də son 20 gündə sizin 11 - ci evinizdə olacaq, bu yönəlmələri təsdiqləyəcək. 2018 - ci ilin Yanvar ayı professional baxımdan dinamik və məhsuldar bir ay olacaq, Balıq bürcünün ənənəvi idarəçisi olan Yupiter, Mars planeti ilə qovuşma edəcək və bu ay böyük arzularla və başlanğıclarla dolu bir ay olacaq. Hərəkət edin, plan qurun və tətbiq edin. Bu dövrün ən motivasiya edici və ya mübarizə edici yanı həm fiziki, həm də zehni olaraq uzun vədəli planda gizlidir: səyahət, uzaqdan iş görmə, internet, təhsil, mədəniyyət, araşdırma, ruhaniyyət vs. Üfüqünüzü genişlətməyə meylli olma və pul baxımından müvəffəqiyyət qazanmaq üçün çalışmaq. Birliklər, fondlar, qardaşlıqlar, siyasi partiyalar və sair yenə də isti mövzulardan olacaq. 2018 - ci ilin Yanvar ayının ilk 20 günündə özünüzü çox gözəl bir fiziki vəziyyətdə tapacaqsınız, enerjiniz və həvəsiniz bol olacaq. Lakin diqqətsizlik və həddindən artıqlıqlara meylli olacaqsınız. Bu səbəblə evdə oturub qəhvə və enerji içkilərindən için, çox işləməyin və yaxşıca istirahət edin. Özünüzə diqqət yetirin, xüsusilə son on gündə!
az.azstroloq.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.