23.01.2018 Gündəlik Bürclər (23 Yanvar 2018 Günlük Bürclər)

22 Ocak 2018
6 748
0
23.01.2018 Gündəlik Bürclər (23 Yanvar 2018 Günlük Bürclər)
Qoç – Bu günün planetar mənzərəsi xeyrinizə işləyəcək. Bununla da siz şanslılar sırasına düşəcək, uğurlar silsiləsinin başlanğıcına yetişəcəksiniz. Gün ərzində yalnız bu barədə düşünməlisiniz.

Buğa - Səbrli olmaq, bir qədər məxfilik nümayiş etdirmək yaxşı olardı. Çünki bu gün ovqatınızı aşağı sala bilən adamlarla rastlaşa bilərsiniz. Saat 15-19 arası pul əldə etmək şansınız çox böyükdür.

Əkizlər – Səhər saatlarında azacıq gərginliyiniz olsa da, bu, tez ötüb keçəcək. Əslində bu əlamətdar təqvimdə gərək özünüzü toparlamağı bacarasınız. Çünki günortaya doğru sevindirici olaylar başlayacaq.

Xərçəng – İxtiyarınızda olan bu təqvimdə hüquqi sənədlərlə, maliyyə-bank əməliyatları ilə bağlı bütün yarımçıq işlərinizi başa çatdırmalısınız. Bunu bacarsanız, ayın sonuna qədər ovqatınız çox yüksək olacaq.

Şir – Tələsik qərarlar, riskli vədlər verməyin. Əslində bu gün siz ətrafınızda olan insanların mahiyyətini, onların sizə sədaqətliliyini yoxlamalısınız. Axşam saatlarında soyuqdəymədən qorunmalısınız.

Qız – Bürcünüzün Göy qübbəsində tam oturuşması şanslarınızı xeyli artıracaq. Hətta baş verən situasiyalarda iştirakınızdan asılı olaraq bugünkü ovqatınız bütün ilboyu davam edə bilər. Bu səbəbdən də nə olursa-olsun, nikbinliyinizi əldən verməməlisiniz.

Tərəzi - Saat 13-ə qədər tamamlanması mümkün olan bütün işləri başa çatdırın. Sonrakı müddətdə isə Göy qübbəsinin sizin üçün hazırladığı sürprizlərə hazır olmalısınız. Tənqidi təhqir kimi qəbul etməyin.

Əqrəb – Günə yeni planlarla başlamalısınız. Amma ulduzlar məsləhət görür ki, bütün qlobal planlarınızda məxfiliyə riayət edəsiniz. Yalnız bu halda günün ovqatı sizi qane edəcək. Uzaq yola çıxmağa dəyməz.

Oxatan – Nahara qədər bir çox sahələrdə diqqətsizliyiniz ucbatından problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də bütün məsələlərdə ayıq-sayıq olmalı, lazım gəldikdə məsləhətlərdən yararlanmalısınız.

Oğlaq – Sevgi münasibətlərində mövcud olan passivliyinizi aradan qaldırmağa çalışın. Qarşı tərəfə güzəştə gedin. İş gününün sonunda şəxsi büdcənizi artırmaq imkanı qazanacaqsınız. Özünüzü soyuqdan qoruyun.

Dolça – Sizin üçün xüsusi bir gündür. Çünki bu gündən kosmik fon xeyrinizə dəyişəcək. Deməli, digər bürclərlə müqayisədə sizi daha şanslı və perspektivli günlər gözləyir. Buna hazır olun.

Balıqlar – Daxili sıxıntılarınızı dəf etmək üçün bir qədər təmiz havada olun. Lazımsız informasiyalarla özünüzü yükləməyin. Əgər fəaliyyət istiqamətində yeni təkliflər alsanız, razılıq verməyə tələsməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.