14.01.2018 Gündəlik Bürclər (14 Yanvar 2018 Günlük Bürclər)

13 Ocak 2018
5 100
0
14.01.2018 Gündəlik Bürclər (14 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Astroloji göstəricilər nə qədər yeni simalarla rastlaşsanız, bir o qədər nailiyyət qazanacağınızı bəyan edir. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.

Buğa - İxtiyarınızda olan bu əsrarəngiz təqvimdə daha çox səhhətinizə fikir verməlisiniz. Nahardan sonra isə işgüzar sövdələşmələrə başlamaq, yeni əlaqələr yaratmaq xeyirlidir.

Əkizlər - Maddi firavanlığa qovuşmaq üçün geniş imkanlarınız var. Boş oturmağa çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.

Xərçəng - Təzadlı bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir.

Şir - Müntəzəm surətdə rastlaşdığınız şəxslərlə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Qabiliyyətsiz adamlarla ünsiyyəti səngidin. Varlanmaq üçün imkan qazanacaqsınız.

Qız - Ailə zəminində müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq getməyə çalışın.

Tərəzi - Şəxsi həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri düşünmədən rədd etməyin. Axşam təzə xəbərlər gözlənilir.

Əqrəb - Risk etməkdən qorxmayın. Amma bilin ki, bu riski hansı məqsəd uğrunda edirsiniz. Başınızı qoruyun. Ulduzların düzümü şəxsi büdcənizdə müəyyən artımların olacağını bəyan edir.

Oxatan - Bu təqvimi bürcünüz üçün həftənin ən düşərli günü kimi dəyərləndirmək olar. Ələlxüsus da əməkdaşlıq zəminində uğurlu məqamlarla rastlaşacaqsınız. Sizə aid olmayan işlərə müdaxilə etməyin.

Oğlaq - Sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

Dolça - Məqsədlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz. Bu isə Göy qübbəsinin xoşuna gəlmir. Özünüzdə təpər tapın. Hər adama bel bağlamayın. Çünki bu dövrdə heç nə boş-boşuna əmələ gəlmir.

Balıqlar - Bir qədər gərgin gündür. Özünüzü istənilən təzyiq və təhlükələrdən qorumalısınız. Haqqınızın tapdanmasına yol verməyin. Yeri gəlsə, bu istiqamətdə sərt mövqe də nümayiş etdirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.